Furqan surəsi, 56, 77-ci ayələrin təfsiri
ADNAN OKTAR:Furqan surəsi, 56, şeytandan Allah sığınıram.“Biz səni ancaq müjdə verən…”-buyurur Allah. Müjdə vermək müsəlmanın xüsusiyyətidir onsuz da, insanları müjdələmək, elə cənnətlə müjdələmək, Allahın varlığı ilə müjdələmək. Məsələn, Allahın varlığı öz-özlüyündə bir müjdədir. Ən böyük müjdədir Allahın varlığı. Çünki bəzi adamlar yox olacağını zənn edərkən “Allah var” deyirsən, sonsuz yaşayacağını anlayır.
Necə böyük sevincdir. Xaos zənn edərkən, baxır ki, dünya xüsusi olaraq hazırlanıb, Allah tərəfindən hazırlanmış bir sistemdir. Əlbəttə ki, imtahan olması üçün bəzi şeylər ağlı zəif insanları başqa istiqamətə çəkəcək şəkildə olmalıdır. Belə olmazsa imtahan da olmaz. Ağıllarının qarışması üçündür. Məsələn, siz dünən izah etdiniz, xromosomlar haqqında nə dediniz?
DİDEM XANIM:98%-nə kodlanmayan DNT deyirlər, 2%-i genlərdir.
ADNAN OKTAR:İndi onlar hadisənin yalnız kiçik bir qisminə baxırlar. 2%-lik qisim, texniki məlumatla əlaqədar olan hissədir. 98%-lik qisim də ruh ilə əlaqədar texniki məlumatdır. Yoxsa əzələ əmri necə alar? Göz əmri necə alar? Beyin necə işləyər? Beyində sinirlər haralara çatdıqda hansı fəaliyyətləri yerinə yetirəcək, rəngi qəbul etdikdə insan bunu necə qiymətləndirəcək, qoxunu qəbul etdikdə necə qiymətləndirəcək, məlumatı qəbul etdikdə necə qiymətləndirəcək, necə güləcək, necə oynayacaq, necə qaçacaq?
Bunların məlumatı da ayrılıqda kodlanmışdır insanda. Onu araşdırdıqlarında, o 98%-lik qisimdə olduğunu görəcəklər. Onlar yalnız bir qisminə baxırlar, ona qalsa insan beyninin çox az bir qismi istifadə edilir, digər qismi istifadə edilmir. Amma insan qabiliyyətini inkişaf etdirəndə, ruhi güclərini inkişaf etdirəndə fövqəladə möcüzələr təzahür etməyə başlayır. Digər insanların görə bilmədiyi hadisələri görməyə başlayır, eşidə bilmədiklərini eşitməyə başlayır, hiss edə bilmədiklərini hiss etməyə başlayır. Digər insanların xəbərsiz olduqları aləmləri görməyə başlayır.
Onların sözləri onsuz da əhəmiyyətli deyil, mən yalnız nə qədər dar düşündüklərini göstərmək üçün deyirəm bunları. Yoxsa elm adamları 2%-lik qisimdəki əsas quruluşu kodlaşdıran qisimlərin digər qisimlərdə olduğunu deyirlər. Yəni 98%-lik qisim, o 2%-lik qismi kodlaşdırır deyirlər. Amma, həmçinin, ruhun xüsusiyyətlərini də Allah oraya kodlaşdırıb.
O elektrik sistemidir, elektrik mexanizmidir, çünki bir elektron axımı var. Bütün bədənin elektron axımı var. Elektrik təchizatının necə olacağı haqda məlumat kodlaşdırılmalıdır. Bunlar, sırf mexaniki qismini təsbit etmişlər. Ruh mexanikasını, onun elektron mexanikasını, onun sistemini bilmirlər. Baxın, təsbit etdiklərində, indi bu ilk gördükləridir. 2%-lik əsas hissəni kodlaşdıran məlumatların 98%-lik qisimdə olduğunu təsbit etmişlər. Onlara cavab olaraq, indi ilk fərq etdikləri budur. Daha aşkar edilməli çox cəhətlər var.
“Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.” Yəni, xəbərdar edib qorxudur. Allahdan qorxan sevgi dolu olar, mərhəmətli olar, şəfqətli olar, aqil olar, adil olar, ədalətli olar. 56-cı ayə 25-ci surə, 25×56=1981edir. Əbcədi hicri 1400-cü ili verir. Yaxşı əbcədi neçədir? 1981. 56- cı ayə, 1956-cı ilə işarə edir. Çünki Bədiüzzaman:“1956, bir nuru quranmı zühur edəcək, yeni bir cərəyanmı zühur edəcək?” –deyir. “Tam aydınlaşdıra bilmədim” -deyir, baxın 1956-cı il. Amma 1956-cı il üçün münafiq sistemin məhvinin başlanğıcı olacağını deyir.“Ayədən belə olduğu aydın olur” -deyir. Yalnız diqqət edin, Risalə-i Nur bir Nur-u Quran olduğuna görə “yeni bir Nur-u Quranmı zühur edəcək?” -deyir.
Yəni Risalə-i Nur kimi yeni bir cərəyanmı meydana gələcək. Yeni bir fəaliyyət, yəni bir mehdiyyət fəaliyyətimi olacaq? “onu tam aydınlaşdıra bilmədim” -deyir. Baxın orada çox əhəmiyyətli nöqtə var, çox dəqiq deyir. Risalə-i Nura “bir Nur-u Quran hərəkatıdır” -deyir. Amma 1956-cı il üçün, “yeni bir Nur-u Quranmı zühur edəcək?” -deyir. Mehdiyyətdən başqa, onun xaricində bir Nur-u Quran hərəkəti yoxdur. Bədiüzzamanın dediyi budur. Yalnız birindən bəhs olunur onsuz da. Risalə-i Nurda yüzlərlə yerdə bəhs edilən mehdiyyət hərəkatıdır.“Yeni bir Nur-u Quranmı başlayır” –1956-cı ildə-“tam bilmədim, tam aydınlaşdıra bilmədim” -deyir.
O nəzakətindən bunu deyir. Bu, Bədiüzzamanın, Allaha qarşı böyük danışmamaq üçün ədəbli dilidir. Diqqət edin, “1956-cı ildə yeni bir Nur-u Quran başlayır” -deyir. Beləliklə, 1956-cı il üçün “münafiq sistemin məhvinin başlanğıcıdır” -deyir. Baxın, Furqan surəsi, Furqan-Quran deməkdir, 56-cı ayədir, bu da 1956-cı ilə işarə edir. 56-cı ayədə: “Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik.”-deyir Allah. Şeytandan Allaha sığınıram. Hz. Mehdi (ə.s)-a işarə edilir burada, açıq-aşkar məlumdur. Əbcədi 1981-ili verir, çünki 25-i 56-a vurduğumuzda, hicri 1400, yenə 1981 tarixini verir.
“De: “Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi”” -deyir Allah. Furqan surəsi, 77. Təkrarlanan yeddilər var burada.“Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!” Çünki yalanlamaq üçün vicdanın kor olması lazımdır. Səmimi vicdanla Quranı inkar etmək mümkün deyil. Yəni insanın qüdrəti, gücü çatmaz. Bunu etmək üçün bir şey olmalıdır insanda, tam fərqli bir gücə, mənfi bir gücə sahib olmalıdır. Müsbət, səmimi bir güclə mümkün deyil, insan rədd edə bilməz. Nə Allahı rədd edə bilər, nə Quranı rədd edə bilər.
Amma əlbəttə ki, Quranı bilməyən bir insan, bilmədiyini rədd etməyinə bir şey deyə bilmərik, çünki bilmir. Amma tədqiq edib araşdıran, bütün möcüzələrini görən, bütün uyğunluğu (nizamı) görən, elmlə, fənlə, ağılla əlaqədar olduğunu görərək, yüzlərlə möcüzəni görərək, Quranı rədd etmək dürüst bir ağıl üçün qeyri-mümkündür. Allahın varlığını da dürüst bir ağlın inkar etməyi qeyri-mümkündür. Gərək İnsanın fövqəladə mənfi bir cəhəti olmalıdır, inkar etməyi üçün xüsusi yaradılmalıdır. Xüsusi yaradılıb, xüsusi bir gücə, mənfi bir gücə sahib olmalıdır. Yoxsa bir insanın qüdrəti, gücü çatmaz, taqəti çatmaz, vicdanı gücü çatmaz, edə bilməz. Allahı inkar edə bilməz, gücü çatmaz.