Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli müsahibəsindən Tövbə surəsi ilə əlaqədar izahları.

ADNAN OKTAR: Tövbə surəsinin 24-cü ayəsini oxuyuram. Şeytandan Allaha sığınıram. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz evlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan-yəni ətrafınızdakı dostlarınız, Allahın dinini yaymaqdan, təbliğ etməkdən-“daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz.”

Bunu Mehdi (ə.s)-a və mehdiyyətə aid etsək, inşaAllah mehdiyyətin, atalarına, oğullarına, qardaşlarına, zövcələrinə, yaxın qohumlarına, qazandığı mallarına və ticarətinə deyil, ilk növbədə Allahın dininə əhəmiyyət verəcəyini görəcəyik. (85 və 82-ci ayələrin izahının davamı). Deməli, insan atasına görə dinini tərk etməməlidir. Uşaqlarından, qardaşlarının və zövcələrinin mənfəətlərindən ötrü təbliğatı tərk etməməlidir. Dostlarının təşviqindən ötrü, facebookda, orada-burada, təbliğatdan, İslam əxlaqını və dini yaymaqdan vaz keçməməlidir.

Qazandığı mallardan ötrü təbliğatdan vaz keçməməlidir. İflasa uğramağından, qorxduğu alış-verişdən ötrü, “əgər İslam əxlaqını yaymağa çalışsam etdiyim alış-veriş iflasa uğrayar” düşüncəsinə qapılıb dini, İslam əxlaqını yaymaqdan imtina etməməlidir. Bəyəndiyi evlərə gedib axşama qədər orada qalmaq üçün, “mənim evim gözəldir, burada qalım” deyib, İslam əxlaqını təbliğ etməkdən imtina etməməlidir.

“Sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan”–yəni, əgər bunlar sizə daha əzizdirsə, baxın, yəni İslam əxlaqını yaymaqdan-“daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin.” Allah ayədə: “Sizi müsibətə düçar edənə qədər gözləyin və onsuzda sizi müsibətə düçar edəcəyəm”-deyir, inşaAllah. İnşaAllah buna görə də biz Allah üçün yaşamalıyıq. Yalnız Allah rizası üçün yaşamalıyıq.

614818_419397094763562_1564345564_o