Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Nəml surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Hz. Süleyman (ə.s) Hüdhüdə: “Baxaq görək sən doğru deyirsən” deyir. Birindən bir xəbər gələn kimi, dərhal əmin olmaq olmaz. Nə deyir?. “Baxaq görək” deyir. “Əvvəlcə doğru deyib demədiyinə bir baxacağam” deyir, elə deyilmi?. Kor-koranə inanmaq olmaz. Araşdırmaq lazımdır. “Yoxsa yalançılardansan?”. “Mənim bu məktubumu apar onların yanına at”. Deməli, məktubla da təbliğ etmək olar, kitab göndərməklə də olar, uzaqdan da olar. Mütləq həmin yerə getmək vacib deyil. “Mənim bu məktubumu apar onların yanına at. Sonra isə onlardan bir qədər uzaqlaş”. Çünki, bir az düşünsünlər, oxusunlar. Bir kitabı, bir yazını verdikdən sonra gedib dərhal “nə qənaətə gəldin?” deyə soruşmaq olmaz.
Bir az uzaqlaş, vaxt ver, bir az düşünsün, araşdırsın. “Sonra isə bax gör nə cavab verəcəklər!?”, yəni nə cür bir reaksiya verəcəklər?. Quran insanları analiz etməyin, hadisələri analiz etməyin əhəmiyyətinə diqqət çəkir. Analiz edərək hərəkət etmək, vəziyyətə uyğun davranmaq, vəziyyət dəyişdikcə də vəziyyəti ona görə dəyişdirmək… Səba məlikəsi özünə məktub atılanda: “Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı” deyir. Deməli, məsləhətləşir, məsləhətləşmə var. “Gerçək budur ki, bu, Süleymandandır və o, Rəhman və Rəhim olan Allahın adı ilə başlayır”. Bismillahir-Rəhmanir-Rəhim. Bizim də hər bir kitabımız “Rəhman və Rəhim olan Allahın adı ilə” başlayır. Hər kitabımızın içində var.
Bu hz. Süleyman (ə.s)-ın məktubuna bir istinaddır. “Rəhman və Rəhim olan Allahın adı ilə”, “Bismillahir-Rəhmanir-Rəhim”. Peyğəmbərimiz (s.ə.v)-in möhrü, Allah, Rəsul Məhəmməd, inşaAllah. Kitablarda o möhürü yaradan da Allahdır, maşaAllah. “Mənə qarşı təkəbbür göstərməyin”. Çünki, eqoizm ən əhəmiyyətli şeydir. Eqoist olana təbliğ edə bilməzsən, bir şey edə bilməzsən. Əvvəlcə eqoistlik aradan qalxmalıdır. Allaha qul olduğunu bilməlidir. “Və yanıma müsəlman olaraq gəlin!”, yəni iman etməsini təlqin edir. “Qadın dedi: “Ey öndə gələnlər!. Bu iş barəsində mənə öz fikrinizi bildirin””.
Məsləhətləşmənin əhəmiyyəti qeyd olunur. Qadın liderdir, amma məsləhət alır. O dövrün prezidenti, dövlət başçısıdır. Öndə gələnlərdən, yəni bilən insanlardan soruşur. “Bu iş barəsində mənə öz fikrinizi bildirin”, yəni “sizin düşüncəniz nədir, fikriniz nədir?” deyir. “Mən siz şahid olmadığınız təqdirdə, heç vaxt hər hansı bir iş barəsində qəti qərar verən biri deyiləm” deyir. “Mən, siz şahid olmadan, məsləhətinizi almadan, fikirlərinizi bilmədən qərar verə bilmərəm” deyir. Məsləhətləşmək, ən ağıllı, ən doğru hərəkətdir. Peyğəmbərlər də məsləhətləşmişlər, həkimlər də məsləhətləşməlidirlər. Olmaz deyirlər. Məhz biz bundan ötrü məsləhətləşmənin əhəmiyyətini qeyd edirik.