Header

Ənfal surəsi, 9 və 10-cu ayələrin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 4 yanvar 2012-ci il tarixli müsahibəsindən Ənfal surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ənfal surəsinin 9-cu ayəsində deyilir: “O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz”, yəni müsəlmanlar “ey Rəbbim mənə kömək et” deyə kömək istəyirdilər. “O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm”–deyə duanızı qəbul etmişdi.” Hz. Mehdi (ə.s)-a üç min mələklə kömək edilir. Baxın, “bir-birinin ardınca” deyəndə, ən azı üç min mənasını verir. Üç min mələklə kömək edəcək. Əlbəttə ki, sayını Allah bilər. 10-cu ayə. “Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır.”

Bəs burada üç min mələk görünürmü? Xeyr, görünmür. Lakin Cübbəliyə görə görünür. Lakin mələklər heç vaxt gözə görünməz. “Şübhəsiz ki, Allah üstün və güclü olandır, hökm və hikmət sahibidir.” Allah bunu, yəni “üstün və güclü olandır” ifadəsini həmişə xüsusi olaraq vurğulayır. İnsanlar aciz olduqları üçün, həmişə Allahın üstün və güclü olduğunu bildikləri təqdirdə, ürəklərində bir rahatlıq və sevinc olar. “Allah-u Əkbər”, başqa sözlə “ey Rəbbim sən çox böyüksən” deyəndə insanın qəlbi rahatlıq tapır, çünki həqiqətən də Allah Böyükdür. İnsan isə acizdir.

Sən “Sübhənallah” deyirsən, (çünki) acizsən, amma sən yatdığın vaxt Allah bütün kainatı, sonsuz aləmləri, bütün atomları, neytronları, protonları hamısını idarə edir. Allah biz yatdığımız vaxtda belə bədənimizdəki sinir şəbəkələrini, beyinə gedən elektrik siqnallarının axımını, hamısını, bir-bir bütün aləmləri idarə edir. Məsələn, biz yemək yeyirik, özümüzdə deyilik, fikrə gedirik, diqqətimiz dağılır, indi isə, Allah sonsuz aləmlərdəki bütün mələklərin həyatını, bir sözlə hər şeyin varlığını davam etdirir. Hamısının taleyini ən gözəl şəkildə davam etdirir. SübhənAllahın mənası budur. “Biz möhtacıq, ey Rəbbim, Sən isə münəzzəhsən” “Əlhəmdülillah” deyirik, belə ki, məsələn Allah, indi bizim üçün gözəl bir musiqi yaratdı.

Musiqini yaradan Allahdır. Titrəyiş meydana gəlir, qulağımız isə onu musiqi olaraq qəbul edir. Allah həm televizordan, həm də peyk vasitəsiylə qardaşlarımıza musiqi dinlətdirir. Cənnətdə də musiqi olacaq. Məsələn, ətrafımızdakı gözəl insanları gördükdə şükür edirik, əlhəmdülillah deyirik. Siz mənim həmişə ən çox bəyəndiyim xarakterdəki insanlarsınız maşaAllah. Yəni Allah mənim ətrafımda çox bəyəndiyim qadınları, özü də ən çox bəyəndiklərimi yaradır. Əlbəttə ki, bu Allahın təqdiridir. Çox da şişirtməyim, çünki Allah daha da gözəl insan yarada bilər, belə ki, bu bir möcüzədir. Məsələn, xasiyyətləri və əxlaqları çox gözəldir.

Bəs yaradan kimdir? Bu, Allahdır. Yoxsa mən Allahın aciz bir quluyam. Məsələn, Quranı hər dəfə oxuyanda Allah, hər dəfə yeni bir şey ilham edir. Əgər diqqət etsəniz, mənim ayələr haqqında verdiyim izahların bir-birindən fərqli olduğunu görərsiniz. Həmişə şərh etdiyim vaxt Allah yeni bir şey ilham edir, mən də onu izah edirəm. Məsələn, mən Kəhf surəsini dəfələrlə izah etmişəm. Lakin hər dəfə yeni bir izah vermişəm. Tələbələrim də bilir. Məsələn, hər dəfə Yusif surəsini oxuyanda mütləq yeni bir izah vermişəm. Mən hədis kitablarını dəfələrlə oxumuşam, keçən gün oxuduğum vaxt təəccübləndiniz. Mən də təəccübləndim, çünki ilk dəfə o izahı verdim. Bu mövzuları mən də bilmirəm. İlk dəfə oxuduğum vaxtda, Allah dərhal ağlıma gətirir. Bunları mən əvvəlcədən hazırlamıram.

76852_mallarini_ve_canlarini_allah_yolunda_vakfeden_ashabi

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313