Hörmətli Adnan Oktarın 27 may 2012-ci il tarixli müsahibəsindən Zuxruf surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Bismillahirrəhmanirrəhim, hər hansı bir səhifə açırıq. Şeytandan Allaha sığınıram. Allah Zuxruf surəsinin 48-ci ayəsində Firon qövmünə: “Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkilərdən daha da üstün idi”-deyir. Bütün möcüzələr böyükdür və hər möcüzə əvvəlkilərdən daha da üstündür. Allah, hər dəfə daha böyük bir möcüzə göstərdiyini deyir. Allah: “Biz onları əzabla yaxaladıq ki, bəlkə, doğru yola qayıdalar”-deyir, lakin onlar qayıtmırlar. Buna görə də həm millət, həm də cəmiyyət olaraq, mütləq Allahı səmimi qəlblə sevməli və ona bağlanmalıyıq.
İstər dünyanı Allahdan ayırsın, istərsə də Allahı dünyadan ayırsın, yenə də hər iki halda insan ziyana uğrayar. Allah vahiddir. Mütləq dünya Allahla yanaşı istifadə edilməlidir. Allah olmadan dünyadan istifadə etməyə çalışdıqda, dünya insana hücum edər. Dünya iqtisadi böhranla hücum edər, intihar etdirər, depressiyaya salar, sağlamlığınıza ziyan gələr, əziyyət çəkərsiniz. Hər şey öz mənasını itirər. Həyatın heç bir mənası qalmaz. Baş nazirimiz nə deyir? O: “çoxalın”-deyir. Doğrudur, Peyğəmbərimiz (s.ə.v)-in bununla bağlı hədisi də var və O: “Mən axirətdə ümmətimin çoxluğuyla fəxr edəcəyəm”-deyir. Lakin indi uşaq sahibi olacaq bir adam, əgər uşaq sahibi olsa onlara necə baxacağı barədə öz-özünə fikirləşir. Özünü həm maddi, həm də mənəvi cəhətdən qoruya bilmir. Hər yer tələlərlə və bəla ilə doludur.
Küçəyə çıxa bilmir. Birinə bir şey dedikdə ya sənə böhtan atır, ya bir fırıldaq gəlir, ya da sənə tələ qurmağa cəhd edir. Dost bildiyi insanların bir hissəsi namərd çıxır. Özünə sirdaş və dost tuta bilmir. Çöldə rahatlıqla əlini və qolunu yelləyərək gəzə bilmir. İndi adam küçədə təkbaşına gəzə bilmədiyinə görə, uşağının necə gəzəcəyini düşünə bilər? Özü iş tapa bilmirsə, ya da iş tapsa da çətin dolanışığına görə “uşağım da çətinlik çəkər, xəstələnər mən də xəstəxanada növbədə gözləyib məyus olaram” deyə fikirləşir. Madam ki, mən özümü belə çətinliklə dolandırıram, heç olmasa uşaq sahibi olub onu çətinliyə salmayım. Belə olduqda vəziyyət dəyişir, daha başqa vəziyyətə düşür.
İlk növbədə insanların bir-birlərinə olan nifrəti aradan qalxmalıdır. Bu nifrət aradan qalxdığı vaxt məhkəmələrdəki faylların sayı azalar, bəs indi məhkəmələrdə nə qədər fayl var? İndi bir milyon fayl var, bəs nifrət aradan qalxsa faylların sayı neçəyə düşər? Onların sayı yüzə düşər. İnsan sevgisi, bağışlama, mərhəmət və şəfqət olduğu təqdirdə yüzə düşər. Digər halda, əzab-əziyyətin ardı-arxası kəsilməz. Demək olar ki, bir çox yerdə hamı bir-birini məhkəməyə verir. Bir çox adamda bunun şahidi oluruq. Nifrət geniş şəkildə yayılır. Allah sevgisi olmasa, insan ruhu əzab çəkər. Halbuki, hamı bir yerdə Allahdan möhkəm yapışsa, Allahı çox sevsə, tezliklə qardaşlıq, sevgi, şəfqət və mərhəmət mühiti yaranar. Dünyəvi istəklər aradan qalxar.
Kommunizm, faşizm, kapitalizm aradan qalxar və beləliklə də əmin-amanlıq hakim olar. Dünya hökumətləri texniki cəhətdən problemi həll etməyə, ona çıxış yolu tapmağa çalışırlar. Lakin, texniki cəhətdən də həll edə bilmirlər. Adamlar hökumət dəyişikliyi edirlər, xalq hökumət dəyişikliyi edir, lakin bir bəladan o birinə keçirlər. Yunanıstanda və Fransada da hökümət dəyişikliyi baş verir, bir bəla gedir, başqa bir bəla gəlir, məsələn iqtisadi böhran, çətinlik yaranır. Allahı coşğuyla sevmək əsas bir mövzu kimi izah edilməlidir. Bütün insanlar, həmçinin iqtisadçılar da Allah sevgisi olmadığına görə belə bir iqtisadi böhranın baş verdiyini bilirlər. Bu gün fikirləşdim və heç bir müğənninin qalmadığını gördüm.
Bütün mahnılar Avroviziya mahnı yarışmasında oxunur, buralarda müğənni qalmayıb. Kanallara baxıram hazırlanan eskizləri, yaxud teatrları və ona bənzər şeyləri görürəm, heç biri xoşuma gəlmir. Musiqilərə qulaq asıram, heç biri xoşuma gəlmir. Yaxşı paltarlar da hazırlaya bilmirlər. Böyük bir mənəvi zəiflik var. Bu isə Allah sevgisinin olmamağından qaynaqlanır. Nə müğənni, nə də elm adamı var. Elm adamı da elmi tədqiqat aparmağa ehtiyac duymur. Yeni bir şey kəşf etməyə, tədqiqat aparmağa ehtiyac duymur, bunu bacara bilmirlər. Əllərindəki elmi biliklərə əsasən yavaş-yavaş inkişaf etdirməyə çalışırlar. Yeni əsaslı bir ixtira da edə bilmirlər. Təəcübləndirici bir ixtira edə bilmirlər. Türk sənət musiqisi parçaları var.
Klassik Ankara Seymenlerini seyr etmişdim, oradan ağlıma gəldi. Məsələn “fidayda” var, məşhur “misket” havası var. “Çiçəkdağı” deyə oyun havası da var. Bir daha əsla və qətiyyən belə bir oyun havası bəstələyə bilmədilər. Təxminən bir əsrlik musiqi parçalarıdır. Bir daha bəstələnə bilmir. Bu sahədə müğənni yetişmir. Fidaydanın yerini əvəz edəcək heç bir musiqi parçası yoxdur. Məsələn, misketi nümunə götürək. Öz-özümə dedim ki, onlar niyə həmişə eyni musiqini oynayırlar? Onlar həmişə misket, fidayda, çiçəkdağı havasını oynayırlar. İki üç ədəd rəqs havasını oynayırlar, başqa musiqini oynamırlar. Halbuki hər biri bir-birindən gözəl yüzlərlə musiqi parçası olmalıydı. Məsələn, Mehter Marşı, Ceddin Dede, artıq bunların bənzərini bəstələyə bilmirlər.
Bu qeyri-mümkündür, bir dəfə bəstələnmişdir, artıq bir də bəstələyə bilmirlər. Super musiqidir Ceddin Dede, lakin qafil hardan bilsin. Bir daha bunun bənzəri bəstələnə bilməz. Məsələn, köhnə ordu marşı, bunun bir daha bənzərini bəstələyə bilmirlər. Artıq türk sənət musiqisinə bənzər bir musiqi parçası bəstələyə bilmirlər. Gözəl tarixi portretlərin bənzərini hazırlaya bilmirlər. Ağızlarını azacıq açmış halda, əlləri kürəklərində, şortla gəzirlər. Muzeylərə məhz belə portretləri qoyurlar. İnsanların böyük bir hissəsi də cılızlaşmışdır. Bir çoxunun başları da, əzələləri də boşalmışdır. Onlara nəsə bir şey olmuşdur. Budur dağlarda əllərində çubuqlarla gəzirlər. Ruhsuz, dinsiz, Allahsız adamların dağlarda gəzdiklərinə görə, dağlara da yazığım gəlir.
Sən Allaha inanmasan, Onun varlığından xəbərin olmasa dağın gözəlliyini dərk edə bilərsənmi? Anormal bir adam, əlində iki-üç çubuqla dağda gəzişir. Quşlara da, dağdakı ağaclara da yazığım gəlir. Murdar ayaqlarıyla onları əzir, üstündə gəzirlər. Orada Allaha inanan şəxs yoxdur ki, onlara qarşı sevgi və şəfqətlə də yanaşsın, oradakı dinsiz, pozğun olan amma məsələn, dinsizlər də öz halında insanlar var onlar ayrı məsələ. Anormal adamlar oraları da çirkləndirir, o murdar əllərini oralara sürtürlər. Oradakı ağaclara da, otlara da, heyvanlara da, quşlara da yazığım gəlir. Heç buna layiq deyillər. Amma Allah imtahan etmək üçün, onlara da dünyadan istifadə etməyə icazə vermişdir. Bütün dünya hökumətlərinə baxın, çıxılmaz vəziyyətdə qalıblar.
Əvvəllər Amerikanın prezidentləri çox lovğa olardılar. Lakin Obama çox fağırdır. Artıq prezidentliyə kim gəlirsə gəlsin fağır olur, çünki Amerika iqtisadi cəhətdən çökmüşdür. İntihar halları çoxdur. Amerikan ordusu sanki su kimi əriyir. Amerikada hər gün tez-tez intihar halları baş verir, kütləvi halda, bir və ya iki nəfər deyil. Dinsizliyin gətirdiyi əziyyətə görə adamlar dözə bilməyib öz canlarına qəsd edirlər. Hələ də inadkarlıq edir, Allaha təslim olmur və İslam dinini qəbul etmirlər. Budur, məhv oldun sənin üçün dünyanın dadı, duzu (mənası) qalmadı. Amerikanın bütün lovğalığı, göstərişi yox olub getdi. Artıq Amerika sürünür. Kasıb və fağır bir ölkə oldu. Həm xalqı, həm də özü kasıblaşdı. Nə iqtisadiyyatda, nə incəsənətdə, nə də elmdə bir inkişaf əldə edə bilmir.
Nəhəng hamburgerlər hazırlayır, arasına da tərkibində donuz əti olan kolbasa qoyub onu yeyirlər. İnsanların çox böyük bir hissəsi çirkinləşdi. Qəribə şəkildə kökəldilər. Əvvəllər Amerikalılar arıq və gözəl idilər. Filmlərdə gördüyünüz kimi, ülgüc kimiydilər. İndi isə yekcinsdirlər (hamısı eynidirlər). Qadınlar da çox qəribə hala gəldilər. Böyük bir hissəsi çətinlikdən silindr (top kimi) vəziyyətinə düşüblər. Əsəbdən və çətinlikdən gecə-gündüz yeyirlər. Əziyyət çəkirlər. Yemədikləri təqdirdə daha da əsəbi olurlar, qəzəblə yeməyə davam edirlər. Quran ayəsində deyildiyi kimi “hərisliklə yeyərlər”.