Zuxruf surəsi, 56, 57 və 61-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 20 aprel 2011-ci ildəki müsahibəsindən Zuxruf surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Zuxruf surəsi, 56-cı ayə: “Biz onları sonradan gələn (nəsillər) üçün izi-tozu itirilib, yox edilmiş bir millətə və ibrət alınmalı bir həqiqətə çevirdik. Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən (lağlağı ilə) güldü”-deyir Allah. “Hz. İsa (ə.s) enəcək” deyirsən, (bir çox) adam qəhqəhələrlə gülür. “Hz. İsa (ə.s) atasız dünyaya gəldi”, deyirsən, ona qəhqəhələrlə gülürlər. Görün Allah Təala nə deyir, şeytandan Allaha sığınıram: “Məryəm oğlu örnək göstərilincə sənin xalqın sevincdən (lağlağı ilə) güldü.” Əlbəttə bunun cavabını verəcəklər. Allah, Zuxruf surəsi, 61-ci ayədə belə davam edir: “Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (qiyamətin yaxınlaşmasının) əlamətidir.” “Hz. İsa Məsih (ə.s)-ın dünyaya gəlişi Qiyamətin əlamətidir”-deyir Allah. “(Qiyamətə) şəkk etməyin”-buyrulur ayədə. Bu ayənin əbcədi-2026 tarixini verir. Mübarəyin zühur edəcəyi, hz. İsa (ə.s)-ı açıq-aşkar görəcəyimiz tarixdir, inşaAllah.

“(Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!” Nə deyir Allah? Allah xüsusi ilə vurğulayır və: “(Qiyamətə) şəkk etməyin”- deyir. Hz. İsa
Məsih (ə.s) qiyamət üçün bir əlamətdir. Gəlişi qiyamətin çox yaxınlaşdığını bildirir, inşaAllah.

2952070-kuran-i-kerimşllp