Header

Hz. Mehdi (ə.s)-ın məzhəbləri aradan qaldıracağına işarə edən ayələr

Aa4a

Hörmətli Adnan Oktarın 17 yanvar 2011-ci il tarixli reportajından hz. Mehdi (ə.s)-ın məzhəbləri aradan qaldıracağına işarə edən ayələrin şərhi.

ADNAN OKTAR: Baxın bu ayələrin, yəni Muminun surəsinin 52-ci və 53-cü ayələrinin hökmünü tətbiq edəcək. “Məhz sizin ümmətiniz vahid bir ümmətdir”. Vahid bir ümmət, hanı məzhəblər, camaatlar və qruplar. Allah: “Bir ümmətsiniz, təkcə bir ümmətsiniz” deyir. “Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir”. Yəni Allah: “Məzhəblərə, qruplara ayrıldılar, parça-parça oldular və doğru yolda olduqlarını düşünüb sevinirlər” deyir, Muminun surəsinin 52-ci və 53-cü ayələrində.

“Onlar Quranı hissələrə böldülər”. Bəziləri Qurana başqa cür tabe olur, bəziləri lap başqa cür tabe olur, bəziləri də onun hökmlərini başqa cür tətbiq edir, halbuki, Quran vahiddir. Amma Allah nə deyir?. “Onlar Quranı hissələrə böldülər” deyir. Allah Hicr surəsinin 91-ci ayəsində etdikləri günahı xatırladır. “O dini doğru olaraq saxlayın”. Baxın: “O dini doğru olaraq saxlayın” deyir “və onda bölünüb firqə-firqə olmayın!”. Məzhəblərə, qruplara ayrılıb, firqə-firqə olmayın. Allah: “Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi” deyir.

Bu bütün peyğəmbərlər üçün də etibarlıdır, Allah: “Dini bölmək olmaz, məzhəblərə, qruplara ayıra bilməzsiniz” deyir. “Sənin dəvət etdiyin şey müşriklərə ağır gəldi”. Mehdi (ə.s): “Vahid bir din olsun, məzhəblər aradan qalxsın” deyəcək. Belə olduqda, ona nə etdiklərinə bir baxın; “Sənin dəvət etdiyin şey müşriklərə ağır gəldi”. “Biz buna alışdıq, biz onu edə bilmərik” deyirlər. “Biz atalarımızın yolunu tutub gedəcəyik” deyirlər. O isə: “Səhabə dövrü kimi olacaq. Rəsulullah (s.ə.v)-in sünnəsinə tam tabe olacağıq, eynilə Rəsulullah (s.ə.v)-in dövründəki kimi yaşamaq istəyirik” deyəcək. “Xeyr, biz bunu qəbul etmərik” deyirlər. Baxın:

“Sənin dəvət etdiyin şey müşriklərə ağır gəldi”. Necə ki, Peyğəmbərimiz (s.ə.v) çox müfəssəl və geniş şəkildə xurafatçıların Mehdi (ə.s)-a qarşı qiyam qaldıracaqlarını və azğınlaşacaqlarını izah edir. Eləcə də, bu şəxs, yəni İstanbuldakı bir alim, İstanbulun azğın xurafatçısı, Mehdi (ə.s) barəsində: “Öz dinini atmış bu adam bizim dinimizi yox etdi. Ey müsəlmanlar diqqətli olun, bu dinə, İslam əxlaqına qarşı mübarizə aparır” deyəcək inşaAllah. Bunu İmam Rəbbani nəql etmişdir. “Sənin dəvət etdiyin şey müşriklərə ağır gəldi. Allah istədiyi kəsi bunun üçün seçər və səmimi-qəlbdən Özünə üz tutanı doğru yola yönəldər”.

“Səmimi-qəlbdən Özünə üz tutanı doğru yola yönəldər”. Bu ayə həmçinin Mehdi (ə.s)-a da işarə edir, çünki, Mehdi sözü; Allahın xüsusi olaraq doğru yola yönəltdiyi kəs mənasını verir. Allah Bəqərə surəsinin 176-cı ayəsində: “Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər” deyir. Halbuki, təkcə bir Kitab var, Qurana tam tabe olmaq məcburiyyətindədirlər. Ümmət firqə-firqə oldu, Mehdi (ə.s) bunu düzəldəcək inşaAllah.

quran

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313