Hörmətli Adnan Oktarın 28 noyabr 2010-cu il tarixli müsahibəsindən Nəhl surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram. “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et.” Hikmət nədir? Qısa, əsaslı, təsirli, insanları darıxdırmayan, ürəkaçan, fərahlandıran, düzgün, təsiredici sözdür. “Hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” yəni təsiredici, insanların ürəyini açan (sevindirən), gözəl öyüd nəsihətlə, doğru, düzgün sözlə dəvət et. “Və onlarla ən gözəl tərzdə mübahisə (mübarizə) et.” Məsələn, biz, Cübbəliylə mübarizə aparırıq. Nə gözəl mübarizədir, elə deyilmi? Adamın öz izah etdiklərini özünə qulaq asdırırıq, biz də qulaq asırıq və istifadə edirik. Onun da zehni açılır, məlumatı artır və tələbəm oldu. Hal-hazırda mehdiyyəti daha da mükəmməl izah edən biri varsa gəlsinlər yanıma.
Ən çox sevmədiyi mövzunu ona məcburi, vəzifə verərək ifa etdiririk, inşaAllah. “Həqiqətən, Rəbbin, yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” Rəbbinin yolundan azan kimdir? Dəccaldır. Hidayətə çatan kimdir? Mehdi (ə.s.)-dır. Dəccala qarşı Mehdi (ə.s.)-dır, hidayətə çatan (yetişən) Mehdi (ə.s.)-dır. “Cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin. Əgər (onlardan intiqam almayıb) səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir.” Yəni “bağışlasanız daha yaxşı olar” deyir Allah. Əfv etmək vacibdir. Amma məsələn, bir adam cinayət törədibsə “qanuni cəzası nədirsə onu verin” deyir Allah. “Səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyi ilədir.“
Səbir etmək çox əhəmiyyətlidir. Sevgidə səbir, dostluqda səbir, gözəl əxlaqda səbir etmək əsas məsələdir. Məsələn, adamın iki gün sevgisi olur, üçüncü gündə bezir. Sevgidə səbir olmalıdır, sevgidə bezilməz, bu çox pisdir. Adam var bir həftədə bezir. Mahnılarda filan sevgilərin həmişə sonu vardır, bilirsiniz. Bütün mahnılarda bu deyilər. Halbuki sonsuza qədər niyyət edilərək sevər insan. Ölümünə sevər və ölümlə o an bitər və yenidən başlayar. Bitər-bitməz yenidən başlayar. Yəni dünyəvi əlaqəsi qopar, Axirət əlaqəsiylə davam edər. “Səbir et, sənin səbrin ancaq Allahın köməyi ilədir.” Deməli insan özbaşına səbir edə bilməz. Kim səbir etdirir? Allah səbir etdirir. “Onlardan ötrü kədərlənmə.” Kədərlənmək haramdır.
Möhkəm ayədir bu, diqqət edin: “Kədərlənmə”-deyir Allah. “Və qurduqları hiylələrə görə də ürəyini sıxma!.” Ürəyi sıxmaq da haramdır. Kədərlənmək, məsələn qəzetdə əleyhimdə xəbər çıxsa fəxr edərəm. Biri təhqir etsə fəxr edərəm, dedi-qodu etsə fəxr edərəm. Çünki savabımı artırar, şövqümü artırar, həyəcanımı artırar. Deməli yaxşı vurmuşam ki, səsi də yaxşı gəlmiş, elə deyilmi? Məsələn, Qonqa (vurulduğunda möhkəm səs çıxaran alət) belə yavaş vuranda səsi də asta gəlir. Möhkəm vursam qıraram, inşaAllah. “Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir.” (Nəhl surəsi, 125-128) “Allah (Ondan) qorxanlar“ deyir Allah. Yəni, “halala harama diqqət yetirsəniz, yaxşılıq etsəniz, Mən sizinlə birlikdə olaram“ deyir Allah. “Sizə kömək edərəm. Danışmağa imkanı verərəm, müvəffəqiyyətli edərəm, maddi cəhətdən dəstəkləyərəm.” Hər cür gözəllik (nəsib edər).