İçeriğe geç

Zumər surəsi, 36-41-ci ayələrin təfsiri

Hörmətli Adnan Oktarın 9 dekabr 2012-ci il tarixli söhbətindən Zumər surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Allah, Zumər surəsi, 36-cı ayədə:“Məgər Allah Öz qulunu qane etmirmi?” -deyir. Mən həbsxanada ikən, vəkil gəlmirdi, bizim uşaqların da təcrübəsi yox idi, onsuz da saat 4-də gəlirdilər. Hər iş belə qarma-qarışıq kimi görünürdü. Hamısında xeyir vardır. “Qurandan dedim bir ayə açım, Allah Təala mənə nə deyir bir baxım”  dedim. Açan kimi bu Zumər surəsinin 36-cı ayəsi çıxdı. “Məgər Allah Öz qulunu qane etmirmi?” Əlhəmdülillah dedim, maşaAllah. O dövrdə ümmətçilik təbliğatı adı ilə 25 il həbs cəzasıyla mühakimə olunurdum. Sonra bəraət qazandım, Əlhəmdülillah. “Onlar isə səni Ondan başqaları ilə qorxudurlar”-deyir Allah. Evelallah Allahdan başqa heç bir kimsədən qorxmarıq. Nə qorxarıq, nə də qaçarıq. “Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.” Dindən azdısa bir insan artıq dəccal olar.

37-ci ayə. “Allahın doğru yola yönəltdiyi kimsəni də” –yəni, kimi Mehdi etsə, kim Mehdi olarsa-“azdıran olmaz.” Dəccallar ona təsir edə bilməz. Azdıran Dəccaldır. Azdıranların qarşılığı Dəccaldır onsuz da. Dəccal ona görə təsirli edə bilməz. “Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi?” “Hamısından intiqam alacağam “-deyir Allah. Nə darvinist buraxdı Allah, nə materialist buraxdı, əlhəmdülillah.

38-ci ayə. “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?…”” Diqqət edin, dərhal yaradılışdan bəhs edir Allah Təala. Dərhal yaradılış. Yaradılış Atlasının çıxma səbəbi bax budur. Əvvəlcə yaradılış, “deyə soruşsan, onlar mütləq: “Allah!” – deyəcəklər.” Kimdən soruşsan Allah deyir. “De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!””

39-cu ayə. “De: “Ey qövmüm! Əlinizdən gələni edin””  yəni bu cür xurafat inancınıza görə “əlinizdən gələni edin”,  “mən də edəcəyəm.”  Yəni Mən də lazımlı işi görəcəyəm. “Siz tezliklə biləcəksiniz ki,” –yəni kimin qalib gələcəyini, kimin güclü olduğunu tezliklə biləcəksiniz.

40-cı ayə. “Kimə rüsvayedici əzab gələcək…”  Diqqət edin, “öldürücü” demir Allah, “rüsvayedici, alçaldıcı, təhqiredici” deyir. “Kim də həmişəlik əzaba düçar olacaqdır.” “ Bunu görəcəksiniz”– deyir Allah.

41-ci ayə. “Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik.” Yəni, “Biz Quranı endirdik” deyir o qədər, başqa bir hökm yoxdur, yalnız Quranı buyurur Allah. “Kim doğru yolla getsə”, -yəni Qurana tabe olsa-“xeyri onun özünə olar.” Kim Qurandan kənara çıxsa “kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.” Buyurur Allah. “Azğınlaşarsa da qoy azğınlaşsın, heç onu özünə dərd etmə” deyir Allah Təala.

images (6)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz