İçeriğe geç

Ənam surəsinin 76-81-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 13 oktyabr 2012-ci il tarixli söhbətindən Ənam surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.

Ənam surəsi, 79-cu ayə. “Doğrudan da mən, hənif olaraq”, yəni Allahın vahidliyini müdafiə edən bir adam olaraq, “üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”. Hz. İbrahim (ə.s): “Tək olan Allaha inanıram” deyir. “Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz?”. O dövrdə də darvinist və materialist düşüncəyə sahib insanlar vardır. İnanmadıqları üçün hz. İbrahim (ə.s)-la Allahın varlığı haqqında mübahisəyə girirlər. “Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər öyüd alıb düşünməyəcəksiniz?. Siz, Allahın sizə haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm?”.

Darvinistlərin əllərində heç bir dəlilləri yoxdur. “Siz, Allahın sizə haqqında heç bir dəlil nazil etmədiyi şeyləri Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm?. Əgər bilirsinizsə, deyin görüm iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?” deyir. “Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Mən batanları sevmirəm!” dedi”. Yəni dəlillərlə izah edir. Ulduz batır, o batır, bu batır. Həqiqət nədir?. Həqiqət: “Allahdan başqa ilah olmamasıdır” deyir. “Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam!”. Yəni o da ola bilməz, o da ola bilməz, o da ola bilməz. Allahın birliyi əsasdır. Belə söyləyir. Ay, günəş və ulduz… Üçü də eyni zamanda masonların simvoludur. Bayaq mason ustadlarla yuxarıda söhbət etdik. Qurandan bir çox dəlil gətirərək Axırzamanı izah etdim, hədislərlə izah etdim, mehdiyyəti izah etdim, xeyli təsirləndilər. Çox xoşlarına gəldi. Xeyli yaxşı, mehriban rəftar göstərirlər inşaAllah.

qurani-kərim

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz