Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından Bəqərə surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?. Onlara elə çətinlik və sıxıntı üz vermiş, elə sarsılmışdılar ki, hətta Elçi və onunla birlikdə iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” dedilər. Bunu yaxşı bilin ki, Allahın köməyi yaxındır”” (Bəqərə surəsi, 214). Qardaşımız əbcədinə baxmağımı istəyir. Baxaram inşaAllah. Bu ayələr ümumiyyətlə mütləq mehdiyyət dövrünə işarə edir. Çünki, yüz əllidən çox ayədə bunun şahidi olduq. Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in dövrünə də işarə edir, hər dövrə işarə edir. Bu dövrə, Mehdi (ə.s)-a işarə etməsi baxımından, “daha əvvəlki Peyğəmbərlərin, övliyaların başına gələn” hadisələrin eynisinin Mehdi (ə.s)-ın da başına gələcəyi, Mehdi (ə.s)-ın da bununla qarşılaşacağını anlayırıq. Onlara çətinlik və sıxıntı üz vermişdir. Mehdi (ə.s)-ın da çətinlik və sıxıntıyla imtahan olunacağını anlayırıq. “Elə sarsılmışdılar ki,” deyir, yəni çox sarsıdıcı hadisələr olacaq, deməli, böhtanlar, təzyiqlər, həqarətlər, həbs etmə halları, hücumlar olacaq. Lakin Mehdi (ə.s) sarsılmayacaq inşaAllah. Allahın köməyini istəyəcəklər, Allahın köməyinin nə vaxt gələcəyini söyləcəklər, inşaAllah. Biz də deyirik, on ilə qədər Allahın izni ilə bitmiş olacaq inşaAllah. Ayə buna işarə edir.