İçeriğe geç

Zuxruf surəsi, 56-65-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 4 yanvar 2012-ci il tarixli müsahibəsindən Zuxruf surəsi ilə əlaqədar şərhləri.

Zuxruf surəsi. Şeytandan Allaha sığınıram, Allah, 56-ci ayədə nə deyir?:”Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik”
57-ci ayə: “Məryəm oğlu (İsa) misal çəkilincə“–yəni ondan bəhs edilincə nümunə olaraq “sənin qövmün dərhal ondan (keflə danışıb) qəhqəhələrlə gülürlər“, deyir hz. İsa (ə.s)-a. Məsələn, biz də “Hz. İsa (ə.s) göydən enəcək” deyirik, amma bəziləri gülür buna. Baxın: “Məryəm oğlu (İsa) misal çəkilincə, sənin qövmün dərhal ondan (keflə danışıb) qəhqəhələrlə gülürlər”-deyir Allah. 58-ci ayə: “Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)? Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər.”

Hal-hazırda da “Hz. İsa (ə.s) gəlməyəcək, İsrailiyyatdır (yəni yəhudilərin nəql etdiyi rəvayətdir), səhvdir, hz. İsa (ə.s) deyə biri yoxdur, haşa” deyə mübahisə edirlər. “Doğrusu, onlar höcətləşən adamlardır.”-deyir Allah.
59-cu ayə: “O, yalnız və yalnız bir quldur.” Yəni, İsa Məsih (ə.s) yalnız bir quldur, Allah deyil. “Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə etdiyimiz bir quldur.” Yəni “gözəl nümunə götürə biləcəkləri bir insan etdik” deyir Allah.

60-cı ayə: “Əgər Biz istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq.” Cübbəli də “mələklər enəcək” deyir. Allah: “Əgər Biz istəsəydik, yer üzündə içinizdən sizi əvəz edəcək mələklər yaradardıq.” Yəni, “insan yaratmazdım, mələk yaradardım. Amma mən insan yaratdım” deyir Allah.
61-ci ayə: “Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!.

62-ci ayə: “Şeytan”-yəni dəccal-“sizi (doğru yoldan) döndərməsin. Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir”, deyir Allah.
63-cü ayə: “İsa aydın dəlillərlə gəldiyi zaman dedi:” Gələndə necə gələcək? “Mən sizə hikmət gətirmişəm” –yəni “Quranla gəldim” deyəcək, inşaAllah. “Və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm).”-deyəcək İnşaAllah. Hal-hazırda müxtəlif məzhəblərə bölünürlər elə deyilmi? Bu ixtilafı onlara izah etmək üçün gələcək. Bunun lazımsız olduğunu izah edəcək. “Allahdan qorxun və mənə itaət edin!.” Gələndə bunu da deyəcək, inşaAllah.

64-cü ayə: “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” Görün hz. İsa Məsih (ə.s.) nə deyir? “Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir.” Yəni mənim də Allahım, sizin də Allahınızdır. “Elə isə Ona ibadət edin!.” Yəni Allaha qulluq edin, mənə deyil. Ona qulluq edin. “Budur düz yol budur” -deyir.

65-ci ayə: “Firqələr öz aralarında ixtilafa düşdülər.” Yəni Axırzamanda azğınlaşacaqlar. “Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!.” Yəni Qiyamət gününün əzabından… İsa Məsih (ə.s)-ın gəlişindən bəhs edir və dərhal qiyamətə keçir. Siyak və sibakından aydın olar, yəni gəliş-gedişindən aydın olar, inşaAllah.

Ramadan-2013-Al-Quran-HD-Wallpaper

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz