Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli reportajından Zuxruf surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. Zuxruf surəsi, 1-ci ayə. “Ha, mim”. Ha, Mimin mənası nədir?. Qardaşlarımız ürəklərinə damanları yazıb mənə göndərsinlər bir baxaq. Görəsən biləcəklərmi İnşaAllah. “Ha mim”. Şeytandan Allaha sığınıram. 2-ci ayə. “Bu açıq-aydın Kitaba and olsun!”. Quran necə imiş?. Açıq-aydın imiş. Adam: “Yetmiş il keçsə belə, biz Quranı başa düşə bilmərik” deyir. Budur Allah: “Bu açıq-aydın Kitaba and olsun!” deyir. Biz sənə inanmalıyıq, yoxsa Allaha?. Budur Allah: “Açıq-aydındır” deyir. “Xeyr, açıq-aydın deyildir” deyir.
“Yetmiş il keçsə belə, biz onu başa düşə bilmərik” deyir. Allah da Quranda: “Müşriklər başa düşə bilməzlər” deyir, “onların qulaqlarına, gözlərinə pərdə çəkilmişdir, başa düşə bilməzlər” deyir, “sən Quranı oxusan da” deyir. Sən nə demək istəyirsən?. Müşrik olduğunu söyləyirsən. Allah gözümə pərdə çəkdi. Yetmiş il, yeddi yüz ildə keçsə belə başa düşə bilmərəm deyirsən. Allah müsəlmanlar üçün nə deyir?. O: “Bu açıq-aydın Kitaba and olsun!” deyir. Allah and içir. 3-cü ayə. “Biz Quranı ərəbcə nazil etdik ki, bəlkə ağlınızdan istifadə edəsiniz”.
Onda ağıldan istifadə etmə deyə bir məsələ var. Ağlımızdan necə istifadə etməliyik?. Orta dərəcədə istifadə etməyin kifayət olduğunu zənn edir. Belə deyil. Hər bir hadisəyə, Allahın yaratdığı hər şeyə ağlı tam şəkildə işlədərək baxmaq lazımdır. Əvvəla, ağıldan istifadə etmə deyə bir məsələ vardır, bu çox böyük bir hadisədir. Allah nə deyir?. Budur O: “Biz Quranı ərəbcə nazil etdik ki, bəlkə ağlınızdan istifadə edəsiniz” deyir. Allah dərindən düşünməyin vacib olduğunu söyləyir. Çox dərindən, ən incə nöqtəsinə qədər, ətraflı şəkildə düşünmək lazımdır. “Şübhəsiz ki,”, Allah niyə, şübhəsiz ki, deyir?. Qəlblər rahatlıq tapsın deyə. Çünki, insanın başındakı bəla nədir?.
Şübhədir. Sevdiyindən şübhələnər, dindən şübhələnər, özündən şübhələnər, Allah qorusun, ondan şübhələnər, bundan şübhələnər. İnsanlar şübhələnməkdən ötrü bədbəxt olar. Allah nə deyir?. Əvvəlcə qəlbimizə bir təlqin verir. O, 4-cü ayədə: “Şübhəsiz ki, o, yanımızdakı Ana Kitabdandır” deyir. Allah: “Onsuz da taledədir” deyir. Taledən olduqda isə, adam da unudur, çıxır. Haşa, O: “Onu Məhəmməd yazdı” deyir. Allah da: “Onsuz da Ana Kitabda, taledə vardır” deyir. Peyğəmbər onu öz başından necə yaza bilər, elə deyilmi?. Allah: “Taledə, Ana Kitabda vardır” deyir. Belə olduqda adam da, Quranın hələ kainat yaradılmadan əvvəl taleyin içində var olduğunu anlayır. Belə olduqda hz. Məhəmməd (s.ə.v) yazdı deyə bilmir. Onu Allah yazdırır.
“O çox ucadır. Hökm və hikmətlə doludur”. Hökm, Allahın hökmüdür. Bəs onda hikmət nədir?. Hikmətin nə olduğunu necə anlayacaqsan?. Ağılla anlayacaqsan. Ağılsız insan hikmətin nə olduğunu anlaya bilmir. Hikmət olmayanda, bizdən uzaq, öküz kimi olur. Hikmət çox əhəmiyyətlidir. Əlbəttə ki, mən bu sözü müsəlmanam deyib də, hikmətə əhəmiyyət verməyənlər üçün deyirəm. Yox əgər başa düşmürsə, Allah şüurunu bağlamışdırsa, onda bu ayrı bir məsələdir. 5-ci ayə. Allah: “Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri (öyüd və xatırlatma olan Quranı) sizə çatdırmaqdan vaz keçməliyik?” deyir. Baxın:
“Siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri (öyüd və xatırlatma olan Quranı) sizə çatdırmaqdan vaz keçməliyik?”. Yəni Quransız mı yaşamaq istəyirsiniz?. Qurandan uzaq mı yaşamaq istəyirsiniz?. Allah: “Quranın hakim olmasını, Quranın gözəlliyini, Quranın əxlaq sistemini istəmirsinizmi?” deyir. 6-cı ayə. “Biz əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərdik”. Allah: “Xeyli peyğəmbər göndərdik” deyir. 7-ci ayə: “Onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar”. İnternetə daxil olun, istehza, istehza, istehza. Daim bir-birlərini məsxərəyə qoyurlar. Yəni aralarındakı danışıqların 80-90%-ni məsxərə təşkil edir.
Bu “youtube”da da var, müzakirə saytlarına daxil olsanız, işlərinin daim məsxərə qoymaq olduğunu görərsiniz. Nadir hallarda adam kimi danışırlar. Bu insanların fitrətində var. Peyğəmbər də gəldikdə, dərhal onu məsxərəyə qoyurlar. Hz. İsa Məsih (ə.s) gəlir, dərhal onu məsxərəyə qoyurlar. Şeytandan Allaha sığınıram. Allah: “Keflə İsa Məsihdən bəhs edib, qəhqəhələrlə gülürlər” deyir. Zibillər meymun kimi, makaka kimi gülürlər. Yəni axmaqlıqlarına gülməyib də, hz. İsa (ə.s)-a, onun xarakterinə gülürlər, haşa. “Onu məsxərəyə qoymasınlar”. 8-ci ayə.
“Biz onlardan daha qüvvətli olanları məhv etdik”. Allah da: “Artıq başlarına bəla verdim” deyir. Belə olduqda, yəni Allah başlarına bəla verdikdə, adamlar da cırıldayır. Ondan sonra da: “İman gətirdik” deyirlər. Allah: “Əvvəlkilərin aqibəti ötüb keçmişdir” deyir. Allah: “Əvvəlkilərin aqibəti də məlumdur, bilinir” deyir. 9-cu ayə. Allah: “And olsun” deyir, and içir. “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, mütləq: “Onları üstün, güclü, əziz, bilən Allah yaratmışdır!” deyəcəklər”. “Allaha inanırıq” deyirlər. Allah münafiqlərin bu xüsusiyyətini vurğulayır. 10-cu ayə. “O, yeri sizin üçün beşik etdi”, yəni Allah: “Hz. Mehdi (ə.s) etdi” deyir “və doğru yolu tapasınız deyə, orada sizin üçün (bəzi) yollar saldı”. Əbcədi 2022-ci ildir.