Zuxruf surəsi, 28-30 və 33-37-ci aylərinin təfsiri

Hörmətli Adnan Oktarın 19 aprel 2011-ci ildəki müsahibəsindən Zuxruf surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: MaşaAllah. Şeytandan Allaha sığınıram. Zuxruf surəsi, 28-ci ayə: “O bunu (“(lə ilahə illəllah” kəlməsini)) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar.” Əbcədi 1999-cu ili verir.
29-cu ayə: “Doğrusu, Mən bunlara da, atalarına da haqq və (onu) bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.” Diqqət edin, “Mən bunlara da, atalarına da haqq və (onu) bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.”-deyir Allah.  Ayənin əbcədi 2015-ci il tarixini verir. Bu ayə, 29-cu ayədir, 30-cu ayənin də əbcədi 1990-cı ili verir. Çox qəribədir, elə deyilmi? Baxın, 1999, 2015 və 1990-cu illəri verən əbcəd hesabı 3 ayədə bildirilib. 30-cu ayə. “Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər.”

Deməli, 1990-cı ildə hz. Mehdi (ə.s)-a qarşı çıxmışlar, inşaAllah. “Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər.” Yəni, “biz onu rədd edirik”, deyirlər. 1990-cı il mehdiyyətin ən şiddətli mübarizə dövrlərindən biridir, inşaAllah.
33-cü ayə: “Əgər insanların (Allaha qarşı birləşib) vahid bir ümmətə (çevrilmək ehtimalı, təhlükəsi) olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik.”-deyir Allah. Yəni “Möhtəşəm bolluq verərdim”, deyir Allah.

“Yoxsa Allaha qarşı üsyanda birləşib
tək bir ümmət olardılar, böyük bir dinsizlik hakim olardı” –
deyir Allah. “Ona görə iqtisadi böhran yaradıram, iqtisadi rifah olduqda insanlar azırlar”, deyir Allah Təala. Baxın, ayə davam edir: Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik). Üstəlik (qızıl) zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan ) qorxanlar üçündür.” “Mənim üçün çox asandır, istəsəm hamınızı varlı edərəm”-deyir Allah.

“Amma məni unudardınız, havalanar və azardınız, ona görə vermədim”– deyir Allah. İqtisadi böhran, iqtisadi çətinlik, bəlalar, dərdlər, xəstəliklər Allaha yaxınlaşdırır. Hər bir Allaha yaxınlaşmayan insana diqqət yetirin, bəla və xəstəliklə qarşılaşdığında Allaha yaxınlaşmışdır, bu hər kəs tərəfindən bilinir. “Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz ona şeytanı ürcah edərik və o da onun yaxın dostu olar.” Yəni, “Əgər Allahın zikrini etməsə, zikri yerinə yetirməsə, onu şeytan əhatə edər, həmişə şeytanın təsiri altında qalar”  deyir Allah.

37-ci ayə: “Şeytanlar onları haqq yoldan azdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” Yəni, hidayətdə olduqlarını güman edərlər. Bəziləri (başına) əmmamə qoyur, əba geyinir, özünü həqiqətən hidayətdə olduğunu zənn edir, həqiqətən mömin, müttəqi olduğunu güman edir, halbuki  şeytanın əhatəsindədir, şeytanın əsiri olub. Görün nə deyir Allah: “Şeytanlar onları haqq yoldan azdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” “Həqiqətən hidayətdə və həqiqətən müsəlman olduqlarını güman edərlər, (haqq yoldan azdıqlarından) xəbərləri belə olmaz”- deyir Allah. Məsələn, insan İslam Birliyini müdafiə etmir, müsəlmanların birliyini müdafiə etmir, zülmün aradan qalxmasını istəmir, nə mövqedə olduğundan xəbəri belə yoxdur.

learning-quran3