Header

Ənbiya surəsi, 30-cu ayənin təfsiri

Aa4a

Ənbiya surəsi, 30-cu ayənin təfsiri

Hörmətli Adnan Oktarın 21 noyabr 2010-cu ildəki müsahibəsindən Ənbiya surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: “Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir–birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?” Allah Təala, inkar edən elm adamlarına və dünyaya səslənir, onları xəbərdar edir. “Görmürlərmi?”-deyir. Necə görməlidirlər? Elmi üsullarla baxmalı, elmlə, yəni elmin onlara təqdim etdiyi üsullarla (vasitələrlə)-“göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?” Deməli, tarixin ən qədim dövrlərini, dünyanın ilk yaradılış vaxtlarını da elmlə bilmək mümkündür, Qurandan bunu başa düşürük, çox aydındır. Əvvəllər atmosfer harada idi, necə idi? Yerlə bitişik idi. Yəni əvvəllər buludlar havada deyildi, yerin üstündə, üzərində idi. Sonradan havaya (yuxarıya) qalxdı, Allah, sonra ayırdı. Yer üzünün hər yeri duman ilə örtülmüşdü. Bax, “göylərlə yer bitişik ikən” yəni atmosfer yox ikən, deyilir ayədə. “Bizim onları bir-birindən araladığımızı.” Yəni “atmosferi yuxarıya (havaya) qaldırdıq” deyir Allah Təala, sonradan yüksəlmişdir. “Hər bir canlını sudan yaratdığımızı.” Hər canlıda 70-80% nisbətində su vardır və su olmadan da bu sistem olmaz. Hətta bakteriyanın da suya ehtiyacı var, virusun da bakteriyaya ehtiyacı var. Yəni suyla yaşaya bilən bakteriyaya ehtiyacı var inşaAllah. “Yenə də inanmırlar?”-deyir Allah. Deməli, bu bir iman həqiqətidir, “belə elmi iman həqiqətlərini gördükləri halda iman gətirməzlərmi?” deyir Allah. Bu da küfrün müqavimət göstərəcəyini göstərir. Yəni bunu başa düşürük, “müqavimət göstərəcəklər”-deyir Allah Təala. “Müqavimət”-yəni elmi həqiqətləri görsələr də, qarşı çıxıb müqavimət göstərərlər.

1

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313