Hörmətli Adnan Oktarın 27 dekabr 2010-ci il tarixli reportajından Nəhl surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.
“Rəbbinin yoluna hikmətlə”, qısa və əsaslı sözlə, “gözəl öyüd-nəsihətlə”, müsbət dəlilə əsaslanan, ağıllı, doğru, qaneedici, inandırıcı, qəlbin, vicdanın və ağlın təsdiq etdiyi şəkildə, “gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübarizə apar”. Ağıllı, doğru, dəlilə əsaslanan, səmimi, sidq ürəkdən, Qurana, hədisə əsaslanaraq, səhabə dövrünün xüsusiyyətlərini özündə daşıyan bir üslubla, “ən gözəl tərzdə mübarizə apar. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. Yəni Mehdi (ə.s)-ı da tanıyır. Mehdi sözü, doğru yola yönəlmiş, xüsusi olaraq doğru yola yönəldilmiş, insanların doğru yola yönəlməsinə vəsilə olan kimsə mənasını verir. “Doğru yolda olanları da yaxşı tanıyır”. Onda bu Mehdini də tanıyır mənasına gəlir inşaAllah. “Səbr et, sənin səbrin ancaq Allah(ın köməyi) ilədir.
Onlara görə kədərlənmə”, kədərlənmək haramdır, qadağandır “və qurduqları hiylələrdən ötrü də sıxılma”, sıxılmaq da haramdır. Müsəlmanın qəlbi hüzurlu olmalıdır. Çünki, hər şeydə bir xeyir vardır, hər şey xeyirlə yaradılır, çünki, hər şeyi yaradan Allahdır, bəs onda insan niyə sıxıntıya qapılır?. Özünün etdiyini düşündüyü üçün, Allahın etmədiyini düşündüyü üçün sıxıntıya qapılır. Allahın yaratdığı bir şey üçün biz sıxıntıya qapılarıqmı?. Qapılmarıq, niyə qapılaq, Allah onu mütləq xeyirlə yaradır. “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”. “Kim qorxursa, çəkinirsə, yəni halal və harama diqqət yetirirsə, yaxşı işlər görürsə, Allah da onlarla bərabərdir” deyir. Hal-hazırda bizi dinləyirmi?. Dinləyir. Məni danışdıran kimdir?. Allahdır. Sizləri qarşımda beləcə göstərən kimdir?. Allahdır. Məni sizlərə göstərən kimdir?. Allahdır.
İndiyə qədər danışdığım bütün şeyləri kim yaratdı?. Allah yaratdı. Onda biri oturub kədərlənsə, sıxılsa harama girər. Çünki, hər şeyi Allah yaratdığına görə, hər şeydə bir xeyir olduğuna görə, kədərlənməyin və sıxılmağın nə mənası var?. Bu hal həmin adam üçün, haşa mən Allaha şərik qoşuram mənasını verər. Yəni o mənaya gətirmiş olar. Yəni mən etdim, hadisələri mən meydana gətirirəm, mənim istəmədiyim hadisələri meydana gətirən də Allah deyil mənasını verər haşa. Dolayısilə, mən də bundan ötrü sıxılıram, yaxud kədərlənirəm deyir.
Onda sən şərik qoşursan. Olmaz. Allah buna görə də qadağan edir. Kədərlənməyin ardında şirk vardır. Sıxılmağın ardında şirk vardır. Qoy sıxılan bir düşünsün, onda şərik qoşduğunu anlayacaqdır. Qoy kədərlənən bir düşünsün, onda şərik qoşduğunu anlayacaqdır. Güman ki, insanları şərik qoşur. Güman ki, Allahdan asılı olmayan bir varlıq kimi görür. Adam insanları Allahın təcəllisi olaraq görmədiyində sıxılar və kədərlənər. Çünki, görüntünü və hər bir şeyi Allahın yaratdığını, qarşındakı insanı da Allahın danışdırdığını bildiyin təqdirdə, məhz hər şeyi Allah etdiyinə görə, onda kimdən ötrü və niyə kədərlənirsən?.