Hörmətli Adnan Oktarın 24 dekabr 2010-ci il tarixli reportajından Şuəra surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: “Rəhman və Rəhim olan Allahın adı ilə. Bax; “Rəhman və Rəhim olan”, sırf bu sözlər belə insanın qəlbində bir rahatlıq meydana gətirir, “Rəhman və Rəhim”, “Qoruyan və himayə edən Allahın adı ilə”. Allahın şəfqətli və himayəçi olduğunu bildirən sözlərlə başlayır. “Ta, Sin, Mim. Bunlar aydın Kitabın ayələridir”. Xurafatçılar bəs Quran aydın deyildi deyirdiniz hanı. Bax Allah: “Aydındır” deyir. Sizə mi inanaq, Qurana mı inanaq?. Əlbəttə ki, Qurana inanmalıyıq. “Onlar mömin olmadığına görə özünü həlakmı edəcəksən?”. Allah Peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki, Peyğəmbərimiz (s.ə.v) ölü bir adama təbliğ edir. Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, çox şirin bir peyğəmbərdir, Peyğəmbərimiz (s.ə.v) çox şirindir.

Çox həssasdır, özünü qəribə şəkildə həlak edir. Dayanmadan izah edir, lakin adam öküz kimi durub baxır. Belə olduqda isə, o xeyli kədərlənir. Allah da Peyğəmbər (s.ə.v)-i xəbərdar edir; “özünü həlakmı edəcəksən?” deyir. Yəni kədərləndiyindən xəstələnir. “Əgər istəsək, göydən onlara elə bir əlamət (möcüzə) göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilər” deyir. Əbcədi neçədir?. 2022-ci ildir. İsa Məsih (ə.s), göydən enən bir əlamət, bir möcüzədir.

Bax; Allah tam İsa Məsih (ə.s)-ın görünəcəyi, aşkara çıxacağı tarixi, yəni 2022-ci ili verir. “Əgər istəsək, göydən onlara elə bir əlamət (möcüzə) göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilər” deyir. “Başları itaətkarlıqla əyilər” deyir. Allah: “Heyrət və çaşqınlıq içində qalarlar, təslim olarlar” deyir. 2022-ci il də, İslam əxlaqının dünya hakimiyyətinə işarə edir. Əlbəttə ki, ayənin mənası genişdir. Allahın; “bəla verərəm” demək istədiyi mənasını da verə bilər, qiyamət mənasını da verə bilər, amma biz belə şərh edirik.

        ALTUĞ BERKER: Dünən 02.02.2022 əhəmiyyətli bir tarix olacaq dediniz, inşaAllah.

        ADNAN OKTAR: Bəli, 02.02.2022 saat 22:00 dedim. Bax, bu ayənin əbcədi də 2022-ci ili verir. “Mərhəmətli Allahdan onlara elə bir xəbərdarlıq gəlməz ki, ondan üz çevirməsinlər”. Allah: “Heç cür qəbul etməzlər” deyir. Məsələn, “Mehdi (ə.s)-ın zühur əlamətləri var, Fəratın suyu kəsildi” deyirik, üz çevirir. “Kəbəyə basqın oldu” deyirik, üz çevirir. “Ay və Günəş tutulmaları oldu” deyirik, üz çevirir. “Bir-birinin arxasınca iki quyruqlu ulduz göründü” deyirik, üz çevirir.

Ramazan ayında bir dəfə on beş gün arayla arxa-arxaya baş verən Günəş və Ay tutulmaları çox böyük bir hadisədir. Kəbə tarixində ilk dəfə olaraq həccin qarşısı alınacaq şəkildə bir basqının reallaşması çox böyük bir hadisədir. Adam əhəmiyyət vermir. “Həqiqətən onlar yalan saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir”. Bax: “Həqiqətən yalan saydılar”, Mehdi (ə.s)-ı da təkzib edirlər, İslam Birliyini də təkzib edirlər. Lakin bir də məsxərəyə qoyurlar, TRT televiziyasında çıxış edib; “hz. İsa (ə.s) gələcəkmiş, ölü necə gələ bilər?” deyə açıq şəkildə məsxərəyə qoyurlar. Bu hal bir çox televiziya kanalında müşahidə olunur. “Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir”. Allah: “Çox yaxında doğru olduğunu görəcəklər” deyir.

4

“Bir zaman Rəbbin Musaya demişdi: “O zülm edən qövmün yanına get”, yəni təbliğ etməyə get, zülm edən qövmün yanına get. “Hansı qövm zülm edir?”. Dəccaliyət. O dövrün Mehdisi kimdir?. Hz. Musa (ə.s)-dır. “O zülm edən qövmün yanına get”. Allah zülmün aradan qalxmasını istəyir. “Fironun qövmünə, onlar hələ də çəkinmirlərmi?”, yəni Allah: “Allahdan qorxsunlar, Allaha təslim olsunlar” deyir. “Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr””. Yəni Firon onsuz da yalançı hesab edəcəkdir. Amma bax sözünə davam edir və 13-cü ayədə bildirildiyinə görə; “köksüm daralır” deyir.

Allahualəm çox həyəcanlı olduğu üçün həm təzyiqi yüksəlir, həm də qəlbi döyünür. Yəni o həyəcandan ötrü taxikardiyaya tutula bilər. Bax: “Köksüm daralır, dilim söz tutmur” deyir. Bu səfər də həyəcandan danışa bilməyəcək hala gəlir, “dilim söz tutmur” deyir. “Bundan ötrü Haruna da elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı göndər”. “Harun da yardımçım olsun” deyir. “Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram” deyir. “(Allah:) “Xeyr. Bu mümkün deyil” dedi”. “İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik”. Allah: “Mən sizi izləyirəm, görürəm, yanınızdayım, gedin” deyir. Allah: “İkiniz də birlikdə getməlisiniz” deyir. “Yubanmadan Fironun yanına gedib”, bax: “Yubanmadan” deyir, biz adamlara nə deyirik?. “Yubanmayın, tələsin, dərhal Türk-İslam Birliyini quraq” deyirik. Allah yubanmağı qadağan edir.

“Yubanmadan Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! İsrail oğullarını bizimlə birgə burax!”. “Yalnız bunu istəyirik” deyirlər. Yəni: “Sənin vətənindən çıxıb gedəcəyik, torpaqlarını da tərk edəcəyik, müsəlmanları bizimlə birgə burax, biz gedəcəyik, başqa bir şey istəmirik” deyir. “Mal-dövlətində, torpağında, heç bir şeyində gözümüz yoxdur, heç bir şey istəmirik” deyirlər. Amma Firon özündən çıxır, təşvişə qapılaraq; “bunlar mənim vətənimi istila edəcəklər, əlimdən alacaqlar. Torpaqlarımızı da alacaqlar, dövlətə hakim olacaqlar” deyir.

Allahualəm bu qorxusunun səbəbi, Tövratda Mehdi (ə.s) ilə əlaqədar keçən çox əhatəli məlumatlardır. Çünki, Tövratda Mehdi (ə.s)-ın bütün dünyaya hakim olacağı keçir. Allahualəm mənim başa düşdüyümə görə bunu oxuyanda özündən çıxmışdır. “İsrail oğullarını bizimlə birgə burax!”. Bax, təkcə bir şey istəyirlər, başqa da bir şey istəmirlər. Onsuz da bu Fironun xeyrinədir, təkcə birliyi alıb gedəcəkdir, bax bu qədər. “(Firon) dedi: “Biz səni uşaq olarkən götürüb saxlayıb boya-başa çatdırmadıqmı?. Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?”. Mehdi (ə.s) da dəccaliyyətin içində böyüyəcək. Uşaq olarkən də, ömrünün bəzi illərini dəccaliyyətin içində keçirəcək.

1