Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli reportajından Hud surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Ya Allah, bismillah. Quranı açıb bir ayə oxuyaq. Şeytandan Allaha sığınıram. Hud surəsi 109-cu ayə. “Artıq Onların nəyə ibadət etdiklərinə şübhə etmə”. Yəni görəsən doğru ola bilərmi?. Görəsən darvinizm, materializm doğru ola bilərmi?. Darvinin dedikləri doğru ola bilərmi?. Belə şübhələrə qapılma. “Əvvəllər ataları necə ibadət edirdilərsə”, yəni şumerlər, misirlilər, qədim yunanlar necə darvinistdilərsə, “bunlar da ancaq belə ibadət edirlər”. Eyni inanca sahibdirlər. O dövrdə də kommunist düşüncəyə sahib insanlar vardı, indi də var. “Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik”. 110-cu ayə. “Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər”. Bildiyiniz kimi müşriklər, görəsən Quran yetərlidirmi, Quranda hər şey yazılmışdırmı, Quranda Allahın bütün hökmləri vardırmı deyə şübhələrə qapılırlar, Allah da Quranda hər cür hökmün yazıldığını bəyan edir inşaAllah.