Hörmətli Adnan Oktarın 16 fevral 2013-cü il tarixli söhbətindən Bəqərə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: “Canım Adnan hocam, sizi çox sevirəm, Allah sizi başımızdan əskik etməsin. Hocam, mən bu müddət ərzində on iki çeşmə haqqında nə izah etmək istədiyinizlə maraqlanıram.”  Bəqərə surəsi, 60-cı ayə, Şeytandan Allaha sığınıram.

(Yenə) Xatırlayın: Musa qövmü üçün su axtarmışdı, o zaman Biz ona: “Əsanı daşa vur”dedik, ondan on iki çeşmə şqırdı, Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. Allahın verdiyi ruzidən yeyin, için və yer üzündə təxribatçılıq (fəsad) törədib pis işlərə qurşanmayın!.” İndi dövrümüzə işarə edən hissəsini qiymətlndirək, inkişaf etmiş texnologiyada nələr tətbiq olunur, məsələn, qayanı deşmək (yarmaq) üçün alət, əsa kimi bir şeydir, elə deyilmi? Qayanı deşən alət tətbiq olunur və qaya deşilir, 200-300 metrdə suya çatılır və su fışqırır.

61-ci ayə. Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz?

Açıq deyim ki, xüsusilə sarımsaq və soğan çox narahatedici yeməklərdir. Amma bəzi din xadimləri soğanın tərkibində hər cür bəsləyici (faydalı) maddələr olduğunu deyir. Hələ sarımsağı yeyən, bədəndəki bütün ehtiyacların onun tərkibində olduğunu, çox təsirli  olduğunu və o adam olduqca gümrah olacağını deyirlər. Halbuki sarımsaq da, soğan da çox allergik maddələrdir.

Tərkibindəki maddələr çox allergikdir. Mədəni çox narahat edər, bədən ondan necə xilas olacağını bilməz. Soğan da, sarımsaq da nəfəsdə çox pis qoxu yaradar. Mən sarımsaq və soğanı heç kimə heç bir şəkildə tövsiyə etmirəm. Rəsulullah Peyğəmbərimiz (s.ə.v) sarımsaq və soğanı heç bir şəkildə yeməmişdir və heç vaxt da tövsiyə etməmişdir. Faydalı deyil, yalnız allergikdir, narahatlıq verər. Vitamin hər yeməkdə vardır, hər yeməkdə olduğu qədər onda da mineral vardır.

Yəni bir dilim almada nə qədər varsa, bir dilim sarımsaqda da o qədər mineral vardır. Bir üstünlüyü yoxdur, yalnız allerqik cəhəti var, qoxusu da çox narahatedicidir. Hətta,dünən axşam mən bunu deməyi düşündüm deyə, qardaşımız indi ayəni dedi, baxdım ki, əlaqədar yerdir. Axşam fikrimdə tutmuşdum. Bir söhbət oldu, sarımsaq və soğanla əlaqədar, yoldaşlar dedi ki, “Amerikalılar da sarımsağı çox sevir”, bunu fikirləşincə də bir az mədəm bulandı, dedim ki, mən bunu sabah deyərəm, indi qardaşımız da deyincə çox gözəl oldu.

“Soğan sarımsaq dünyanın ən faydalı qidalarıdır”-deyirlər. Xeyr, faydalı deyil, allergikdir. Yəni heç bir xeyri yoxdur, nə zülal cəhətdən bir faydası vardır, nə başqa bir cəhətdən. İçində çox az mineral vardır, yəni digər yeməklərdə olduğu qədər. Mədə üçün, çox allergikdir. Yəni mədə xəstəliklərində bir çox adamın çəkdiyi əziyyətin əsas səbəblərindən biri də soğan və sarımsaqdır, xəbərləri belə olmur. Çox korlayar. Xüsusilə çiy soğan və sarımsaq çox zərərlidir, heç tövsiyə etmirəm.

Qardaşlarımız deyirlər ki, “yaxşı, o birilərinidəmi yeməyəcəyik, paxla, sarımsaq, soğan.” Hz. Musa (ə.s) deyir ki, Allah, çox bildirçin, bir də manna göndərir. Bildirçinin faydası yəni bildirçinin ətində xolesterol çox azdır və çox ləzzətlidir. Heyvani zülala görə insanın bədəni Allah tərəfindən yaradılmışdır. Məsələn, bitki mənşəli zülalı bədən alsa belə, heyvani zülalda olan amin turşuları onda olmadığı üçün, bəslənmə pozulması yaranır, yorğunluq yaranır. Məsələn, insan sırf paxlayla bəslənsə ciddi şəkildə çox zəyifləyər. Çünki bir çox amin turşusu çatışmayacaq. Bədəndə (bu turşular) olmadığı təqdirdə, bədən qocalır, halsızlıq, zəiflik yaranır.

Adam deyir ki, “mərci yeyirəm, paxla yeyirəm, çox zülal var onlarda.”  Bunların tərkibindəki zülal həqiqətən də yüksəkdir. Amma ətdə olan qiymətli (faydalı) zülallar onlarda yoxdur. Bu səbəbdən bədən ciddi şəkildə qocalar. Hz. Musa (ə.s) da, bununla, birbaşa heyvani zülalla bəslənməli olduğumuzu deyir. Yəni, onların bilmədiyi hikmət yolunu açıqlayır. Əlbəttə ki, hz. Musa (ə.s) demişdir, inşaAllah. Bu cür bəslənsələr (qidalansalar) çox sağlam olarlar.

Amma ona qulaq asmırlar, halbuki əgər sırf burada bəhs edildiyi kimi, “paxla, sarımsaq, mərci və soğan”-la qidalansalar taqətdən düşərlər, çox yorğun olarlar. Amma hz. Musa (ə.s)-ın dediyi kimi qidalansalar, çox sağlam olarlar. Necə ki, hz. Musa (ə.s) 120 yaşına qədər yaşamışdır. Həm də çox sağlam olmuşdur. Məndən deməkdir, əlbəttə ki, mən qardaşlarımı sevdiyim üçün deyirəm, sarımsaq və soğan, təbliğ edildiyi kimi deyil, əksinə çox allergikdir.

Diqqət edin Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? (O halda) Şəhərə (Misirə) enin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” demişdi. Həqiqətən də, hal-hazırda da Misirdə soğan, sarımsaq, hamısı çox yetişir. Onlara zəlilik və düşgünlük üz verdi” yəni yalnız orada olan kəslərə aiddir, hamısına deyil. Bunu da səhv başa düşürlər. Yəni bütün yəhudilərə zəlillik və düşgünlük damğasının vurulduğunu anlayırlar, amma belə deyil.

Bu ifadə o sözə qulaq asmayan, o danışıqları dinləməyənlərə aiddir “Onlara zəlillik və düşkünlük (yoxsulluq) damğası vuruldu.”-deyilir ayədə. Məsələn, gedərlər Misirdə köləlik edirdilər, alçaldılırdılar. Halbuki, hz. Musa (ə.s)-ın yanında olsalar, çox gözəl, şərəflə yaşayacaqdılar. Ora getdiklərində kölə olub alçaldılır və yoxsul oldular. Kölə kimi yaşayırlar amma sarımsaq, soğan yemək üçün onların yanına gedirlər. Hz. Musa (ə.s) da deyir:

(O halda) Şəhərə (Misirə) enin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız! “Onlara zəlillik və düşkünlük (yoxsulluq) damğası vuruldu  və Allahın qəzəbinə düçar oldular.” Yəni Allah bəla verdi. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər.” Yəni bunları kim edirsə, onlar (nəzərdə tutulur). Allahın hökmünü dinləməyənlər və peyğəmbərləri öldürənlər. Amma bunu kim etsə, onsuz da lənətlənər. Zənn edirlər ki, məsələn, fikirləşirlər ki, müsəlman əsilli olsa, bunu etsə lənətlənməzlər. O da lənətlənər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.” Yəni Allahın hökmünü tapdalayan hər kəs onsuz da lənətlidir.

58-ci ayədə deyilir:O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin” yəni əstağfirullah, əstağfirullah deyərək girməlidirlər. Bu hökm, Tövratda da var. Tövratın təhrif olunduğunu deyirlər. Düzdür,amma təhrif olmamış yerləri də var. Allahın bu hökmü, bu izahı Tövratda da var, eynisi deyil amma təxminən (belədir). Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin (mükafatlarını) artırarıq.”

59-cu ayə. “Ama zülm edənlər, özlərinə deyilən sözü bir başqasıyla dəyişdirdilər.” Xürafatçılar nə edirlər? Allahın dediyi başqa bir sözlə dəyişdirirlər. “Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik.” Bəla.

60-cı ayə. “Xatırlayın: Musa qövmü üçün su istədikdə.” İndi də İsraildə, bilirsiniz su çatışmır. Suyu Türkiyədən istəyirlər. Görün, neçə min illik problemdir. 4 min illik problemdir. “O zaman Biz ona: “Əsanı daşa vur”-demişdik” deməli, İsraildə daşlıq bölgələrdə su var, amma tapa bilmirlər. O suyu kim çıxaracaq oraya getdiyində? İmam Mehdi-Moşiyah. Suyun yerini göstərəcək ərazidə və deyəcək ki, “baxın buranı, oranı, filan yeri araşdırın baxın, qazın”  və dediyi yerdən də su çıxacaq, inşaAllah.

“Ondan on iki çeşmə (bulaq) fışqırmışdı” Allahualəm. Deməli, hz. Mehdi (ə.s) da ehtimalla İsraildə, Qüdsdə o suyun olmadığı yerlərdə 12 böyük su mənbəyini tapacaq, bu ayədə buna işarə edilir. Hz. Mehdi (ə.s)-ın işarə etdiyi yerlərdən, su çıxacaq. Yəni, baxın vurğulayaraq deyir. Deməli, Allah ona ilham edəcək, inşaAllah. On iki çeşmə, eyni zamanda 12 İmama işarə edir. Bilirsiniz, son gələn imam, imam Mehdidir. Hədislərdə də vardır, on ikinci imam hal-hazırda gəlmişdir, axırıncı imamdır. On iki imam bilirsiniz məşhurdur, tanınar. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi.”

On ikiyə bölmə deməli əhəmiyyətli bir şeydir, yəni bir şeyi düşünərkən, bir şeyi nizamlayarkən, düzəldərkən, on ikiyə görə nizamlamaq düzəltmək bərəkətlidir. Məsələn, Bədiüzzaman nə edir? On iki ədəd özünə vəkil seçir. Hz. Mehdi (ə.s)-ın neçə nəfər vəziri olacaq? On iki nəfər vəziri olacaq. On iki müqəddəsdir. Masonluqda da on iki müqəddəsdir.

Mehdiyyətdə də on iki müqəddəsdir. 12 sentyabr da və 12 mart da, xüsusilə o tarixlər seçilmişdir, 12 tarixi xüsusilə seçilmişdir. 12 sentyabr memorandiumu, 12 sentyabr zərbəsi, hər ikisi də o şəkildədir. Baxın, vurğulayaraq bir daha deyirəm, masonluqda müqəddəsdir on iki rəqəmi. Yəhudilikdə də müqəddəsdir, Quranda keçər, mehdiyyətlə əlaqəsi vardır. Hz. Mehdi (ə.s) onsuz da on ikinci imamdır.

DİDEM ÜRER: Qardaşlarımız “saatların formatı da on ikiyə ayrılmışdır”  deyə yazıb göndərmişlər.

ADNAN OKTAR: Bəli saatların formatı on ikiyə ayrılmışdır. Magen David altı bucaqlı ulduzun iki qatı on ikidir yenə. Altını ikiyə vuranda on iki edir. İndi təfərrüatlara çox da girməyim, bu kafi olar, inşaAllah.

DİDEM ÜRER: Belə bir sual soruşmuşlar hocam. “Hər dediyim yerdən su çıxdı deyirsə Adnan bəy, nə demək istəyir? Yəni, mən hz. Mehdi (ə.s)-am deyir, yanılmıram deyilmi Didem xanım?” deyə soruşurlar.

ADNAN OKTAR: Nə şəkərdirlər. Hz. Mehdi (ə.s) tələbələrində, hz. Mehdi (ə.s) xüsusiyyətləri olar. Məsələn, hz. İsa Məsih (ə.s)-ın tələbələrində, hz. İsa Məsih (ə.s)-ın xüsusiyyətləri olurdu. Onlarda da şəfa olurdu. Məsələn, əlini çəkirdi xəstələrə müalicə olurdular onunla. Görünüşləri də bənzəyirdi. Səhabələr necə Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyirdilər? Məsələn, duaları qəbul olurdu, bir şey etdiklərində bərəkətli olurdu, məqsədəuyğun hərəkət edirdilər.

Bənzəyirdilər, məsələn, Həzrəti Dıhye (r.ə) necə Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyirdi, çox bənzəyirdi. Siması da bənzəyirdi. Baxanda çox bənzəyirdi. Hz. Mehdi (ə.s)-ın dövründə hz. Mehdi (ə.s) tələbələrində də, Mehdinin davranış qaydaları, xüsusiyyətləri görünər. Siması bənzəyər, rəftarı bənzəyər, danışığı bənzəyər, bərəkətində bənzərliklər olar, natiqliyində bənzərliklər olar, təəccübləndirici, heyrətləndirici bir şey yoxdur.

DİDEM ÜRER: Qardaşlarımızdan belə yazılar gəldi: “Yusif surəsi də, 12-ci surədir”- deyirlər.

ADNAN OKTAR: Düzdür, Yusif surəsi, 12-ci surədir.

DİDEM ÜRER: “Quranda ayların sayının on iki olduğuna işarə edən ayə də var.”

ADNAN OKTAR: Quranda on iki çox keçər.

DİDEM ÜRER: Tövbə surəsi, 36-cı ayə, şeytandan Allaha sığınıram: Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır.”

quran11