İçeriğe geç

Ali İmran surəsinin 169-173-cü ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 6 sentyabr 2012-ci il tarixli reportajından Ali İmran surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allahın ayədə şəhidlərin ruhu barəsində nə dediyinə bir baxın. Şeytandan Allaha sığınıram. 3-cü surənin 169-cu ayəsi. “Allah yolunda öldürülənləri əsla ölmüş sanma”. Bu nə deməkdir?. Ölüdür deyə bilməzsən, haramdır. Şəhidə “ölü” deyə bilməzsən, o diridir. “Şəhid” deyə bilərsən. “Xeyr, onlar, Rəbbi yanında diridirlər, onlara ruzi verilir”. Cənnət yeməklərindən yeyirlər.

3-cu surənin 170-ci ayəsi. Ali İmran surəsinin 170-ci ayəsi. Şeytandan Allaha sığınıram. “Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinirlər”. Hər cür nemət. Sevinirlər. Buradakı qardaşlarımız da ağlayırlar. Bax, onlar sevinirlər. Madam ki, onlar sevinirlər, deməli, ailələr də sevinməlidir. Vətəndaşımız da sevinməlidir. Onlar sevindiyi halda, sən oturub ağlasan, bu nə mənaya gələr?. Çox anormal bir şey olar. Sevinməli bir şey vardır ki, onlar sevinirlər, elə deyilmi?. Onlar sevindiyindən ötrü biz də sevinməliyik. “Arxalarınca gəlib hələ onlara çatmamış kəslərə müjdə vermək istəyirlər ki”, yəni cənnətin necə gözəl bir yer olduğunu hələ onlara çatmamış kəslərə müjdələmək istəyirlər. Yəni arxalarınca gələcək şəhidlərə, “yaşadıqları yerin necə də gözəl olduğunu müjdələmək istəyirlər” deyir. “Onlara heç bir qorxu yoxdur”, yalnız dünyada qorxu var. Qorxacaqları mühitlər yaranır. Təbiidir ki, müsəlman Allahdan başqa heç kimdən qorxmaz, lakin qorxu mühiti yaranır. Müsəlmanlar qorxuya qapılmaz. Allah: “Və onlar kədərlənməyəcək” deyir.

171-ci ayədə deyilir; “Onlar, (şəhidlər) Allah tərəfindən bəxş ediləcək bir nemətlə, bir lütf ilə (bolluqla) və həqiqətən də Allahın möminlərin əcrini puça çıxarmayacağı ilə müjdələmək istəyirlər”. Bax; “Onlar, (şəhidlər) Allah tərəfindən bəxş ediləcək bir nemətlə, bir lütf ilə (bolluqla)”, yəni cənnətdə bol imkanlar var. “Və həqiqətən də Allahın möminlərin əcrini”, yəni etdiyi əməllərin qarşılığını “puça çıxarmayacağı ilə müjdələmək istəyirlər” deyir, şəhid, insanların ağladığını görsə buna nə deyər?. Özü sevinir, sevindiyindən gülür, əylənir, şəhidlik məqamının nemətlərindən istifadə edir. Baxıb insanların ağladığını görür. İndi şəhid bunu xoşlayar, yoxsa bundan narahat olar?. Narahat olar. Bu müsəlmana yaraşmaz, haramdır. O şəhid anasının etdiyi doğru idi. Gülürdü anam, halal olsun. Çünki, şəhid də gülürdü, anası da gülür, inşaAllah.

172-ci ayə. “Yaralandıqdan sonra da”, məsələn, bombalanır, yaralanır, bədəninə güllə dəyib yaralanır, “Allah və Elçisinin dəvətini qəbul edənlər”, yəni Quranı və Rəsulullah (s.ə.v)-in tələblərini qəbul edənlər, tabe olanlar, “onlardan yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır”. Burada da qazilərdən bəhs edilir. “Onlardan yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır”. Amma yaralanırlar. Bu da məhz qazilikdir.

173-cü ayə. “Onlar, özlərinə: “Camaat sizə qarşı ordu topladı””, yəni terroristlər, anarxistlər, kommunistlər, allahsızlar, kitapsızlar, artıq hər kimdirsə, hücum etməyə niyyət edənlər. Hücum etməyənlər başqa. Hücum etmək istəyənlər. “Artıq onlardan qorxun”, əvvəllər bizə; “PKK qiyam qaldıracaq, onu edəcək, bunu edəcək, onlardan qorxun!” deyirdilər, başa salırdılar. Biz də bu cür insanlara: “Buradan çıxın gedin” deyirdik. “Artıq onlardan qorxun dedikləri halda, imanları daha da artanlar və: “Allah bizə yetər. O nə gözəl vəkildir!” deyənlərdir”. Müsəlmanlar da; “Allah bizə yetər, O nə gözəl vəkildir!” deyir, maşaAllah.

qurani-kərim

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz