Hörmətli Adnan Oktarın 16 oktyabr 2012-ci il tarixli reportajından Əraf surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Əraf surəsi, 59-cu ayə. Şeytandan Allaha sığınıram. “Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram””. Belə ki, qiyamətin qopması nəzərdə tutulur. “Qövmünün öndə gələnləri:”, Baxın: “Öndə gələnləri” deyilir, hər dövrdə bu belə olmuşdur. Yəni əsl mətbuata hakim olan bəzi qüvvələr, orada insanlara, ictimai quruluşa hakim olan güclərin bir qismi. “”Həqiqətən də, biz səni açıq-aydın bir çaşqınlıq və azğınlıq içində görürük!” dedilər” deyir. Peyğəmbərlərə nə edirlər, yaxşı insanlara, təbliğçilərə, mehdilərə nə deyirlər?.
Çaşqınlıq, “çaşmısan” deyirlər. Eləcə də sapqınlıq, azğınlıq. Hz. Mehdi (ə.s)-ı nəylə ittiham edəcəklər?. Azğınlıqla ittiham edəcəklər, çaşqınlıqla ittiham edəcəklər. Hz. Nuh (ə.s)-ı nəylə ittiham edirlər?. Çaşqınlıqla və azğınlıqla ittiham edirlər. Zaman dəyişir, insanlar dəyişir, amma üslub həmişə eyni qalır, hadisələr həmişə eyni qalır. Kim edir?. Öndə gələnlər edir, məsələn, bax hz. Mehdi (ə.s)-a, mehdiyyətə və İslam Birliyinə qarşı çıxanların içində öndə gələn xurafatçıların sayca çox olduğunu görürük. Hamısını olmasa da əksəriyyətini onların təşkil etdiyini görürük. “Ey qövmüm” deyir, baxın hamıya təbliğ edir, “ey qövmüm”, yəni təkcə oradakı birliyə deyil, bütün birliklərə, hamıya təbliğ edir. Mehdiyyət də hər kəsə təbliğ edir.
“Ey qövmüm! Mən nə çaşmışam, nə də azmışam”. Özünün normal, məqbul, doğru bir insan olduğunu izah edir, bu bir öyünmə deyil. Mehdiyyət də bunu edəcəkdir. ““Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm” dedi”. Yəni Allah üçün İslamı yayan, təbliğ edən, izah edən bir insanam. “Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir”, yəni Allahdan gələn vəhyi bildirir “və sizə öyüd-nəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm”. Bilmədiyiniz şeylər, qeyb məlumatları, bir çox məlumatlar vəhylə bildirilir. “Çəkinib mərhəmətə nail olmağınız üçün”, baxın çəkinib, yəni harama, halala diqqət etdikdən sonra, sonunda nə olur, rəhmətə nail olur. Rəhmət nə deməkdir?.
Hər cür nemət, hər cür gözəllik deməkdir. “Nail olmağınız üçün, içinizdən sizi xəbərdar edib”, xəbərdar edir, “qorxudacaq”, yəni onların qəlbinə Allah qorxusunu gətirəcək şəkildə təbliğ edən. “Bir adamın vasitəçiliyi ilə”, yəni vəsiləsiylə “sizə bir zikir gəlməsinə heyrətmi etdiniz?”. Bir kitab gəlməsinə heyrətmi etdiniz?. Allahın hökmünün gəlməsinə heyrətmi etdiniz?. “Onu yalançı hesab etdilər”. Hz. Mehdi (ə.s)-ı yalançı hesab edəcəklərmi?. Hz. Mehdi (ə.s)-ı da yalançı hesab edəcəklər. “Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik”. Belə ki, hz. Mehdi (ə.s)-ı. O dövrün Mehdisi kimdir?. Nuhdur. Onunla birlikdə gəmidə olanlar kimdir?. Tələbələridir. Allah: “Onunla birlikdə gəmidə olanları xilas etdik” deyir. “Ayələrimizi yalan hesab edənləri isə suya qərq etdik”.
Hal-hazırda dəccaliyyət mənəvi baxımdan boğulur və getdikcə zəifləyir. “Çünki, onlar kor bir qövmdü”. Yəni dəccaliyyətin təsiri altında olan bir qövmdü, Axırzamanın dəccalı necədir?. O da kordur, onun da gözü görmür, o dövrün dəccalı necədir?. Onun da gözü kordur. Baxın Allah: “Çünki, onlar kor bir qövmdü” deyir. Görmürdülər. Həqiqəti izah etsən də özlərini bilməməzliyə vururdular. Allah: “Ad (xalqına da) qardaşları Hudu elçi olaraq göndərdik” deyir, “ey qövmüm”, deyir. Bax birliyə xitab edir!. “Allaha qulluq edin”, “Allaha qul olun” deyir. Yəni, Allahın hökmlərini yerinə yetirin. Gözəl bir sistem meydana gətirin. “Sizin Ondan başqa ilahınız yoxdur”. Yəni təkamül nəticəsində, onunla, bununla yaradılmadınız.
Sadəcə olaraq sizi Allah yaratdı. “Hələ də qorxmub çəkinməyəcəksiniz?”. Yəni Allahdan qorxub harama, halala diqqət yetirib, gözəl bir xarakterə yiyələnməyəcəksinizmi?. “Qövmünün öndə gələnlərindən olan kafirlər dedilər:”, baxın həmişə “qövmünün öndə gələnləri” deyilir. Dünya tarixində daim belə olmuşdur, haqq və həqiqətə qarşı daim onlar mübarizə aparmışlar. Əlbəttə ki, öndə gələnlərin bir qismi, hamısı deyil. “Biz səni səfeh sayırıq”. Yəni “ağlın başında deyil, dəlisən” deyirlər. Kimə deyirlər?. Peyğəmbər hz. Hud (ə.s)-a deyirlər. Həmçinin də ona: “Biz səni səfeh sayırıq”, yəni “dəli hesab edirik” deyirlər. “Ağlı başında deyil” deyirlər. “Doğrusu biz səni yalançılardan hesab edirik”. “Həmçinin yalan danışırsan, doğru bir hökm anlatmırsan” deyirlər.
Quran sayəsində, hz. Mehdi (ə.s)-a qarşı da bu hərəkəti edəcəklərini anlayırıq. Yəni, hz. Mehdi (ə.s)-ın yenə o kor insanlarla qarşılaşacağını, dəccalla qarşılaşacağını, ruhi xəstəliklə ittiham ediləcəyini. Baxın, çünki, hz. Hud (ə.s)-a eynisini söyləyirlər. Yalançılıqla ittiham ediləcəyini anlayırıq. “Yalançılardan hesab edirik” deyirlər. Hz. Hud (ə.s): “Ey qövmüm! Mən heç də səfeh deyiləm” dedi. Yəni: “Mən dəli deyiləm” deyir, bunu isbat edir. Quran sayəsində, hz. Mehdi (ə.s)-ın da eyni şeyi edəcəyini anlayırıq. “Lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm”. “Təbliğatçıyam” deyir. “Mən sizə, Rəbbimin mənə vəhy etdiklərini təbliğ edirəm”. “Allahın xəbər verdiyi hər cür izahı sizə bildirirəm”.
“Mən sizin etibarlı nəsihətçinizəm”. “Etibarlı bir insanam” deyir. Təbliğ edən vaxtı insanlarla tanış olarkən ən çox diqqət yetirdiyi şey insanların etibarlı olmasıdır. Qarşılıqlı etibar. Baxın, o da: “Sizin etibarlı nəsihətçinizəm” deyir. “İçinizdən sizi xəbərdar edib qorxutmaq üçün bir adamın vasitəçiliyi ilə Rəbbinizdən sizə bir zikir gəlməsinə heyrətmi etdiniz?”. “Allahdan sizə bir məlumat gəldi” deyir. “Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi”, yəni liderlər təyin etdi “və sizi xilqətcə daha üstün etdi. Allahın nemətlərini yada salın ki, nicat tapasınız”. Allahın nemətini yada salmaq qurtuluş vəsiləsi olaraq göstərilir. Çünki, nankor adam Allahın nemətini yada salmaz, mömin isə Allahın nemətini yada salar.
Allahın nemətini yada salan onsuz da ağıllı bir insandır, səmimi bir insandır. Səmimi bir insan da dinin tələblərini yerinə yetirər. “Onlar dedilər: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək?”. Baxın: “Yanımıza gəlmisən ki, atalarımızın ibadət etdiklərini buraxıb tək Allaha ibadət edək?”. Hz. Mehdi (ə.s)-a nə deyəcəklər?. “Biz dini atalarımızın bizə göstərdiyi şəkildə yaşayırıq, atalarımız nə dedisə onu edirik” deyəcəklər. Hz. Hud (ə.s)-a da eynisini söyləyirlər. “Biz atalarımızın sözünə qulaq asırıq” deyirlər. “Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin şeyi gətir”.
Hz. Mehdi (ə.s)-a nə deyəcəklər?. “Madam ki, elə bir şey var, onda gətir biz də görək. Qiyamət çox uzaqdır” deyəcəklər. “Hz. Mehdi (ə.s)-ın əlamətləri haradadır?. Hz. İsa Məsih (ə.s) haradadır?. Madam ki, vəd edilmişdirsə, Allah bunu vəd etmişdirsə onda göstər görək” deyəcəklər. “Gözümüzlə görmək istəyirik” deyəcəklər. “(Hud) Dedi: “And olsun, artıq Rəbbinizdən sizə iyrənc bir əzab və qəzəb yetişdi””. Baxın, “iyrənc bir əzab” və “qəzəb” meydana gəlir, Allahdan bir qəzəb yetişir. “Siz özünüzün və atalarınızın uydurduqları adlar (bütlər), batil inanclar, qanunlar barəsində mənimlə mübahisəmi edirsiniz?. Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir”.
“Yəni mənimlə darvinist, materialist, ateist inanclar barəsində mübahisəmi edirsiniz?”. Yaşadığımız əsrə uyğun izahı belədir. “Elə isə gözləyin”. Yəni Allahın vədinin gerçəkləşdiyini görəcəksiniz. “Şübhəsiz ki, məndə sizinlə birlikdə gözləyənlərdənəm”. Hz. Mehdi (ə.s) nə deyəcək?. “Gözləyin” deyəcək. Eyni məntiq o dövrdə də var. Allah: “Biz onu və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib də, iman gətirməyənlərin isə kökünü kəsdik” deyir. Hal-hazırda da küfr əhlinin və sapqınların kökü elmlə, irfanla kəsilir inşaAllah.