Əraf surəsi, 196-206-cı ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 196-cı ayə: Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır.” Allah dərhal Qurana diqqət çəkir, başqa bir şeyə deyil. O, əməlisalehlərə himayəçilik edir.” Səmimi olan insanların himayədarıdır (mühafizəkarı). Kimi qoruyur Allah? Səmimi olan insanları qoruyur. 197-ci ayə: “Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər...” Yəni Allahdan başqa etdiyiniz ibadəti boşa edirsiniz, heç bir faydası olmaz onun sizə” –deyir Allah.

198-ci ayə: “Əgər onları doğru yola çağırsanız eşitməzlər.” Əgər hidayət əhli deyilsə istədiyin qədər izah et, təsir etməz. “Onları sənə baxan görərsən, halbuki onlar görməzlər.” İnsanların səhvi burada olur, baxan görüncə onu canlı zənn edirlər. Söz eşitdirə bilmədiyinə inana bilmir. Halbuki, o baxan vəziyyətdədir, amma əslində ölüdür. Yəni, Allah: “Siz onları canlı zənn edərsiniz, halbuki onlar ölüdürlər”-deyir.

199-cu ayə: Sən əfv (və asanlıq) yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.”-Yəni “şəfqətlə yaxınlaş”-“əfv və asanlıq yolunu tut.”, deyir Allah.  Asanlıq deyilir, baxın, əfv ilə asanlıq. Yaxşı iş  görməyi (uyğun olanı) əmr et”- yəni məqbul, insanların qəbul edəcəyi, cəmiyyətin qəbul edəcəyi qayda ilə əmr et. İnsanların vərdiş etdiyi, məqbul görəcəyi bir tərzdə-“əmr et və cahillərdən üz döndər.Yəni başa düşmürlərsə burax onları” -deyir Allah.
200-cü ayə: “Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın.” Yəni özün həll etməyə cəhd etmə, Allaha sığın. “Şübhəsiz ki, O, eşidəndir, biləndir. “

201-ci ayə: “Allahdan qorxanlara”-yəni halala, harama diqqət edənlərə- şeytandan bir vəsvəsə gəldiyi zaman (Allahı xatırlayıb) yaxşıca düşünərlər və baxarsan ki, dərhal görüb (həqiqəti) bilmişlər”, deyir Allah. Baxın, düşüncənin əhəmiyyətinə Allah diqqət çəkir, az fikirləşmək demir, yaxşıca fikirləşərlər deyir. “Düşünərlər”– deyir Allah,amma sadəcə “düşünərlər” demir, “yaxşıca düşünərlər” deyir, beyindən yaxşı istifadə edərlər. “(Allahı xatırlayıb), yaxşıca düşünərlər və baxarsan ki, dərhal görüb (həqiqəti) bilmişlər.” Allah: “həmin vaxt dərhal məlumatı verərəm”-deyir. Amma əvvəl beynini istifadə etmək üçün beyninə əmr verməli, dua etməlidir. Beynini istifadə etməlidir, o zaman Allah: ” Baxarsan ki, dərhal görüb bilərlər”-deyir. “Dərhal doğru məlumatı verərəm” -deyir Allah.

202-ci ayə: “(Şeytanlar) öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər.” Şeytanla dost olanlar, onları azğınlığa sürükləyər, xurafata, darvinizmə, materializmə sürükləyərlər, “sonra da əl çəkməzlər.” Məsələn, xurafatçı ağlından heç çıxmaz. Xurafatçı xurafatçını dəstəkləyir, kommunist kommunisti, iddia edilən Ergenekon terror təşkilatı mənsubları da bir-birlərini dəstəkləyirlər. Bir-birlərindən əl çəkməzlər.

203-cü ayə: “Sən onlara ayə gətirmədiyin zaman: “Nə olardı ki, onu da (özündən) uyduraydın?”–deyərlər.” Budur xurafatçıların məntiqi. Allah demirlər, o zaman yalana ehtiyac duyurlar və yalan danışmağa başlayırlar. “De ki: “Mən, yalnız mənə Rəbbimdən vəhy olunana itaət edirəm.” Yəni, “Qurana itaət edirəm” deyir Peyğəmbər (s.ə.v). Bunlar Rəbbinizdən gələn aşkar dəlillər (bəsirət), iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir.” Baxın, “Bunlar Rəbbinizdən gələn aşkar dəlillərdir (bəsirət). “Gələn aşkar dəlillər (bəsirət) bu cür olur”- deyir Allah. İman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir.” Diqqət yetirsəniz, həmişə iman həqiqətinin əhəmiyyəti vurğulanır ayələrdə. Görürsünüzmü?

Mən təkrar-təkrar xatırlatmıram, o gözlə baxın, həmişə hakim olan iman zəifliyi və iman həqiqətlərinin əhəmiyyətidir.
204-cü ayə: “Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun. Bir çox yerdə, məscidlərdə adamlar danışırlar, Quran oxunur amma qulaq asmırlar və susmurlar. “… Susun ki, bəlkə sizə rəhm olunsun.” Bu, möhkəm (açıq) ayədir, fərzdir. Quran oxunduğu zaman  danışmaq olmaz. Baxın, “susun” deyir Allah. Haramdır Quran oxunarkən danışmaq. Vecinə belə deyil bir çox insanın.
205-ci ayə: “Rəbbini, səhər-axşam, səsini qaldırmadan, öz-özünə, titrəyərək, yalvara-yalvara və qorxaraq zikr et və qafillərdən olma.” Insan, Allaha dua edərkən səmimiyyətlə, ürəkdən dua etməlidir, Allahı xatırlamalıdır.

206-cı ayə: “Rəbbinin dərgahında olan (mələklər) Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər.” Mələklər təkəbbürlənməz, hz. İsa (ə.s) təkəbbürlənməz. “Onu tərifləyir,” Yəni, Allahı xatırlayarlar, “və yalnız Ona səcdə edirlər, ibadət edərlər. Bütün mələklər Allaha səcdə edir, ibadət edir, inşaAllah.  Allah, hz. İsa (ə.s)-ın göydə canlı olduğunu vurğulamaq üçün, hz. İsa (ə.s)-ın da mələklərlə birlikdə ibadət etdiyini deyir ayədə. Məhz hz. İsa (ə.s)-a məxsus bir ayədir, yalnız hz. İsa (ə.s)-a aiddir. Başqa heç bir Peyğəmbər üçün demir Allah, yalnız onun üçün deyir. Mələklərlə birlikdə ibadət etdiyini deyir. Çünki ölü olsa ibadət etməz, diri olduğuna görə ibadət edir.

al-quran