Hörmətli Adnan Oktarın 17 oktyabr 2012-ci il tarixli reportajından Nur surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Nur surəsi, 60-cı ayə. Şeytandan Allaha sığınıram. “Ərə getməkdən ümidini üzüb də evdə oturan qadınlara”, burada izah etmişdir, “(heyzdən kəsilmiş və uşaq doğmaq qabiliyyətini itirmiş yaşlı qadınlara)”, yəni cinsi aktivliyini itirmiş, doğma gücü olmayan qadınlar, yaşlı qadınlar. Ona nə deyilir?. Klimaksmı deyilir?.
“Zinətlərini göstərmədən (üst) paltarlarını çıxartmalarında bir günah yoxdur. Yenə də iffətli olmaları özləri üçün daha xeyirlidir. Allah, Eşidəndir, Biləndir”. Yəni: “Bu qadınlar çölə çıxdıqları vaxt çarşablarını çıxara bilərlər” deyir. Mən ayədən bunu başa düşürəm. Yəni alt paltarıyla çölə çıxa bilər. Artıq alt paltarları nədirsə, həmin anda evlərində geydikləri alt paltarlarıyla çölə çıxa bilərlər. “Bu günah deyildir” deyir. Əgər çöl mühiti əlverişli deyilsə, yəni etibarlı deyilsə, təcavüzə məruz qalma təhlükəsi varsa, iffətli bilinmələri mövzusunda şübhə meydana gəlirsə, yəni müsəlman olduqlarının başa düşülməsi şübhə altında qalırsa, əza görməmələrindən ötrü mömin qadınlar çölə çıxan vaxtı çarşab geyməlidirlər. Çarşab başa düşülməyəcək bir şey deyil, çox aydındır. Bütün bədəni örtən bir paltardır. Ayaqlarına qədər, başından ayaqlarına qədər, hər yerini örtən bir paltardır. Amma mənim başa düşdüyümə görə Allah burada yaşlı xanımların üstündən bu hökmü ləğv edir.