Header

Maidə surəsi, 5-ci ayənin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 24 avqust 2011-ci il tarixli reportajından Maidə surəsi ilə əlaqədar verdiyi şərhlər.

BETÜL XANIM: Hocam ayəni oxumaq istəyirəm, inşaAllah. Şeytandan Allaha sığınıram. Maidə surəsinin 5-ci ayəsində deyilir; “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. Azad və ismətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin azad və ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, Axirətdə ziyana uğrayanlardan olar.”

ADNAN OKTAR: Baxın indi, mən cahillərdən soruşuram; bu ayədə nə izah edilir?. Düşmən bildiyin, lənətlənmiş hesab etdiyin, dost olmadığın adamın evində nə işin var?. Onun evində necə yemək yeyə bilirsən?. Ayədə: “Yeməyini yeyin” deyir, “evlərinə gedib yemək yeyə bilərsiniz” deyir. Allah bunu tövsiyə edir. Sən onda onu niyə öz evinə qəbul edirsən?. Dost deyilsənsə, evində necə yemək yeyə bilirsən?. Deməli, bir insan olaraq dostsan, lakin onun inancını qəbul etmirsən, inşaAllah. Bəs onunla necə evlənə bilirsən?. Allah: “Evlənə bilərsiniz” deyir. Məsələn, mən xristian bir xanımla evlənə bilərəm, yəhudi bir xanımla evlənə bilərəm. Ayə var. Madam ki, onları lənətlənmiş hesab edirsiniz, dost deyil, düşmən qəbul edilməsi lazım olan insanlar kimi görürsünüz, onda necə evlənə bilərsiniz?. Peyğəmbərimiz (s.ə.v) niyə evləndi?. Niyə yəhudi bir xanım aldı, niyə xristian bir xanım aldı?. Allah bunu ayədə niyə açıq şəkildə göstərir?. Deməli, biz, onlarla dost ola bilərik. Təkcə inanclarını qəbul etmərik. Ayənin izah etdiyi budur, qaranlıq bir məsələ yoxdur.

1391583660_qurani_kerim_00001

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313