Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından Mülk surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Mülk surəsi. Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. “Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir”. Bütün mal-mülk, hamısı, bütün dünya Allahındır. Allah beynimizdə yaradır. Çöldə mülk var, lakin görüntüsünü işıqlı halda, aydın görünə bilən halda, hisləriylə birlikdə, qoxusuyla, sərtliyi ilə yaxud yumşaqlığıyla, formasıyla, hər şeyiylə Allah yaradır. “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. Yəni Allah: “Həyatın yaradılmasındakı məqsəd, etdiyiniz hərəkətləri özünüzə göstərməkdir” deyir. Çünki, Allah bizim nə etdiyimizi bilir. Yəni Allah bizi bizə tanıdır.
Əgər yaxşı bir insanıqsa yaxşı olduğumuzu özümüz görürük, pis bir insanıqsa pis olduğumuzu görürük. Yəni danılacaq bir vəziyyət qalmır. “Yeddi göyü bir-birilə tamamilə uyğun təbəqələr şəklində quran Odur”. Bu da çox böyük möcüzədir. Allah göy təbəqələrini yeddi qat olaraq yaratmışdır, müasir elm isə bu həqiqəti sonradan müəyyənləşdirdi. Budur mezosfer, troposfer və s., yeddi qatdır və həqiqətən bir-biri ilə uyğundur. Bu Quranın, Allahın bir möcüzəsidir. “Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq və ziddiyyət tapmazsan”. Mütləq bir-biri ilə uyğundur. Məsələn, xromosomlar, atomlar, neytronlar, protonlar və gözlər, hamısı bir-biri ilə uyğundur.
Məsələn, gözlər görüntünü qəbul edir, gözlər bir kamera kimidir, görüntünü quzehli qişaya tərs salır. Normalda dünyanı tərs görməliyik, çünki, tərs şəkildə bir görüntü meydana gəlir. Amma Allah onu uyğun hala gətirdiyi üçün onu düzəldir, düz görüntü halına gəlir. Bundan əlavə görüntü quzehli qişaya bulanıq halda düşür. Allah da həmin bulanıq görüntünü aydın hala gətirir. Əgər istəsəniz belə bir təcrübə aparın; şüşə bir qabın içinə su tökün, belə ki, yarımkürə formalı bir qab götürüb içinə su tökün. Yaranan görüntü son dərəcə pisdir, son dərəcə pis bir görüntü meydana gələr. Yəni göz büllurunun eynisi olan bir cismi götürüb bu təcrübəni aparın, çox bərbad bir görüntü meydana gələr.
Amma bizim beynimizdə əmələ gələn görüntü üç ölçülü, çox aydın və o qədər keyfiyyətlidir ki, keyfiyyətin dərəcəsindən: “Həqiqətən bizdən kənarda vardır” deyirik. Bax, beynimizin içində olduğu halda, görüntünün yanıltma xüsusiyyətindən ötrü belə qənaətə gəlirik, yəni beynimiz yanılır, Allah belə yaratmışdır. Beynimizin yanılacağı şəkildə yaratmışdır. Görüntünün çöldə olduğundan 100% əmin oluruq. Halbuki, qəti şəkildə beynimizin içində yaranan görüntüdür. Məsələn, adam evə girib: “Ox! Evimiz necə də gözəldir, içinə girmək necə də gözəldir” deyir. Halbuki, ev onun içindədir, bundan xəbəri yoxdur. Təbiidir ki, o evin içinə girdiyini zənn edir. Ev onun beyninin içindədir. Allah məhz belə bir möcüzə yaratmışdır. Amma insanlar bunu bilməz və hiss etməzlər.
Yəni tam fərqli bir aləmdə yaşayarlar, bilməzlər. Hərçənd ki, bunu çox izah etdik, kitablarda da izah etdik. Ağıllı, özüdə çox ağıllı insanlar bu həqiqəti dərk edirlər. Gerçək ruh sahibi olanlar anlayır. Allahın nəfəs kəsici sənətinin nümunələrini görürlər. Yəni sırf bunu görən bir insanın iman etməməsi mümkün deyil, qeyri-mümkündür. Yəni mütləq bir problemi olmalıdır, ikinci bir ehtimal olmaz. Məsələn, bax, burada bir fincan var. Baxıram, olduqca yaxşı görünür, üç ölçülüdür, bir də əlimlə tutma hissi də var. İnanmayan bəri gəlsin. Yəni konkret şəkildə çöldə olduğu görünür. Əgər mənə bu barədə məlumat verilməmiş olsa mən bunu bilmərəm, mütləq çöldə olduğunu zənn edərəm. O qədər keyfiyyətli bir görüntü var.
Bu keyfiyyətli görüntü indiyəcən heç bir şəkildə əldə olunmadı. Baxın, ən mükəmməl televizorlar hazırlanılır, ən mükəmməl kinostudiyalarda görüntü əldə edilir. Üç ölçülü görüntü əldə edə edirlər, amma dumanlı və bulanıq olur, heç bir şəkildə alınmır. Bu görüntü keyfiyyətini əldə edə bilmirlər. Allah bu görüntü keyfiyyətini cəmi bu qədər bir ət parçasıyla əldə edir. Beyindəki şüur mərkəzi bu qədərdir, kiçikdir. Yəni təxminən mərcimək boyda olan bir şeydir, ət parçasıdır. Bax, orada bu mükəmməl sistem olur. Bildiyiniz kimi, televiziya texnologiyasını inkişaf etdirən dünya səviyyəsində tanınmış bəzi markalar vardır. Adamların əmri altında minlərlə mühəndis çalışır. Allah mühəndis olmadan, fabriklər olmadan, cəmi bu qədər olan bir ət parçasıyla bunu həll edir və bu texnologiyanı, bu gücü hələ də əldə edə bilmirlər.
Eləcə də, üç ölçülü, rəngli və işıqlı olan görüntünü. Həmçinin çöldəki görüntü belə deyil. Bütün elm adamlarının ortaq şəkildə qəbul etdiyi bir şeydir. Görüntü çöldə qapqaradır, qaranlıqdır. Çünki, çöldəki işıq dediyimiz şey yalnız dalğadır, yəni dalğa yayılır. Beynimizə gəlib çatan fərqli dalğa uzunluqlarını işıq kimi şərh edən Allahdır. Məsələn, qırmızı rəng ayrı bir dalğa uzunluğundan ibarətdir. Yaşıl, qırmızı, bənövşəyi, mavi və müxtəlif rənglər müxtəlif dalğa uzunluqlarına sahibdir. İşıq, parlaqlıq tamamilə beynin bir şərhidir, beyində meydana gəlir. Çöldə işıq deyə bir şey yoxdur, parlaqlıq yoxdur, zülmət qaranlıqdır. Yəni rəng də, parlaq işıq da beynin bir şərhidir. Çünki, radio dalğası kimi bir dalğadır. Radio dalğası parlaq bir şey deyil, işıqlı deyil, elə deyilmi?.
Hal-hazırda da var, məsələn, burada minlərlə televiziya dalğası var, radio dalğası var, görə bilmirik və parlaq da deyil, heç bir şeyi yoxdur. Amma işıq dalğalarını beyin bu şəkildə qavrayır, bu şəkildə şərh edir. Tərtəmiz aydınlıq və rəngli olaraq şərh edir, həm də nə rənglər, gördüyünüz kimi, rəngarəng, hər cür rəng inşaAllah. Bir də dərinlikli, dərinlik ölçüsüylə. Məsələn, dərinlik olmasa biz bunu qəzet səhifəsi kimi görərdik. Yəni bir jurnal səhifəsi kimi görəcəkdik. Allah dərinlik keyfiyyətini mükəmməl yaradır. Buna görə də hal-hazırda dünya əhalisinin 99,99%-i bunun beyində əmələ gələn bir görüntü olduğunu bilmir. Yəni bilərək yaşamaz. Məsələn, dostunu haraylayar: “Ey Hüseyin” deyər, yanına çağırar. Uzaqda olduğunu zənn edir.
Halbuki, o həmin anda beyninin içindəki Hüseyni çağırır. Yəni beyninin içində meydana gəlir. Çöldə Hüseyn vardır, amma Hüseyn zülmət qaranlıqdır və işığı yoxdur. İşıqlandığını fərz edək. Onda bu, maddənin şəffaf atomunun quruluşundan qaynaqlanır. Yəni neytron, proton, elektron, budur o, bu, budur nüvə. Bunlar daim bir-birlərindən uzaqda, çox uzaqda yerləşən strukturlardır. Dolayısilə şəffafdır, şəffaf və qapqaradır. İşıqlandırıldığında da şəffaf görünər. Bu cür deyildir, yəni əslində lazım olduğu kimi işıqlandırılsa, Dünya çox qəribə görünər. Kölgə də xüsusi olaraq yaradılır. Allah Quranda: “Kölgəni mən ayrı yaratdım” deyir. Kölgə Allahın sənətidir. Yəni işıq ayrı yaradılır, kölgə ayrı yaradılır. Kölgənin yaradılma texnikası çox qəlizdir. Məsələn, baxın burada kölgə olmasa, biz bunları çox qəribə şəkildə qəbul edərik. Kölgə sayəsində bunları üç ölçülü görüntü kimi qəbul edirik. Kölgə yox olsa çox qəribə olar, yəni bütün görüntü, hər şey pozular.
Yəni təsəvvür edə bilməyəcəyiniz bir görüntü meydana gələr. Kölgə onun gözəl olmasını təmin edir. Dərinliyi təmin edən də odur, məna qazandıran da kölgədir. Həmçinin Allah rəng sənətindən istifadə edir. Bir-birindən çox ayrı, fərqli rənglərdən istifadə edir. Allah gücünü göstərir. Allah ayədə: “Onlar Allahı lazımınca qiymətləndirmədilər” deyir. İndi sən bu həqiqəti küçədə lahmacunu dişləyərək yeyib, əlinin tərsiylə də üzünü silib gedən bir insana izah etsən bunu dərk etməyə bilər. Yəni bəzi insanlar. Dərin düşünən insanlar bunu dərk edə bilirlər, Allahın yaratma sənətindən xəbərdardırlar. Buna görə də Allah ayədə: “Allahdan Öz qulları arasında ancaq elm sahibləri qorxar” deyir. Yəni həqiqətən araşdıran, həqiqi mənada elmi bilən, dərin düşünən insanlar “dərk edə bilər” deyir, “başa düşə bilər” deyir. Buna görə də Allah ayədə, həqiqi müsəlmanların daim düşünmələrini, dərindən düşünmələrini və elm sahibi olmalarını istədiyini bildirir.
Yəni dərindən tədqiq etmələrini istəyir. Məsələn, universitet imtahanının təlaşı içərisində qaçaraq gedir, çata bilmir, təngnəfəsdir. Halbuki, hər insan universitet imtahanına beyninin içində girər, zala girə bilməzsən. Özünü zala girən kimi hiss edərsən, halbuki, zal, zal deyil. Beyninin içindəki zal var. Bütün sualların cavabını orada verər. Ona sualı verən də Allahdır, yazdıran da Allahdır. Özünün yazdığını zənn edər. Yəni taleyindəki suallara taleyindəki cavabları verər, özünün verdiyini zənn edər. Allah soruşar, Allah cavab verər. Amma o özünün etdiyini zənn edər və onun təlaşını keçirər. Ondakı təlaşı yaradan da Allahdır. Bu imtahanın bir tələbidir.
Belə ki, Allah çox mürəkkəb, çox incə bir üsuldan istifadə etmişdir, yəni bizim təsəvvürümüzdə canlandırdığımızdan xeyli üstün bir üsuldan. Bir də bu izah etdiklərim iman məsələsi deyil, yəni iman məsələsidir, məsələn, mələklərin varlığına inanmaq bir imandır, dirilişə inanmaq da bir imandır. Amma mənim dediyim bu şey iman məsələsi deyil, elmi bir həqiqətdir. Yəni dinsiz, imansız və ya müsəlman olmağının heç bir fərqi yoxdur, bu hər kəsin qəbul etdiyi bir həqiqətdir. Yəni ikinci bir ehtimalı yoxdur, bu dediyim doğrudur. Amma adamın öldükdən sonra dirilməsi məsələsi, əlbəttə ki, bir imandır.
Dirilmə anında da, yenə Allahın bizim üçün bu üsulla meydana gətirəcəyi görüntünün yaranmasıyla dirilmiş olduğumuzu görəcəyik. Amma təbiidir ki, yenə çöldə bədənimiz olar. Bir kölgə varlıq olaraq bədənimiz olar. Amma Allah: “Mənim üçün yaratmaq çox asandır” deyir. Yəni bu insanlara çox mürəkkəb və çətin bir şey kimi gəlir, amma Allah ayədə: “Bu Mənim üçün çox asandır” deyir. Məsələn, durun gözünüzü yumun, istədiyiniz şeyi xəyal edə bilirsiniz. Məsələn, yollar, prospektlər, elə deyilmi?. İnsan hətta yuxusunda da belədir, sizin xəbəriniz olur mu, bunun yuxu olduğunu bilirsinizmi?. Bilmirsiniz.
APARICI 1: Gerçək olduğunu zənn edirik.
ADNAN OKTAR: Əlbəttə ki, gerçək olduğunu zənn edirik. Yaxınının başına bir hadisə gəlir, fəryad qoparıb nəqliyyat vasitələriylə çığır-bağır salaraq xəstəxanaya filan gedirlər yuxusunda, elə deyilmi?. Yuxu olduğunu bilsə, belə çığır-bağır salarmı?. Xeyli təşvişə qapılır. Məsələn, hətta yuxusunda ona: “Bu bir yuxudur” deyirlər. O isə: “Belə bir şey ola bilərmi heç?. Dəlisənmi?” deyir. “Görmürsənmi adam pərişan vəziyyətdədir, hamımız birlikdə xəstəxanaya gedirik, bunun harası xəyaldır?”. Amma inanır, o anda bilmir. Məsələn, yemək yeyir, inanır. Yuxusunda universitet imtahanına girir, qan tər içində qalır, bir xeyli narahat olur. İmtahandan keçə bilmir.
Qaçır, çata bilmir. Geriyə qaytarılır, və sairə. Bilmir. Məhz bu dünya həyatı da belə bir yuxudur. Hz. Əlinin rəvayətinə görə: “Eynilə yuxudan oyanan kimi oyanacaqsınız” deyir. Amma çöldə maddə vardır, amma dediyim kimi kölgə varlıqdır. Yəni insanların təxmin etdiyi kimi, bildiyi kimi deyil. Təbiidir ki, bir çox insan mənfəətinə zidd olduğu üçün bu mövzunu düşünmək istəməz. Çünki, baxıb dollarların beyninin içində yaranan bir görüntü olduğunu görür. Bu ona çox qəribə gəlir. Fabrikinə baxıb fabrikinin də bir görüntü olduğunu görür. Yaxtasına baxıb onun da beyninin içində yaranan bir görüntü olduğunu görür. Yəni bu hal ona bir qədər qəribə gəlir.
Diqqət edirsinizsə xalq arasında hər hansı bir insandan; “Allah haradadır?” deyə soruşduqda; “sən ağlını mənə göstərə bilirsənmi” deyir. “Allah radio dalğası kimidir. Biz televiziya dalğalarını görə bilirikmi?. Görə bilmirik. Məhz Allahı da bu cür görə bilmirik” deyir. Halbuki, özü elədir, özü bir görüntüdür. Allah mütləq varlıqdır. Tam tərsini izah etmişəm. Yəni bilmirəm, yəqin ki, eşitmisiniz, xalq arasında elə deyərlər, yəni “Allahı göstər” deyildiyində; “ağlını göstərə bilirsənmi?” deyirlər. Yəni ümumiyyətlə televiziya və radio dalğasına bənzədirlər, haşa.
Elə deyil, biz kölgə varlığıq. Allah mütləq varlıqdır. Amma, əlbəttə ki, bunu daha əhatəli və daha dəqiq başa düşəcəkləri şəkildə də izah edə bilərəm. Amma onda çox həyəcanlanarlar. Amma belə olmasını istəmirəm. Yəni belə yavaş-yavaş düşünərək tapmaları üçün yalnız belə ilkin dəlillər verərək, insanların qavraması üçün izah edirəm. Çünki, birbaşa izah etsəm həddindən artıq həyəcanlanarlar. Yəni istəsəm tam qavrayacaqları şəkildə izah edə bilərəm. Yəni mütləq o dəqiqə anlayarlar, maddənin varlığının nə olduğunu anlamış olarlar. Amma bu da olmaz. Bir insan bu qədər həyəcana dözə bilməz inşaAllah. Münasib şəkildə izah etdiyimiz bu şeylər yaxşıdır. Bu izah etdiklərim barəsində nə deyirsən?.
APARICI 1: Nə deyə bilərəm hocam. Çox gözəl şeylər danışırsınız. Bizi məlumatlandırırsınız, insanları da məlumatlandırırsınız. İnanılacaq şey deyil.
ADNAN OKTAR: Dediklərimi anladın, anladığıma görə xoşuna da gəldi. İzah etdiklərim barəsində nə deyirsən?. Maraqlıdır, elə deyilmi?.
APARICI 2: Bəli, maraqlıdır.
ADNAN OKTAR: İzah etdiklərimi əvvəllər heç düşünmüşdünmü?.
APARICI 2: Xeyr. Yəni heç bu qədər ətraflı şəkildə düşünmədim. Yəni düşündüm, amma bir tərəfdən də düşünmək istəmədim.
ADNAN OKTAR: Niyə düşünmək istəmədin?.
APARICI 1: Çünki, düşündükcə daha sonrasını düşünürsən.
ADNAN OKTAR: Məhz Allahın istədiyi də budur. “Dərin düşünün” deyir. Yəni insanlar həmişə dərindən düşündükdə bir şey olacağını zənn edirlər, məsəl üçün havalanacaqlarını, ağıllarını itirəcəklərini düşünürlər. Heç bir şey olmaz. Allah bizi bunu düşünə biləcək şəkildə yaratmışdır. Belə bir şey yoxdur. Söylə Berkerim.
ALTUĞ BERKER: Hocam bu mövzu barəsindəki ayəni oxuyuram inşaAllah. Səkkizinci surənin on yeddinci ayəsini. Şeytandan Allaha sığınıram. “Onları siz öldürmədiniz, Allah onları öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir”.
ADNAN OKTAR: Bax, Allah: “Atdığın zaman sən atmadın, mən atdım” deyir, elə deyilmi?. Bəli. Hər şeyi yaradan Allahdır. Allah bunu söyləyir. İzah etdiklərim barəsində nə deyirsən?
APARICI 3: Çox maraqlıdır, maraqlı olduğu qədər də çox gözəldir.
ADNAN OKTAR: MaşaAllah. Daha əvvəl düşünmüşdünmü?
APARICI 3: Xeyr, düşünməmişdim.
ADNAN OKTAR: Daha əvvəl sən də düşünmək istəməmişdin.
APARICI 3: Xeyr. Düşünmək istəsən də, istəməsən də, nəticədə düşünməli olursan yəni.
ADNAN OKTAR: Çünki, bu bir həqiqətdir. Əlbəttə ki, həqiqətlərdən qaçmaq çox məntiqsiz olar. Bir də ki, həqiqətlər gözəldir, elə deyilmi?. Allahın sənətini görmüş oluruq. Allahın böyüklüyünü görürük, Allahın yaratdığı böyük gözəllikləri görürük. Yaratma sənətini görmüş oluruq. Belə olduqda Allaha olan sevgimiz, bağlılığımız daha da artır və yaradılışın necə olduğunu daha yaxşı anlayırıq. Məsələn, bu təkamülçülər, filan dəstə, o, bu və sair şəxslər, bu həqiqəti bilmir. İnsanlar Cənnət və Cəhənnəmi daha yaxşı qavrayır. Çünki, bir anda yuxusunda ona Cəhənnəm kimi bir yer göstərilir. Adam özünün bərbad bir mühitdə olduğunu zənn edir.
Bir anda da yuxusunda ona Cənnət kimi bir yer göstərilir, o da Cənnət kimi bir yerdə olduğunu zənn edir. Orada evlər də olur. Köşklər, avtomobillər də olur və Allah bunları ardıcıl surətdə meydana gətirir. Həmçinin biz gözümüzü yumduğumuz vaxt, istədiyimiz təqdirdə xəyal etdiyimiz, xəyalını qurduğumuz hər şey meydana gəlir. Amma tam aydın şəkildə meydana gəlmir. Amma mütləq meydana gələr. Məsələn, bir insan bir şeyi ağlına gətirəndə, onun xəyalını quranda, sadəcə olaraq limonu belə ağlına gətirəndə ağzı sulanır. Deməli, xəyalını qurur, xəyalını qura bilir. Bir düşünün, yəni artıq bədən ona reaksiya verir. Allah bunu bizim üçün yaratmışdır.
Axirətdə də insanın ağlından keçən bir şey, eynilə bunun hal-hazırda beynində yaradılması kimi, bundan daha da aydını, yəni üç ölçülü, dəqiq və keyfiyyətlisi eyni anda yaradılacaq. Yəni ağlından belə bir şey keçməsi kifayətdir. Məsələn, Cənnətdə hər hansı bir şeyi istədiyimizdə, onun xəyalını qurduğumuzda o şey həmin anda yaradılır. Allah bu sistemi bizim içimizə yerləşdirmişdir və onsuz da bu sistemi bizə göstərir. Məsələn, kababdan bəhs etməyə başlayır, millətin, insanların ağzı sulanır, çünki, xəyalını qururlar, qoxusu ağıllarına gəlir, dadı ağıllarına gəlir. Udqunmalarının səbəbi budur. Xəyalını qurduğundan ötrü bayaq udqundun. Amma orada xəyalını qurdun, elə deyilmi?.
APARICI 1: Əlbəttə ki.
ADNAN OKTAR: Deməli asandır. Allah asan bir sistem yaratmışdır. Lakin, tam da aydın deyil. O ölümdən sonra aydın hala gəlir. Yəni Cənnətdə aydın hala gəlir. Kafirləri isə ən istəmədikləri qorxunc xəyallar, ən istəmədikləri, ən qorxduqları şeylər bürüyəcək. Yəni insanın istəmədiyi şey kabusdur, daim kabus meydana gələcək. Cəhənnəmin xüsusiyyəti də budur. Allah onun üçün yaradır. Amma çöldə vardır, var olan bir şey. Amma onun görüntüsüylə təmasda olacaq. Yəni Allahın diləməsi sayəsində Cənnət və Cəhənnəmin yaradılmasındakı sistemin bəzi xüsusiyyətləri haqqında bəzi məlumatlar verdim. Yəni insanların, qardaşlarımızın qavraması üçün, inşaAllah.