Header

İsra surəsi, 7-ci ayənin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 9 dekabr 2010-ci il tarixli müsahibəsindən İsra surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: İsra surəsinin 7-ci ayəsini oxuyuram. Şeytandan Allaha sığınıram. Allah: “Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsız” -çünki beyninizdə öz görünüşünüzdə Allah sizə yaxşılıq etdiyinizi göstərir. Bu taleyinizdədir və axirətiniz üçün, özünüz üçün yaxşılıq etmiş olarsınız-“pislik etsəniz öz əleyhinizə etmiş olarsınız”, deyir. Beləliklə, pislik adamın öz əleyhinə olar, çünki psixoloji cəhətdən zəifləyər, Allah içinə sıxıntı verər, əzab çəkər, axirətdə ziyana uğrayar, bərəkəti gedər, əziyyət çəkər. Allah indi çıxış yolunu deyir: “Sonunda vəd gəldiyi vaxt.” Bəs “sonunda” deyiləndə nə nəzərdə tutulur?

Sonunda dedikdə zamanın sonu olan Axırzaman nəzərdə tutulur. “Vəd” dedikdə isə, Allahın vədinin, yəni Mehdi (ə.s)-ın gəlməyi nəzərdə tutulur inşaAllah. Bunu qiyamət, Axırzaman əlamətləri, hz. İsa Məsih (ə.s)-ın yer üzünə enməsi kimi də qəbul edə bilərik. Biz hz. Mehdi (ə.s) kimi qəbul edirik. “Üzünüzü pis vəziyyətə salsınlar”, beləliklə ağzı-burnu büzüşər. “Üzünüzü pis vəziyyətə salsınlar” deyəndə, darvinizmin, materializmin, həmçinin də küfr sisteminin məğlubiyyətə uğradığı vaxt, insanların üzlərində əmələ gələn ifadə nəzərdə tutulur. Bəs adamın üzü nə vəziyyətə düşür? Belə olduqda adamın üzü turşuyur və üzündə iztirab əlamətləri yaranır.

Yəni “hz. Mehdi (ə.s) zühur etdi, Mehdi (ə.s) gəldi” desən, adamın üzü nə vəziyyətə düşər? Əgər o, Mehdi (ə.s)-ın düşmənidirsə, Mehdi (ə.s)-a qarşı çıxırsa, ağzı-burnu büzüşər. Öz aləmlərində belə pis xəbər alan şəxslərə, “sənə nə oldu” desən, rəngi, ruhu qaçar, sifəti büzüşər. Bax ayədə: “Sonunda vəd gəldiyi vaxt, üzünüzü pis vəziyyətə salsınlar”-deyilir. Hz. Mehdi (ə.s)-da məhz bunu edəcəkdir. Onların sifəti büzüşəcək, əzab çəkəcəklər. Hz. Mehdi (ə.s)-ın müjdəsinə görə, hz. İsa Məsih (ə.s)-ın dünyaya gəldiyinə görə sifətləri büzüşəcək. “Birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər.”

Nəyi ələ keçirərlər? Allah: “Din düşməni, İslam düşməni, Allah düşməni nə varsa, darvinist-materialist fəaliyyətlər, müqəddəs sayılan din və inanclara edilən təhqirləri təşkil edən nə varsa, Allahın varlığına birliyinə qarşı olan nə varsa hamısını darmadağın edəcəklər”-deyir. Bəs indi nə baş verir? Bu dağıtma əməliyyatı davam edir. Bəs Bədiüzzaman nə deyir? Bədiüzzaman: “Doqquz düşmən tayfasının doqquz cəbhəsinin üstünə göndəriləcək, onları yarım əsr sonra darmadağın edəcəkdir”-deyir. Məhv etmək, darmadağın etmək sinonim sözlərdir. İnşaAllah Bədiüzzaman bunu hz. Mehdi (ə.s) üçün demişdir.

quran

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313