Hörmətli Adnan Oktarın 11 oktyabr 2012-ci ildəki söhbətindən Nur surəsi ilə
bağlı izahları.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər”-deyir Allah Təala. Harama baxmamalıdırlar, yəni səhvən bir qadının bir yeri çılpaq qaldıqda müsəlman baxmamalıdır, haramdır. Yaxud qəsdən də bir yerini açıq qoysa yenə baxmamalıdırlar. “Və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.”-deyir Allah. Yəni halalı olmayan bir adamla cinsi əlaqəyə girməməlidirlər. Ancaq halalı olanla cinsi əlaqəyə girə bilər. İsmət (həya, abır) deməkdir, cinsiyyət üzvlərini qorumalıdırlar. Yəni, möminlər cinsi orqanlarına diqqət etməlidirlər. İstər kişi olsun, istərsə də qadın, qeyri-qanuni cinsi əlaqəyə girməməlidirlər. Əks halda fahişəlik olar, zina olar.
“…Zinətlərini göstərməsinlər.” Diqqət edin, Quran, zinəti (bəzəyi) izah edir. Mən kiminsə sözünü dinləmərəm. Mən Quranı dinləyərəm. “Ancaq özbaşına görünənlər xaric.”-deyir Allah. Bunu Allah bizim öhdəmizə buraxır. “Görünənlər istisna olmaqla.” İndi biz bunu Qurandan anlayırıq. “…Örtüklərini yaxalarının üstünə salsınlar.” Yəni, əgər qadının sinəsi açıqdırsa, sinələrini örtməlidirlər. Sinələrini açmamalıdırlar. “…Zinətlərini ərlərindən,” başqa kimə göstərə bilərlər? Ərinə bəzəyini göstərə bilər qadın. Başqa kimə göstərə bilər?
“Yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından,”-yəni evdə olan öz qadınlarına, ailədən olan yaxud o adamın halalı olan digər qadınlar-“yaxud sahib olduqları kölələrdən,” yəni cariyələr, yaxud özünü bağışlamış qadınlar, “yaxud ehtirasını itirən kişi xidmətçilərdən,” baxın indi burada məsələ aydın olur, diqqətli olun, mənə heç kim özündən söz çıxartmasın. Mən Allahın hökmünə baxaram, sizin sözlərinizə görə hərəkət etmərəm. “…Yaxud ehtirasını itirən kişi xidmətçilərdən,” –yəni cinsi gücünü itirmiş, kişi xidmətçi, amma cinsi gücə sahib olmayanlardan. Burada hədəfin nə olduğunu anlamırsınız?
Quranın nəyi nəzərdə tutduğunu başa düşmürsüz? Cinsi gücünü itirmiş bir adam dırnaq boyasına baxacaq? Dırnaq boyasına baxanda ehtiraslanacaq? Başqa cür olanda da təsirlənməyəcək. Dırnaq boyası nəzərdə tutulmur burada. “…Ehtirasını itirən kişi xidmətçilərdən,”-deyilir ayədə, başınızı bir az işlədin, Quranın hökmü çox açıqdır, “yaxud qadınların çılpaqlığını (məhrəm yerlərini) hələ anlamayan“ yəni şüuru açılmadığı üçün, “çılpaqlığını hələ anlamayan”, yəni cinsi orqanlarını tanımayan, qadının sinəsini, cinsi orqanını tanımadığına, bilmədiyinə görə də təsirlənməyən, “uşaqlardan”, çünki uşaqda cinsi güc (istək) ola bilməz, həm də başa düşməz bunu. Çünki ayədə, “hələ” deyilir, yəni yetkinliyə hələ çatmamış.
Yetkinliyə çatanda tanıyır. “…qadınların çılpaqlığını hələ anlamayan“-yəni cinsi orqanını tanımayan, qadından təsirlənməyən, sinəsindən, cinsi orqanından təsirlənməyən, tanımayan (başa düşməyən)-“uşaqlardan başqasına göstərməsinlər.” Nə demək istəyir Allah Təala? Uşaqlara göstərə bilərsiniz, bunun bir ziyanı yoxdur. Çünki təsirlənməz, anlamaz, bilməz. “…Yaxud ehtirasını itirən kişi xidmətçilərdən,” –yəni cinsi gücünü tamamilə itirmiş xidmətçi, cinsi gücü olmayan, qadından anlamayacaq hala gəlib, cinsi əlaqəyə girə bilməyəcək vəziyyətdə olan. Ona da göstərə bilər, ərinə də, atasına da göstərə biləcəyini deyir Allah.
Buradakı siyahıda sayılan hər kəsə göstərə bilər. “…Gizlətdikləri zinətləri bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər.” Silkələməsinlər. Gizlədiyi zinəti nədir qadının? Bax, Quran bunu izah edir. “Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.” Quranın hökmü çox açıqdır. Lakin (bir çoxları) nə qədər qapalı şərh etsə, o qədər də onun təqva olduğuna inanırlar. Məsələn Peyğəmbərimiz (s.ə.v)-in sarı saçı tövsiyə etməyini dəhşətlə qarşılayırlar. Türkiyədə xanımların əksəriyyəti sarı saçlıdır, dünyadakı xanımların da böyük hissəsi sarı saçlıdır. Yaxşı, doğuşdan saçı sarı olanı nə edəcəyik? Doğuşdan saçı qırmızı olanlar nə edəcək? Qara olanlar nə edəcək? Allah xatirinə, bu ağıldırmı, nədir bu?