Hörmətli Adnan Oktarın 17 mart 2012-ci il tarixli müsahibəsindən Fəcr surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Fəcr surəsi. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. 1-ci ayə: “Fəcrə and olsun.” Nəyin fəcridir? Mehdiyyətin fəcri, mehdiyyət günəşi inşaAllah, işarəli mənası budur İnşaAllah.
2-ci ayə: “On gecəyə.” Məhərrəm ayının onu, inşaAllah.
3-cü ayə: “Cütə və təkə.” Hz. İsa Məsih (ə.s.) ilə hz. Mehdi (ə.s.) cüt. Amma bir-bir zühur edəcəklər, inşaAllah.

4-cü ayə: And olsun keçib getməkdə olan gecəyə.” Gecə gedir, qaranlıq, zülmət gedir, inşaAllah.
5-ci ayə: Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?” Bir işarə var, inşaAllah.
6-cı ayə: Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə)?
7-ci ayə: “Yüksək sütunlar sahibi İrəmə?”

8-ci ayə: Halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.”
9-cu ayə: (Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)”
10-cu ayə: “Eləcə də sütunlar (ehramlar) sahibi Firona?”
11-ci ayə: Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış”
12-ci ayə: Çoxlu fitnə-fəsad törətmişdilər.”

13-cü ayə: Buna görə, Rəbbin, onları əzaba düçar etdi.”
14-cü ayə: “Həqiqətən sənin Rəbbin, nəzarət (müşahidə) edəndir.”

Yəni, həmişə sizi izlədiyini deyir Allah. İndi burada masonik simvollara işarə var. 7-ci ayədə: “Yüksək sütunlar sahibi İrəmə.” Masonluqda “jakin və boaz” sütunları vardır bilirsiniz, inşaAllah. Jakin sütünu sağda, boaz sütunu solda yerləşir (Süleyman məbədinin girişində yerləşir) onlara da işarə edir Allah.

9-cu ayədə: “(Habelə) vadidə qayaları yonan Səmud (qövmünə).”-deyir Allah. Masonlar, daş ustasıdır, bilirsiniz. Xam daşı yonaraq, mikap (küp) daşı düzəldərlər, inşaAllah. Ona da işarə var.
10-cu ayə. “Eləcə də sütunlar (ehramlar) sahibi Firona?”-deyir Allah. Üçbucaq ehramlar (piramidalar) yenə masonik simvoldur. Amma Allah, 11-ci ayədə buyurur ki,: Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış”

12-ci ayədə də: Çoxlu fitnə-fəsad törətmişdilər.” –deyilir.
13-cü ayə. Buna görə, Rəbbin, onları əzaba düçar etdi.” –deyir Allah.
14-cü ayə: “Həqiqətən sənin Rəbbin, nəzarət (müşahidə) edəndir.” –deyilir. Masonlarda “Rəbbin gözü həmişə bizi izləyir (görür, müşahidə edir)” deyə, o üçbucağın içərisinə göz rəsmi çəkərlər. Baxın, “Rəbbin nəzarət (müşahidə) edəndir”-deyir, inşaAllah  Allah.
15-ci ayədə Allah: İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”deyər.”


16-cı ayə. Amma onu sınamaq üçün ruzisini azaldanda:”-yəni iqtisadi böhran yaransa -“dərhal: “Rəbbim məni alçaltdı (mənə xəyanət etdi)!”– deyər.” Yəni insanların xəyanətə meyilli olduğunu bildirir Allah.
17-ci ayə: Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz.”-deyir Allah. Yetimin qorunmasına işarə edir Allah.

18-ci ayə: “Yoxsula yedirmək üçün bir-birinizi təşviq etmirsiniz.” Baxın, ictimai ədalət haradaymış? Qurandaymış. Nə deyir baxın: “Yoxsula yedirmək üçün bir-birinizi təşviq etmirsiniz.” “Yoxsulu qoruyun, yoxsula sahib çıxın, yoxsul qalmasın”– deyir Allah.
19-cu ayə: “Mirası, da hərisliklə (halal-haram bilmədən) sevirsiniz.” “Mirasa hörmət edin, mirasda fitnə çıxartmayın” -deyir Allah.

20-ci ayə: Var-dövləti də hərisliklə sevirsiniz.” Yəni kapitalist olmayın, bunu istəmir Allah. Allah nəyi istəyir? İctimai ədaləti istəyir. Masonlar, mən belə Qurandan simvolları misal gətirincə çox xoşlarına gəlir. Bu izah etdiklərimi də deyərsiz, inşaAllah.

quran2