İçeriğe geç

Muminun surəsi, 97-98-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 8 mart 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: “Və de: “Ey Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınıram.”” (Muminun surəsi, 97) Müsəlman bunu mütləq deməlidir. “Ey Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınıram.” Bərəkət vardır. Şeytanın təsiri gedər. “Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!.” (Muminun surəsi, 98) Əuzübillahiminəşşeytanirracim deyib şeytanın yanında olmağını istəməməlidir Müsəlman. Nə sağında, nə solunda, nə üstündə, nə yanında, nə ayağında heç bir yerində şeytanın olmağını istəməməlidir. Fərahlıqdır. Şeytandan həmişə Allaha sığınmaq lazımdır. Çünki narahat edər, böhrana salar, unutqanlıq verər, çətinlik verər, diqqətini dağıdar, ürəyə qorxu salar, şövqü azaldar, kədərləndirər. “Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!.”-deyərək mömin dua etməlidir. “Yanımda olmalarını istəmirəm”  deməlidir. Görə bilməz, amma gələr üzünə yapışar, kürəyinə yapışar, qoluna yapışar. Dua etsən gedər. “Şeytanın vəsvəsələrindən Sənə sığınıram” deyər. Yoxsa təhrik edər (azdırar), savaşdırar, vəhşiləşdirər. Müsəlmanların yanından getməyi üçün həvəsləndirər. Əxlaqsızların yanına getməyi üçün həvəsləndirər, qəddarlığa vadar edər (təşviq edər), qısqanclığa sövq edər, tənbəlləşdirər, vəfasızlığa meyilləndirər, səliqəsizliyə təşviq edər. Məsələn, belə deyər: “Sənin onsuz da pulun azdır, niyə verirsən? Pulu vermə . Sənə nə, təbliğ etmək sənə düşüb, qoy kim edir etsin” -deyərək təşviq edər. Yaxud min bir cür bəhanə gətirər. Məsələn, “Onsuz da Peyğəmbər (s.ə.v) təbliğ edib, sənə mi qaldı?” deyər. Yaxud “Diyanət İşləri Nazirliyi etsin” deyər. Bunların hamısı vəsvəsədir. Halbuki hamımızın vəzifəsidir dini yaymaq, İslamı izah etmək. Şeytandan necə sığınılacağını Allah ifadə edir burada. Yanında olmağını istəməməlidir mömin, nəyəsə təşvig etməyini istəməməməlidir. Allaha bunu xüsusi olaraq deməlidir, təfərrüatlı deməlidir. Bu təfərrüatlar əhəmiyyətlidir.

al-quran

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz