Hörmətli Adnan Oktarın 17 oktyabr 2012-ci il tarixli reportajından Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Açdım, Yusif surəsinin 19-cu ayəsi çıxdı. Şeytandan Allaha sığınıram. “Quyunun yaxınlığına bir karvan gəldi”. Hz. Mehdi (ə.s)-ı axtaracaq karvana işarə edilir. Hədisdə: “Müxtəlif ölkələrdən çıxan alimlər hz. Mehdi (ə.s)-ı axtarar” deyir, inşaAllah. “Suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı”. Dolça bürcünün dövrü, fevral ayı, inşaAllah. “”Ey müjdə! Burada bir oğlan uşağı var!” dedi”. 19-cu ayə, 12-ci surə. “Ey müjdə!”, bu ayə “hz. Mehdi (ə.s) ilə müjdələnin” hədisinin inikasıdır. “”Ey müjdə! Burada bir oğlan uşağı var!” dedi”. Hz. Mehdi (ə.s)-a işarə edir inşaAllah. Biz ayənin işarə etdiyi ikinci mənanı söyləyirik. “Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi.
Onu dəyərsiz bir qiymətə, bir neçə dirhəmə satdılar. Onu çox qiymətləndirmədilər”. 19-cu və 20-ci ayələri oxudum. Hz. Mehdi (ə.s)-a da qiymət verməyəcəklər, ilk vaxtlarda onu tanıya bilməyəcəklər, yəni gəncliyində, uşaqlığında və fəaliyyət göstərdiyi illərdə. Yəni fəaliyyətə yeni başladığı illərdə, fəaliyyət göstərdiyi ilk illərdə ona qiymət verməyəcək və tanıya bilməyəcəklər. Hədislərdə də açıq şəkildə qeyd olunur. “Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək” dedi. Beləliklə də, Yusifi yer üzündə (Misirdə) yerləşdirdik və ona sözləri şərh etmə bacarığını öyrətdik”. Hz. Yusif (ə.s)-ın çox gözəl şərh etmə qabiliyyəti var. Şərh edən kimdir?. Allahdır. Allah nə deyir?.
“O gözəl şərh etdi” demir, “ona şərhetmə bacarığını öyrətdik” deyir. Allah: “Mən öyrətdim” deyir, “Mən dedirtdim” deyir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. Bir şeyin olmasına hökm verdisə onu edər. “Lakin insanların çoxu bilmir”. Daim belədir, insanların çoxu düşünə bilməz, çoxu bilməz. Dünyadakı degenerasiyanın səbəbi də budur. 22-ci ayə, 2 və 2. “Yusif həddi-büluğa çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik”. Mühakimə, mühakimə etmə səlahiyyəti hakimə məxsusdur. Hz. Mehdi (ə.s)-ın xüsusiyyəti nədir?. Hakimlik, mühakimə etmə səlahiyyəti var. Hz. Mehdi (ə.s)-a mühakimə etmə səlahiyyəti verilir, hakimlik mövqesindədir. “Mühakimə və elm”. Necə bir elm?. Allah vergisi olan bir elm.
“Biz, yaxşı iş görənləri belə mükafatlandırırıq”. Deməli, insan gözəl bir əxlaqa sahibdirsə, Allah da ona kömək edir. “Evində qaldığı qadın”, bəs qadınlarla bir yerdə olmaq, onlarla danışmaq, üzünə baxmaq olmazdı. Bax peyğəmbərdir, peyğəmbər bir qadınla eyni evdədir, təkdirlər, bir yerdədirlər. Evində qaldığı qadın. İndi peyğəmbər haramamı girdi?. Yox, halal olduğu üçün qalır. “Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi”. Yəni qadın cinsi əlaqəyə girmək istəyir. “Qapıları bağlayıb”, yəni başqa bir adamın içəriyə girməsini istəmir, baş-başa qalmalarını istəyir. “”Yanıma gəl!” dedi”. Yəni cinsi əlaqəyə girmək istədiyini açıq-aydın söyləyərək onu cinsi əlaqəyə dəvət edir. “Yusif: “Allaha sığınıram” dedi”.
İffətli olduğu üçün qəbul etmir, cinsi əlaqəyə girmə dəvətini qəbul etmir, amma eyni evdə yaşayır. Danışır, söhbət edir, birlikdə yaşayırlar, lakin cinsi əlaqəyə girmir. “Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”. Allahdan qorxduğu üçün, bunun bir zalımlıq olduğunu düşündüyü üçün qeyri-qanuni cinsi əlaqəyə girmir. “Mənə halal bir qadın olsa girərəm” deyir, mənası budur. “Amma haram bir hərəkətə yol vermərəm” deyir. Çünki, evli olduğu qadın deyil. Amma eyni evdə yaşayır, danışır, söhbət edirlər. Deməli, müsəlman bunu meyar olaraq götürməlidir, danışa bilər, söhbət edə bilər, ancaq qeyri-qanuni cinsi əlaqəyə girməz, harama girməz. Allah: “And olsun” deyir, “qadın ona meyl etmişdi”.
Çünki, hz. Yusif (ə.s)-ı kiçik yaşında alırlar, yetkin bir insan olduqdan sonra, yetkinlik çağında möhtəşəm bir insan olur. Böyüdükdən sonra artıq qadın ona valeh olmağa başlayır, təhrik olur. Onu əldə etməyə çalışır. Uşaq olarkən belə bir hal baş vermir. “And olsun Qadın ona meyl etmişdi. Əgər Yusif Rəbbinin (zinayı qadağan edən) qəti dəlilini görməsəydi, o da ona meyl edərdi”. Allah: “Yusif də ona meyl edir” deyir. Yəni onunla cinsi əlaqəyə girməyi arzulayır, istəyir, qadınla cinsi əlaqədə olmağı arzulayır, bəyənir qadını. Amma harama girmir. “Beləcə, Biz pisliyi və zinakarlığı ondan uzaqlaşdırmaq üçün ona dəlil göndərdik”. Hökm, Allahın hökmünü. Çünki, əksi zina olar. Halal deyil. Amma qadına valeh olmuşdur.
Allah: “Valeh oldu” deyir. Xoşuna gəlir, bəyənir, eyni yerdədirlər. “Çünki, o müxlis qullarımızdandır”. Yəni xalis, səmimi, səmimi qəlbli biridir. “Bir qadınla danışmaq olmaz” deyənlər, buradakı ayəni oxusunlar. Bu ayəyə görə, onların ağlına görə, hz. Yusif (ə.s) harama girmiş və xəlvət olmuşdur. Allah burada harama girdi demir. İffətli olduğunu söyləyir. “Günah işləmədi” deyir, amma məhz məlum zehniyyətə görə də hz. Yusif (ə.s)-ın etdiyi bu hərəkət haramdır. Yəni açıq-aydın şəkildə harama girdiyi qənaətindədirlər. Çünki, qadınla tək qalır, baş-başa qalır, danışır, bir yerdə yaşayır, üstəlik onu arzulamışdır da.
Onda onların ağlına görə xəlvət də olmuşdur, göz zinası da etmişdir, çünki, görmədən arzulaması mümkün deyil, görür onsuz da, danışır və görür. Onunla danışır və onu görür, baxır qadına. Baxmış, görmüş, bəyənmiş, arzulamış, lakin cinsi əlaqəyə girməmişdir, girmir. Bəzi yoldaşlara görə bu nədir?. Xəlvətdir, haramdır. Allah da harama girmədiyini söyləyir. Biz kimə inanırıq?. Allaha inanırıq. Bir neçə dəfə təkrarlamağımın səbəbi, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir, yəni Peyğəmbərimiz (s.ə.v) mühüm mövzuları üç dəfə təkrarlayır. “Qapıya tərəf yüyürdülər”. Hz. Yusif (ə.s) çox şirin bir insandır. O qabaqda yüyürür, qaçır, qadın da arxasınca qovur. Artıq onun nə dərəcədə şirin olduğunu düşünmək lazımdır.
Xilas olmaq hayındadır. Evin də böyük bir ev olduğu, kiçik bir otaq olmadığı aydın olur. Çünki, qaçmaq üçün sürətini artırmalıdır. Yəni belə üç metrlik, dörd metrlik bir ev deyil, böyük bir ev olduğu aydın olur. Amma qadın da yaman bir qadındır, əslində onu tuta bilməməlidir. Çünki, hz. Yusif (ə.s) gəncdir, dəliqanlıdır, çox qüvvətlidir. Fövqəladə gözəl bir insandır. Xilas olmaq hayında olarkən var gücüylə qaçdığı bir anda qadın onu tutur. Qadın da çox yaman biridir. “Qadın köynəyi arxadan çəkib cırdı”. O andakı, ehtirasla bunu edir. Allah qadınlardakı ehtirasın nə dərəcədə olduğunu da göstərir. Həmin bu ehtiras ona böyük bir güc verir, yəni normalda onu tuta bilməzdi. Üstəlik köynəyi cırması çox qəribədir, o dövrün parçaları xeyli möhkəmdir.
Yəni bir köynəyi tutub cırmaq asan iş deyil, çox çətindir. Lakin hz. Yusif (ə.s)-ın da çox qüvvətli olduğu aydın olur. Gördüyümə görə ikisi də çox qüvvətlidir. Çünki, o qaçmaq istəyir, o da tutub çəkir, çəkdiyində cırılmış köynəyin bir parçası əlində qalır. Tam qapının yanında qadının əri ilə qarşılaşırlar. Allah taledə bu hadisəni yaratdığı üçün, bilərək onları qarşılaşdırır. Qadının əriylə qarşılaşdılar, əri ilə. “Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”. Küfr içində yaşayan belə insanlar ehtiraslarını söndürə bilmədikləri üçün çox azğınlaşarlar, çox iyrənc olarlar.
Cinayət belə işləyə bilərlər, yəni küfr edənlər çox namərd və alçaq kimsələrdir, çox şərəfsizdirlər. Məsələn, bu yaxınlarda əxlaqsız bir kimsə gənc bir müsəlman qıza, hicablı bir qıza təcavüz edib, uşağı şəhid etmişdir. Bu hərəkət məhz şəhvət anında ağlını itirməsindən qaynaqlanır, yəni şeytani bir dəliliyə və şeytani bir azğınlığa bürünür. Buna görə də şəhvətlənən insanlarda, əgər imansızdırlarsa, küfr əhlindəndirlərsə bir çox halda əksəriyyətində görünməmiş bir vəhşilik, alçaqlıq ruhu, cinayətə meylli, namərd bir xarakter formalaşır. “Qadın dedi ki: “Sənin ailənə pislik etmək istəyənin cəzası””, sən pislik etmək istəyirsən, edən sənsən, hz. Yusif (ə.s) mı edir?. Adamı orada qəddarlığa və zülmə təşviq etməyə çalışır. “Zindana atılmaqdan”, bax gör bir anda necə dəyişdi, bəs sevirdin?. Küfr edən kimsələrin bəslədiyi sevgi məhz belə olur.
Bir çoxu belədir. Deməli, şəhvət gözüylə baxmısan. Bir anda alçaq, namərd bir üslubdan istifadə etməyə başlayırsan. “Və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”. Canını yandırmaq, işgəncə vermək istəyir. “(Yusif) dedi: “O məni yoldan çıxartmaq istəyirdi””. Hz. Yusif (ə.s) onun, özüylə cinsi əlaqəyə girmək istədiyini söyləyir. “Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi”. Hər yerdə belə dərin dövlət var. Bəzən haqqlı olaraq, dövlətin içində belə insanlar olar. “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. Ona xəbər verildiyi aydın olur, bu şəxsə.
Yəni hz. Xızır (ə.s)-ın orada vəzifə başında olduğu aydın olur. Orada normal bir insan kimi görünüb məlumat verir. Çünki, bu hökm çox təhlükəli bir hökmdür. Qadın onun köynəyini rahatlıqla öndən də cıra bilər, çəkib cırar və o da orada məhv olar. Amma bunu onu qurtaracağını bilərək söyləyir. Allahualəm məlumat sahibi olduğu aydın olur. “Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir””.
Amma, deməli, dəlalət içində olan qadınlardakı, küfr içində olan qadınlardakı bu tip xarakter ümumiyyətlə cəmiyyət tərəfindən bilinir. Çünki, bu bilinən bir şeydir, ona görə də təəccüblənmir. “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir” deyir. Alışılmış, məlum bir şeydir. “Onsuz da edirsiniz bunu” deyir. “Hiylələrinizdəndir” deyir, yəni “hiylə qurmağı bilirsiniz” deyir. Yəni səmimiyyətsiz üslubunu söyləyir. “”Həqiqətən də, sizin hiyləniz böyükdür” dedi”. Allahdan qorxmayan, mərhəmətsiz, pis əxlaqlı bir qadın çox təhlükəlidir. Kişi də çox təhlükəlidir. Eynilə, eyni əxlaqdakı kişi də təhlükəlidir. O hər cür alçaqlığı, hər cür çirkin hərəkəti edə bilər. Hamısına aid etmirik, amma böyük bir hissəsi belədir.
“Həqiqətən də, sizin hiyləniz böyükdür” dedi”. O evin sahibi olan şəxs: “Yusif, sən bundan vaz keç!” deyir. “Bununla danışma” deyir, əlaqəni kəs deyir. Bu bir çıxış yoludur. Çünki, danışmağa davam etsə yenə bir hadisə meydana gələr, yenə bir problem çıxar. Onun üçün görüşməmək bir çıxış yoludur. “Sən də günahına görə bağışlanma dilə”. Adam dindarmış, maşaAllah. “Sən də günahına görə bağışlanma dilə”. Günaha girmək istədiyi üçün, böhtan atdığı üçün, günahkar olduğuna qənaət gətirir, yəni “zina etdin” demir, böhtan atdığı üçün və zina etməyə çalışdığı üçün tövbə etməsini söyləyir. “Çünki, sən, günah işlətmisən”.
Şəhərdəki (bəzi) qadınlar dedilər: “Zadəgan kişinin arvadı köləsini yoldan çıxartmaq istəmişdir”. Qadınların seksuallığı, cinsi gücü kimi şeylər keçmiş zamanlardan bəri bir çox qadını çox maraqlandırar. Bu kimi şeylər barəsində dedi-qodu edərlər. “Əslində gözəl bir qadın deyil, çox valehedici bir qadındır, amma nə pis, nə də yaxşıdır”. Amma həmişə seksualıq mövzusunda dedi-qodu edərlər. Məsələn, əgər diqqət yetirsəniz hal-hazırda da daim qəzetlərdə filan hekayələrdə və mövzularda bir çox tanınmış şəxsiyyətin seksuallığından bəhs edildiyini görərsiniz. İnsanların bir çoxu bu mövzuda məyusdur, problemlidir. Bundan ötrü belə güclü insanlara həsəd aparırlar, yaxud cinsəlliklə əlaqədar hekayələrə çox maraq salırlar. Bunları öyrənmək istəyərlər, eşitmək istəyərlər. O dövrdə də bu var idi. Bax: “Şəhərdəki (bəzi) qadınlar dedilər:
“Zadəgan kişinin arvadı köləsini yoldan çıxartmaq istəmişdir”” deyir. Cinsi əlaqəyə girmək istəyirmiş. Əslində heç onları maraqlandıran bir mövzu deyil, amma onu əhəmiyyətli bir mövzu olaraq dilə gətirirlər. “Belə ki, sevgi onun qəlbinə hopmuşdur”. Halbuki, bu bir sevgi deyil, şəhvət, kobud şəhvətdir. “Biz onu aşkar bir azğınlıq içində görürük”. Yəni cinsi azğınlıqla ittiham edirlər. Xeyr, bu bir həqiqətdir, amma bunun ona dəxli yoxdur. Yəni onları da çox maraqlandıran əhəmiyyətli bir mövzu olaraq, ictimai baxımdan sanki belə sarsıdıcı bir mövzu kimi ələ alırlar. Qadın da adamı öz təsiri altına almağa çalışarkən, “ailənə pislik etmək istəyənin” deyir.
Hiyləgərliyə bir bax. “Ailənə” deyir, adama o istiqamətdən yaxınlaşır; ailə, ana, ata, arvadı, arvadına göz qoyan, uşaqlarının anası… Orada onu qızışdırmağa, onun onun üstünə hücum çəkməsinə çalışır. “Qadın onların hiyləsindən xəbər tutduqda”, cahil qadınlar arasında dedi-qodu halları çox geniş yayılmışdır. Bu şey Allahdan qorxmayan insanlar arasında geniş yayılmışdır. Hamısında olmasa da bir çoxunda var. “Qadın onların hiyləsindən xəbər tutduqda”, bax dedi-qodu dərhal oraya gəlib çatır. Ondan buna, bundan ona gedib çıxır, əslində xəbər ona çatmamalıdır, öz aralarında danışanda ona çatmamalıdır, amma cəmiyyəti maraqlandıran bir mövzuda edilən dedi-qodu dərhal ona qədər gəlib çatır. “(Qonaqlığa gəlmək üçün) onlara (xəbər) göndərdi”.
Qadınlar ümumiyyətlə bu məsələləri həll etmək məqsədiylə bir çox yerdə yığıncaqlar təşkil edərlər, ayın müəyyən günlərində qonaq qəbul edərlər, dedi-qodu məclisləri qurarlar. Həmin məclisdə onlara cavab verərlər. Rəqibləri gələr, onlarla üzləşdirərlər. Allah uzaq eləsin, işləri-gücləri olmadıqda, oturub boş işlərlə məşğul olarlar. “Əyləşəcəkləri yerlər hazırladı və hər birinin əlinə (önlərindəki meyvələri soymaları üçün) bir bıçaq verdi”. Lakin qadınları qızışdırmaq məqsədiylə hazırlıq görmüşdür. Allah Quranda bunu çox örtülü bir üslubla izah edir. O qadınların cinsi istəklərini, cinsiyyət üzvlərini təhrik edəcək bir hazırlıq görür. Yəni onları da başdan çıxarıb, onları da bu işi görməyə təhrik edib, mən haqlıyam fikrinə gətirəcək. Buradakı izahlar onu vurğulayır, amma hal-hazırda mən onları ətraflı şəkildə izah etmək istəmirəm.
Sonra yeri gəldikcə izah edərəm. Qadın hz. Yusifə də: “Onların qarşısına çıx!” dedi. “Hz. Yusif (ə.s)-a əmr edir, amma hz. Yusif (ə.s)-ın edəcəyi bir şey yoxdur. Orada məcburiyyət qarşısında qalır. “Çıx” deyir, qadın ona əmr edir. “”Onların qarşısına çıx!” dedi”. Hz. Yusif (ə.s) gedib özünü qadınlara göstərir. Qadınlar onu görür, qadınlar ona baxır, hz. Yusif (ə.s) da qadınlara baxır. Haşa hz. Yusif (ə.s) göz zinasımı etdi?. Onların dediyinə görə belə çıxır. “Nə qədər çox qadın olsa da onsuz da xəlvət olar, mütləq bir kişi olmalıdır” deyirlər. Onda xəlvət də olur, yenidən xəlvət olur. Haşa onların ağlına görə göz zinası da etmiş olur. “Qadınlar Yusifi gördükdə”, əlbəttə ki, gözəlliyindən çox cazibədarlığına valeh olurlar, “(onu fövqəlbəşər bir varlıqmış kimi gözlərində) böyütdülər və (çaşqınlıqlarından) əllərini kəsdilər.
Yəni şəhvətin təsirindən qadınların əli-ayağı boşalır, özlərini idarə edə bilmirlər. Həqiqətən də, şəhvətin təsirindən əzələ idarəsi zəifləyər, diqqət və danışma qabiliyyəti itər. Ona görə də cinayət işləyənlər, daha asanlıqla cinayət işləyərlər, yəni məntiqli olmazlar. “”Əllərini kəsdilər və: “Allahı tənzih edirik. Bu bir bəşər deyil” dedilər”. Qadınlarda yenə də bir dindarlıq var. “”Bu ki, bəşər deyil. Bu, ancaq üstün bir mələkdir” dedilər”. “Bu qədər bir cazibədarlıq heyrət vericidir” deyirlər. Yəni qadınların nəfəsi kəsilir. Çünki, ilahi bir təcəlli var üzərində, güclü bir təcəlli var. Qadınlar buna bir məna verə bilmirlər, yəni bu elektrikin, bu valehedici gücün haradan gəldiyinə. Bunu indiki tiplər aura deyə açıqlayırlar. Böyük bir təsir bağışlama gücü var.
Qadınlar görər-görməz valeh olurlar. “Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur!””. “Siz məni qınayırdınız, məhz budur” deyir. Qadın: “Mən onu yoldan çıxartmağa çalışdım” deyir. Qadın açıq şəkildə deyir, cinsi əlaqəyə girmək istədiyini söyləyir. “O isə özünü qorudu”. “O istəmədi” deyir, “qorudu” deyir. Qadın: “And olsun” deyir, yəni and içir, “əgər əmrimi yerinə yetirməsə”, yəni cinsi əlaqəyə girməsini əmr etdiyini söyləyir, “mütləq zindana atılacaq və zəlillərdən olacaq”. Həmçinin zindana düşdükdə zəlillərdən olacağını söyləyir. Paltarıyla, atıldığı yer etibarilə, ediləcək rəftar etibarilə… Çox mərhəmətsiz davranılacağı aydın olur. Sırf zindana düşməyəcək, həmçinin zəlillərdən də olacaq. “Yusif dedi:
“Ey Rəbbim! Mənim üçün zindan bunların””, bunların deyir, yəni təkcə o deyil, qrupun, “məni sövq etdikləri işi görməkdən”, əvvəlcə təkcə bir qadın arzuladığı halda, indi o biri qadınlar da hz. Yusif (ə.s)-ı arzulayır. Hamısı istəyir, bütün qadınlar istəyir. “…bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur”. “Mənim üçün zindan, zina etməkdən daha xoşdur” deyir. “Mən zina etmərəm” deyir. Məhz müsəlmanın imanı, ağlı belə çox güclü olar. Polad kimi də iradəsi olar, maşaAllah. “Qurduqları hiyləni məndən uzaq etməsən”, qurduğu hiyləni demir, “qurduqları hiyləni” deyir. Digər qadınlar da işin içinə girdiyi üçün daha böyük bir hiylə qurulmuşdur. “Qurduqları hiyləni məndən uzaq etməsən mən onlara”, ona deyil, onlara; bütün qadınlara, izdihamlı qadın kütləsinə; “meyl edər və cahillərdən olaram”.
Yəni “onların yanında olduğumda belə bir mühit yaranarsa, zorla cinsi əlaqəyə girməyə çalışarlar. Allah qorusun, mən də o bəlanın içinə girə bilərəm. Zorla cinsi əlaqəyə girsələr, özümü qoruya bilmərəm. Bu səbəbdən də haram bir hərəkətin içinə düşərəm” deyir. Allah qorusun. Allaha sığınır. “Beləcə Rəbbi, duasını qəbul etdi”. Müsəlmanın iradəsini görürsənmi?. Köşk, möhtəşəm yeməklər, möhtəşəm mühit var, qadın da çox cəlbedici və cazibədardır, eləcə də, digər qadınlar da cəlbedici və gözəldirlər. Lakin: “Mən həbsxanaya girmək istəyirəm” deyir. “Zindana girmək istəyirəm” deyir. “Ey Rəbbim harama girmək istəmirəm” deyir. “Və onların məkrli planlarını”, sadəcə planlarını deyil, məkrli planlarını; onu, hiylə quraraq, oyun oynayaraq əldə etməyə çalışırlar.
“Məkrli planlarını alt-üst etdi”. Cinsi əlaqəyə girmək üçün hz. Yusif (ə.s)-a məkrli planlar qururlar, lakin Allah: “Alt-üst etdim” deyir. “Çünki O, Eşidəndir, Biləndir”. Allah eşidir və “bilir” deyir. “Sonra onlar da (Yusifin iffətiylə bağlı) dəlilləri”, dəlil təkcə o deyildir, ayədə “dəlillər” deyilir, çox dəlil var. Məsələn, köynəyin cırılması var, öz səmimi ifadəsi var, qadının şəxsən özünün etdiyi şahidlik var, etiraf edir qadın. “Dəlilləri görmələrindən sonra”, məhkəmədə də bir çox dəlildən istifadə edilir, “yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər”. O zamanlar hüquq deyə bir şey yox idi, siyasət hüquqa hakim olmuşdu, dərin dövlət strukturu var idi. Bu səbəbdən də həqiqi hüquq yox idi. İstədikləri zaman böhtan yoluyla istədikləri adamı həbs edə bilirlər.
Oyun oynayırlar. Bunu edərkən də hər hansı bir şəkildə vicdanı əzabı çəkmirlər. Dəlillərə də ehtiyac duymadan, həbsxanaya qoyurlar. Nəyə görə həbsxanaya qoyursan deyəndə isə cavab gəlmir. Belə olması lazımdır deyib həbsxanaya qoyurlar. “Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, üzümdən şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan dimdikləyib yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik””. Bildiyiniz kimi xristianlıqda şərab və çörək müqəddəs hesab edilir. Mənim gördüyümə görə burada bəzi şifrələr var, amma bunu izah etmək üçün indi bir az tezdir. “O dedi:
“Əgər sizə bir yemək verilsə, mən mütləq o gəlmədən əvvəl onun nə olduğunu sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir””. Bunu bir elmlə bilmək olur. Allahın bildirməsi sayəsində müəyyən bir hadisə baş tutmamışdan qısa bir müddət əvvəl, həmin hadisəni şəhadət aləminə girməklə öyrənmək olur. Allahın bildirməsi sayəsində inşaAllah. “Bu, Rəbbimin mənə öyrətdiklərindəndir”. Bu yaxınlarda bir təcrübədən bəhs edirdik, adam beynində bir şey qurmamışdan altı saniyə əvvəl əzələlərə bir xəbardarlıq gedir. Hələ o düşünmədən əvvəl. “Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam”.
“Mən Allaha iman gətirməyən” deyir, darvinistlər və materialistlər nə edirlər?. Allaha iman gətirmirlər. Axirəti də inkar edirlər. “Mən o cəmiyyətin dinindən və inanclarından uzaqlaşmışam” deyir, “qəbul etmirəm” deyir. “Darvinist, materialist sistemi qəbul etmirəm” deyir. “Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum”. Yəni İsrail peyğəmbərin dininə tabe oldum. “Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir”. Mən bu ayəni, yəni 38-ci ayəni məhkəmədə dəlil olaraq təqdim etmişdim. Dövlət Təhlükəsizlik Məhkəməsində mühakimə olunurdum. “Türk qövmündənəm, İslam millətindənəm” dedim.
“İslam millətindənəm” dediyimdən ötrü ümmətçilik təbliğatı apardığım iddiasıyla ittiham olunaraq deyəsən bir 15 il həbs cəzasına məhkum edildim, əvvəlcə həbsxanaya sonra həbsxanadan dəlixanaya yollandım, 19 aylıq bir gəzintim oldu. Dövlət Təhlükəsizlik Məhkəməsinin hakiminə bu ayəni oxumuşdum; ‘Milləti İbrahimə’, yəni “ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum”. Bu ayədə millət olaraq keçir. “Mənim din deməkdəki məqsədimlə, millət deməkdəki məqsədim eynidir” dedim. Millət sözü din mənasındadır. “Mən də burada İslam millətindənəm deyərkən, İslam dinindənəm, o mənada söylədim” dedim. “Bunun dəlili də bu ayədir” dedim. Getdik getdik gəldik, getdik getdik gəldik məhkəməyə.
Hər ay həddindən artıq zəncirlənmiş halda, əlimiz qandallı halda gəlirdik. Mənim vəkilim hər dəfə azadlığa buraxılma tələbi irəli sürürdü. Hər dəfə rədd edilirdi. Ən axırda hakim vəkili yanına çağırıb; “oğlum, bu siyasi bir iddiadır, buna görə də əbəs yerə azadlığa buraxılma tələb irəli sürmə. Bu, bu şəkildə davam edəcək” demişdir. “Bizim razılıq verəcəyimiz bir zamana qədər” mənasında. Həqiqətən də xeyli davam etmişdi, 19 ay qədər davam etmişdi.