Hörmətli Adnan Oktarın 11 noyabr 2012-ci il tarixli söhbətindən Nisa surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Allah Nisa surəsinin 76-cı ayəsində belə deyir. Şeytandan Allaha sığınıram. “İman gətirənlər Allah yolunda vuruşarlar (mübarizə apararlar)” Deyilənə görə necə imiş?. Sırf namaz deyilmiş. Ömürləri boyunca Allah yolunda mübarizə aparırlar. “Kafirlər isə tağut (dəccal) yolunda vuruşurlar”. Mübarizə apararlar, cəhd edərlər. Dəccaliyəti hakim etmək üçün mübarizə apararlar. Allah: “Elə isə şeytanın dostları ilə vuruşun (mübarizə aparın)” deyir, elmlə və hikmətlə cəhd edin, mübarizə aparın. “Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir”. Necə?. Gördüyünüz kimi darvinizm son dərəcə zəifdir, çox asan bir şəkildə elmlə, hikmətlə, ağılla təsirsiz hala gətirə bilirik. Çünki, şeytan insanları ələ salır. “Siz təsadüflər nəticəsində palçıqdan əmələ gəldiniz” deyir. “İlk atanız mikrobdur” deyir. Adam: “Həqiqətən, doğru danışır” deyir.
“İsa, Əyyub, Yunis və Harun”. Bunlar necə də gözəl peyğəmbər adlarıdır. Bu ayə kimi oxunduğunda çox xoşuma gəlir. Məsələn, Yaqub adı çox gözəldir. Davud.
165-ci ayə. Şeytandan Allaha sığınıram. Allah: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın” deyir. Allah: “Sonra mənim xəbərim yoxdu, bilmirdim deməyin” deyir. Allah: “Xüsusən də bunun üçün göndərdim” deyir.
157-ci ayə. “Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!” dediklərinə görə (belə bir cəza verdik)”. Allah: “Halbuki, onu”, yəni İsa Məsihi, İsa ibn Məryəmi, “öldürmədilər və asmadılar”” deyir. Allah: “Ma sələbə” deyir, yəni asmadılar. “Amma onlara (onun) bənzəri göstərildi”. Allah: “Onun kimi bir insan göstərildi” deyir. Bu ayə təkcə hz. İsa Məsih (ə.s) üçün məqbuldur. Allah bütün peyğəmbərlərin “öldüyünü” deyir. Təkcə hz. İsa Məsih (ə.s) barəsində bunu demir. “Şübhəsiz ki, onun barəsində ixtilaf edənlər şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onu qətiyyən öldürmədilər”. Allah: “Ma katələhu, yəni qətlə yetirmədilər” deyir. Bir daha vurğulayır. Bu sırf hz. İsa Məsih (ə.s)-a aid bir xüsusiyyətdir.
Allah and içir. 159-cu ayə. “Kitab əhlindən elə kimsə yoxdur ki, ölümündən əvvəl ona iman gətirməsin”. Allah: “Hamısı iman edəcək” deyir. Bu hadisə ancaq hz. İsa Məsih (ə.s)-ın enişindən sonra mümkün ola bilər inşaAllah. “Qiyamət günü isə o onların əleyhinə şahid olacaqdır”, yəni hz. İsa Məsih (ə.s). Hamısı toplandığında, hamısına şahid olur.
Hz. Mehdi (ə.s)-ın kim olduğunu az-çox təxmin edirik. Yeri bəllidir; İstanbulda, Türkiyədədir. Lakin, hz. Məsih (ə.s) özünü çox yaxşı gizlədir, görə bilmirik. İndiyə qədər görə bilmədik. Lakin, hz. Mehdi (ə.s) özünü qoxusundan və əlamətlərindən bəlli edir. Nə qədər gizlətməyə çalışırlarsa çalışsınlar, yenə də bəlli olur. Əlamətlər çoxdur. Bir-iki dənə deyil, çox böyük möcüzələr vardır. Mən mehdiyyətin özünü belə büruzə verəcəyini bilmirdim. Bir, iki, üç, dörd, beş, on, iyirmi əlamət olar. Üç yüz əlamət də ola bilərmi?. MaşaAllah. İncə incə, ən incə nöqtəsinə qədər. “Qaşı belə, gözü belə, buradan çıxacaq, oradan çıxacaq, belə olacaq”. Çox böyük bir möcüzədir. Rəsulullah (s.ə.v)-in möcüzələrini gizlətməsinlər.