Header

Sad surəsinin 30-35-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 25 dekabr 2010-ci il tarixli reportajından Sad surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Bismillah, Sad surəsi, şeytandan Allaha sığınıram. “Biz Davuda Süleymanı bəxş etdik”. Allah onu, Süleyman (ə.s)-ı bir nemət olaraq verir. “O necə də gözəl qul idi! Daima Allaha üz tutardı”. Hz. Süleyman (ə.s), yaşadığı dövrün Mehdisidir. Belə ki, Peyğəmbərimiz (s.ə.v): “Hz. Zülqərneyn (ə.s) və Süleyman (ə.s) kimi, övladlarımdan olan Mehdi (ə.s) da dünyaya hakim olacaq” deyir. “Hanı ona axşama yaxın”, bax, çox mənalıdır, “axşama yaxın”, bunun hikmətini sonra izah edərik inşaAllah. “Üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, qarabəniz atlar göstərildi. Süleyman dedi: “Mən, nemətə (yaxud ata) olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum”. Bitkiləri, heyvanları, mal-dövləti, sarayları, ən əsası da insanları Allah üçün sevirəm. Bildiyiniz kimi hz. Süleyman (ə.s)-da heyrətamiz bir qadın sevgisi vardı. “Mən, nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum. Sonunda atlar (qaçdılar və toz) pərdəsinin arxasına gizləndilər. Süleyman: “Onları yanıma qaytarın!” dedi”. Baxın Allah burada heyvan sevgisini vurğulayır. “Sonra (onların) qıçlarını və boyunlarını sığallamağa başladı”. Gözü baxmaqla doymadığı üçün toxunmaq istəyir, toxunduğunda ruhuna rahatlıq gəlir. Atların qıçlarını və boyunlarını sığalladığında rahatlıq tapır. “Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o (əvvəlki vəziyyətinə) qayıtdı”. Bunu sonra yenidən izah edərəm, bu da çox hikmətli və çox əhəmiyyətli bir mövzuya işarə edir. “Sonra o (əvvəlki vəziyyətinə) qayıtdı. O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın”. Yalnız küfr edənlərdən heç kimə nəsib olmamasını istəyir, yoxsa təbiidir ki, müsəlmanlara nəsib olmasını istəyir, çünki, Mehdi (ə.s) zühur edəcək, Mehdi (ə.s)-ın dövründə İslam əxlaqı bütün dünyaya hakim olacaq və görülməmiş bir mülk olacaq. “Həqiqətən, Sən qarşılıqsız Bəxşedənsən”.

quran3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313