Hörmətli Adnan Oktarın 13 oktyabr 2012-ci il tarixli söhbətindən Axırzamana aid bəzi əbcəd hesabları ilə əlaqədar şərhlər.
ADNAN OKTAR: Bədiüzzamanın xas tələbələrindən olan Əhməd Feyzi Ağanın Axırzamanla əlaqədar nələr bildirdiyinə bir baxın. Hanı qardaşımız bizdən: “Hocam bu məlumatlar haradan gəlir?” deyə soruşmuşdu.
Tövbə surəsi, 32-ci ayə. Bədiüzzaman bu şərhi kitabına əlavə etdirir. Şeytandan Allaha sığınıram. “Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər”. Tövbə surəsi, 32-ci ayə. Danışaraq, yazaraq. Həmin yazını başqalarının oxuması da, yenə ağızlarıyla söndürməyə çalışmaları deməkdir. “Halbuki, kafirlər istəməsə də”, küfr əhli istəməsə də, “Allah, Öz nurunu tamamlamaqdan başqa bir şey istəmir”. Əhməd Feyzi Ağa bunun əbcədini hesablamış, Bədiüzzaman isə bunu Risalə-i Nura əlavə etmişdir. Əbcədi 2002-ci ili verir.
Yenə Əraf surəsi, 56-ci ayə. Əhməd Feyzi Ağa əbcəd hesabıyla, cifr elmiylə bir çıxarış təqdim edir inşaAllah. Əraf surəsi, 56-cı ayə. Şeytandan Allaha sığınıram. “…Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır”. Əbcədi 1994-cü ildir. Hz. Mehdi (ə.s)-ın, mehdiyyətin ağır illəridir inşaAllah.
Tövbə surəsi, 33-cü ayə. Əhməd Feyzi Ağabəy söyləyir, Bədiüzzaman da bunu Risalə-i Nura əlavə etdirir. Şeytandan Allaha sığınıram. “Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur”. Ağamız: “Bu ikinci mülahizədir” deyir; “öz elçisini doğru yol göstəricisi ilə göndərən Odur”. Əbcədinin 2006-cı ili verdiyini deyir inşaAllah. Ağamız: “Bu üçüncü mülahizədir” deyir; “üstün etmək üçün doğru yol göstəricisi və haqq din ilə”. Əbcədi 1990-1996-cı illəri verir. Mehdiyyətin ən hərəkətli illəri. “Bu dördüncü mülahizədir” deyir; “İslamı bütün dinlərdən üstün etmək üçün”. Əbcədi 1990-cı ili verir.
Yenə Əhməd Feyzi ağa Saffat surəsinin 173-cü ayəsini göstərir. Şeytandan Allaha sığınıram. “Bizim əsgərlərimizin”, yəni İslamın, mehdiyyətin “mütləq qələbəsi labüddür”. Əbcədi miladi 1990-cı ili verir. Mehdiyyətin ilkin mərhələsinin illərini verir.