Header

Yusif surəsinin 1-5-ci, 7-ci və 21-ci ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 9 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Açdığım zaman qarşıma Yusif surəsi çıxdı. Rəhman və Rəhim olan Allahın adı ilə. 1-ci ayə. “Əlif, Ləm, Ra”. Kim bilir necə bir şifrə verilir. “Əlif Ləm Ra. Bunlar açıq-aydın Kitabın ayələridir”. 2-ci ayə. “Həqiqətən, Biz onu, başa düşməyə çalışarsınız deyə, ərəbcə Quran olaraq nazil etdik”, yəni Allah: “Düşünərək, incəliklərini araşdıraraq, dərindən təfəkkür edərək, içindəki hikmətləri tapmağa çalışın” deyir. Allah: “O inciləri, mərcanları, o gözəl ləl-cəvahiratları Quranın içərisində axtarıb tapın, araşdırın, ancaq ağlınızı işlətdiyiniz təqdirdə bunu bacara bilərsiniz” deyir.

3-cü ayə. “Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayələri həqiqi bir xəbər olaraq çatdırırıq”. Baxın, həmişə Qurana diqqət çəkilir, Qurandan başqa heç bir şeyə diqqət çəkilmir, Allah: “Burada ən gözəl hekayələr var” deyir, yəni Quranda. Məsələn, Qurandakı Yusif hekayəsi, hekayələr Quranda çox əhəmiyyətli yer tutur. “Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”. Məsələn, bizim bir çox şeydən xəbərimiz yox idi. Peyğəmbərimiz (s.ə.v)-ə də vəhy olunur. Məsələn, Lulin quyruqlu ulduzu, Halley quyruqlu ulduzu və digər hadisələrin hamısı sonradan bildirilmişdir.

4-ci ayə. Bir zaman Yusif atasına dedi: “Atacan!”, belə ki, şəfqət dolu bir ifadədir, “atacan, həqiqətən mən”, bildiyiniz kimi atası İsraildir, yəni Yaqub (ə.s)-dır, “(yuxumda) on bir ulduz”, 111 ayədir, yəni Yusif surəsi 111 ayədən ibarətdir, 12-ci surədir, amma baxın 111 ayədir. Nə deyir?. “11 ulduz və Günəş” deyir. Bu neçə edir?. 12 edir. Amma o 11 ədədinə diqqət çəkilmişdir. “Günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm” demişdi. 11 ulduz, Günəş və Ay ifadəsində bir sirr var. Yəni bildiyiniz kimi, demək olar ki, dünya ölkələrinin hamısının bayrağında ulduz simvolları var. Bütün islam ölkələrinin bayrağında Ay vardır. Yaxud Türkiyədə olduğu kimi ay və ulduz vardır. Günəş, Ay və ulduz dünya bayraqlarında olan əlamətlərdir. 11 ulduzun hamısı tabe olacaq inşaAllah. Bəs kimə?. Allahın izni ilə hz. Mehdi (ə.s)-a inşaAllah.

5-ci ayə. “Beləcə, Rəbbin səni seçəcək”. Əbcədi 2018-ci ili verir. Biz 2012-ci ildəyik. 2018-ci ilə az vaxt qaldı. “Beləcə, Rəbbin səni seçəcək”.

7-ci ayə. “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”. Yusif (ə.s) və qardaşı kimdir?. Hz. İsa məsih (ə.s) və hz. Mehdi (ə.s)-dır. Əbcədi neçədir?. 2019-cu ildir. Baxın birininki 2018-ci il, digərininki isə 2019-cu ildir. “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”. Neçənci ayədir?. 7-ci ayədir. Onsuz da 7 rəqəminin Yusif (ə.s)-la olan əlaqəsi Yusif surəsində keçir. Yeddilər daim hakimdir.

“Beləcə, Rəbbin səni seçəcək”, 2018-ci il. “Sözsüz ki, Yusif və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır”, 2019-cu il.

21-ci ayə. “Allah Öz işini qələbə ilə başa çatdırandır”. Əbcədi 2014-ci ili verir. 2014-cü ilə az vaxt qaldı. Baxın bu Yusif surəsinin sirlərindəndir. “Allah Öz işini qələbə ilə başa çatdırandır”, 2014-ci il.

1

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313