İçeriğe geç

Tövbə surəsi, 24-cü ayənin təfsiri

Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli müsahibəsindən Tövbə surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: Tövbə surəsinin 24-cü ayəsini oxuyuram. Şeytandan Allaha sığınıram. “De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan-yəni ətrafınızdakı dostlarınız, Allahın dinini yaymaqdan, təbliğ etməkdən-“daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.”

Bunu Mehdi (ə.s)-a və mehdiyyətə aid etsək, inşaAllah mehdiyyətin, atalarına, oğullarına, qardaşlarına, zövcələrinə, yaxın qohumlarına, qazandığı mallarına və ticarətinə deyil, ilk növbədə Allahın dininə əhəmiyyət verəcəyini görəcəyik. (85 və 82-ci ayələrin izahının davamı). Deməli, insan atasına görə dinini tərk etməməlidir. Uşaqlarından, qardaşlarının və zövcələrinin mənfəətlərindən ötrü təbliğatı tərk etməməlidir. Dostlarının təşviqindən ötrü, facebookda, orada-burada, təbliğatdan, İslam əxlaqını və dini yaymaqdan vaz keçməməlidir.

Qazandığı mallardan ötrü təbliğatdan vaz keçməməlidir. İflasa uğramağından, qorxduğu alış-verişdən ötrü, “əgər İslam əxlaqını yaymağa çalışsam etdiyim alış-veriş iflasa uğrayar” düşüncəsinə qapılıb dini, İslam əxlaqını yaymaqdan imtina etməməlidir. Bəyəndiyi evlərə gedib axşama qədər orada qalmaq üçün, “mənim evim gözəldir, burada qalım” deyib, İslam əxlaqını təbliğ etməkdən imtina etməməlidir.

“Sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan”–yəni, əgər bunlar sizə daha əzizdirsə, baxın, yəni İslam əxlaqını yaymaqdan-“daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin.” Allah ayədə: “Sizi müsibətə düçar edənə qədər gözləyin və onsuzda sizi müsibətə düçar edəcəyəm”-deyir, inşaAllah. İnşaAllah buna görə də biz Allah üçün yaşamalıyıq. Yalnız Allah rizası üçün yaşamalıyıq.

614818_419397094763562_1564345564_o

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz