Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından Ənbiya surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Ənbiya surəsi, 11-ci ayə. Şeytandan Allaha sığınıram. “Biz zülm edən neçə-neçə məmləkəti məhv etdik”. Yəni darvinist, materialist olsalar, Allahın hökmlərinə biganə yanaşsalar, Onun hökmlərinə tabe olmasalar; “Biz zülm edən neçə-neçə məmləkəti məhv etdik”, yəni Allah: “Mən də o dövləti çökdürərəm, darmadağın edərəm” deyir. “Dövləti məhv edərəm” deyir. Allah: “Dövlət, millət deyə bir şey qalmaz, darmadağın edərəm” deyir. “Sonra başqa bir qövm yaratdıq”. “Sizin yerinizə başqa bir qövm gələr” deyir. Yəni Allah: “İmanınızdan dönsəniz, İslam dinindən dönsəniz, həm dövlətiniz, həm də millətiniz darmadağın olar” deyir. “Bizim çətin əzabımızı hiss etdikləri zaman, oradan böyük bir sürətlə uzaqlaşıb qaçırdılar”.
Ya müharibə olar, ya vətəndaş müharibəsi olar, ya da bir bəla gələr. Baxın: “Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar” deyir. Artıq o ölkədə qala bilmirlər, başqa ölkələrə, başqa yerlərə gedirlər. Darmadağın olarlar. “Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Qayıdın, çünki sorğu-sual olunacaqsınız”. “”Vay halımıza!” dedilər”. “Biz, doğrudan da zalım olmuşuq”. “Biz onları biçilmiş əkin və yanmış küləşə döndərənəcən fəryad qoparırdılar”. Bax: “Biz onları biçilmiş əkin və yanmış küləşə döndərənəcən fəryad qoparırdılar”. Allah: “İslam dinindən uzaqlaşdığınız təqdirdə dövlətinizi və millətinizi yerlə-yeksan edərəm” deyir. “Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq”.
Yəni Allah: “Məqsədsiz yaratmadım” deyir. “Mən bir məqsədlə, bir qayə ilə yaratdım” deyir, “yeri, göyü və ikisi arasında olanları”. “Çünki saysız-hesabsız incəliklər var. “Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Etsəydik, belə edərdik”. Yəni Allah: “Mən belə bir şey düşünsəydim, qarşıma belə bir məqsəd qoysaydım ən mükəmməl şəkildə hazırlayardım” deyir. Allah: “Mənim məqsədim bu deyil” deyir. “Bunları sizi sınamaq üçün yaratdım” deyir. Bu məna çıxır. “Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər”. Deməli, fikri bir mübarizə var. Çünki, beynin içində nə var?. Düşüncə vardır. Bax, Quran bədəninə deyil, beyninə istiqamətli ifadə verir. “Beynini darmadağın edər”. Darvinistlərə və materialistlərə dəlilləri təqdim etdiyimizdə nə baş verər?.
Beyinləri darmadağın olar, məhv olar. Allah: “Bir anda onun yox olub getdiyini görərsən. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!” deyir. “Uydurduğunuz yalanlardan ötrü, uydurmalardan ötrü, elmlə əlaqəsi olmayan xurafatlardan ötrü vay halınıza” deyir. Allah: “Sizdən intiqam alacağam” deyir. “Göylərdə və yerdə kim varsa, hamısı Onundur”. Göylərdə İsa Məsih (ə.s), yerdə isə Mehdi (ə.s) var, elə deyilmi?. “Onun yanında olanlar nə Ona ibadət etməyə təşəxxüs göstərər, nə də bundan yorularlar”. “Onun yanında olanlar nə Ona ibadət etməyə təşəxxüs göstərər”. Göydə kim var?. Hz. İsa (ə.s) var. Allaha ibadət edir, elə deyilmi?. Təşəxxüs göstərməz. Mələklər var, təşəxxüs göstərməzlər. “Yorğunluq duymazlar”. Allaha sonsuza qədər ibadət edirlər, “yorğunluq duymazlar” deyir. Çünki, yorğunluq bizə verilmiş bir acizlikdir.
Axşam olan kimi insanlar dərhal heyrətamiz bir gücün təsiri altına düşməyə başlayırlar. Artıq göz qapaqları düşməyə başlayır filan, məcburən gedib yatırlar. Bu insanların acizliyidir. Amma Allah: “Onun yanında olanlar”, yəni Allahın yanında olanlar, “nə Ona ibadət etməyə təşəxxüs göstərər, nə də bundan yorularlar” deyir. Mələklər sonsuza qədər ibadət edirlər, əsla bundan bezməzlər. Yorğunluğu kim yaradır?. Allah yaradır. İmtahan olaraq yaradılır, xüsusi olaraq yaradılır. “Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər”. Məsələn, insanlar gecələr yatır, amma onlar yatmırlar, gündüzlər də yatmırlar. Yorulmadıqları üçün daim Onun şəninə təriflər deyir və bundan inanılmaz dərəcədə zövq alırlar. Allah elə yaratmışdır. Berkerim indi isə sənin sözlərini eşidək.