İçeriğe geç

Ənfal surəsi, 72-73-74-cü ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 19 may 2012-ci tarixli müsahibəsindən Ənfal surəsi ilə əlaqədar şərhləri.

 

ADNAN OKTAR: Ya Allah, Bismillah! Şeytandan Allaha sığınıram. Ənfal surəsi, 72-ci ayə: “Həqiqətən, iman edənlər, hicrət edənlər,” yəni ailəsinin yanından ayrılan, müsəlmanların yanına gələn, “və Allah yolunda öz malı və canı ilə cihad edən,” özünü Allaha adayan (həyatını Allaha həsr edən), malını da Allah yolunda sərf edən. “Və sığınacaq verib” yəni ailəsinin yanından çıxıb gələr, qardaşını saxlayar, öz evinə aparar, “köməklik göstərən” maddi cəhətdən dəstəkləyər, təmin edər. “Məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz.”

Yəni, “əgər müsəlmanları seçmirsə, küfrlə birlikdə qalmağa qərar verdisə, heç bir vəlayətiniz yoxdur” deyir Allah. Yəni “hüququnuz olmaz onlarla”-deyir Allah. “Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə (yardım) istisna olmaqla, kömək etməyiniz gərəkdir.” Yəni “məlumat istəyirsə verə bilərsiniz” deyir Allah. “Ancaq, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə (yardım) istisna olmaqla.” Məsələn münafiqlik edir, onlarla birləşir, müsəlmanların başını bəlaya soxmağa çalışır. “Onda olmaz”-deyir Allah. Yəni başqasının əleyhində, hücum etmək üçün müsəlmanları istifadə edirsə olmaz. “Allah sizin nə etdiklərinizi görür.”

73-cü ayə: “Kafirlər (inkar edənlər) bir-birlərinin dostudurlar.” Nə qədər dinsiz, imansız, kommunist, darvinist, materialist varsa, hamısı bir-birlərini dəstəkləyirlər. “Əgər siz bunu etməsəniz,”-yəni bir-birinizə dəstək olmasanız, birlikdə hərəkət etməsəniz, məzhəblərə, camaatlara, qruplara ayrılsanız “qaşı belə, gözü belə, mənim görünüşüm belə, sənin görüşün belə” deyə bir-birinizlə məşğul olsanız, didişsəniz, internet səhifələrində, orada-burada bir-birinizə pis sözlər deyərək düşməncəsinə dostluq, qardaşlıqdan uzaq, pis rəftar göstərsəniz-“yer üzündə fitnə və böyük bir fəsad baş verər”, deyir Allah. “Məhv olarsınız” -deyir.

74-cü ayə: “İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir.” Bax, “həqiqi möminlərdir”-deyir Allah, “mömin” demir, “həqiqi mömin” deyir. “Onlar üçün bağışlanma və bolluca ruzi vardır.”-deyir. Baxaq, indi gedirik, inşaAllah.

mekan1

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz