Hörmətli Adnan Oktarın 14 noyabr 2012-ci il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Ya Allah, Bismillah!. Allah Allah, heyrət!. Allah Tövbə surəsinin 39-cu ayəsində: “Əgər mübarizə aparmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər” deyir, yəni “müsibətlər verər” deyir. “Və yerinizə” deyir, siz Allah üçün xidmət etməsəniz, Allahın dinini yaymaq üçün cəhd etməsəniz, İslamın şənini ucaltmasanız, İslam birliyi üçün cəhd etməsəniz “yerinizə başqa bir qövm gətirər”, bunun əbcədi neçədir?. 1979-cu ildir. Bir dənədir. Heyrət vericidir, maşaAllah. 1979-cu il hz. Mehdi (ə.s)-ın zühur etmə tarixini verir. “Və yerinizə başqa bir qövm gətirər”. Hz. Mehdi (ə.s) və tələbələrinə işarə edilir, inşaAllah. Ayənin davamında: “Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz” deyir, bunun əbcədi də 2010-cu ili verir.
“Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz”. Təkcə bir əbcədi var ki, bu da 2010-cu ildir. Bədiüzzamanın verdiyi tarix. “Şəddəli ləmlər və mim iki sayılsa, bundan bir əsr sonra ortalığı gül bağçasına çevirəcək gənclər hz. Mehdi (ə.s) və tələbələri olacaqdır” deyir, inşaAllah. Bax, ayədə: “Siz ona (Peyğəmbərə) kömək etməsəniz”, indi də hz. Mehdi (ə.s)-ı tək buraxmaq istəyirlər, ona kömək etmirlər, o vaxt da Peyğəmbərimiz (s.ə.v)-ə kömək etmirdilər, onu tək buraxmaq istəyirdilər. “Sən və Rəbbin gedib döyüşün” deyirlər ha, məhz bu ayədə vardır. “Siz Ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək etmişdir”. Əbcədi 2017-ci ili verir. “Siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək etmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar”. Məkkədən, öz yerindən çıxartmışdılar.
“O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına”, belə ki, burada da mağaradan danışılır, “dedi: “Qəm yemə, Allah bizimlədir!””. Deməli, müsəlmanlar çox çətin dövrlərdən keçəcəklər, kədərlənməməlidirlər. “Beləliklə də, Allah Ona hüzur və əmin-amanlıq bəxş etdi”. Hz. Mehdi (ə.s)-ın dövründə hüzur və əmin-amanlıq Tabutu Səkinənin tapılması ilə təmin olunacaq inşaAllah. Dünən oxumuşdum ayədə. “Onu sizin görmədiyiniz ordularla dəstəkləmişdir”, yəni mələklərlə dəstəklənmişdir. Hz. Mehdi (ə.s) da mələklərlə dəstəklənəcək. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) və üç min mələklə dəstəklənəcək. “Kafirlərin sözünü (inkara dəvət etmələrini) alçaltdı. Ancaq Allahın Sözü ucadır”. Quran Ucadır, Allahın hökmü Ucadır, güclüdür. Bunun əbcədi də 1998–ci ili verir. Yenə hz. Mehdi (ə.s)-ın fəaliyyət illərini verir.
Rəqəmlər və əbcədlər həmişə Axırzamanı verir. 9918, 3721 deyil, həmişə açar tarixləri verir, maşaAllah. “Allah üstün və güclüdür, hökm və hikmət sahibidir”. Allah: “Ey iman gətirənlər sizə nə oldu ki, Allah yolunda mübarizə aparın”, yəni hazırlıq görün, “deyildiyi zaman, yerinizdə qaxılıb qaldınız?” deyir, şeytandan Allaha sığınıram. “Uşaqlar var” deyir, “ticarət var” deyir, “məktəb vardı” deyir, “işim vardı” deyir. Allah bunu pis qarşılayır. “Yerinizdə qaxılıb qaldınız”. “Üstümə bir ağırlıq çökdü” deyən insanlar vardır.
“Olmaya, axirətdən daha çox dünya həyatından razısınız?. Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir”. Allah, Tövbə surəsinin 46-cı ayəsində: “Əgər mübarizə aparmaq istəsəydilər, mütləq buna hazırlıq görərdilər” deyir. “Ancaq Allah, (döyüşə) göndərilmələrini pis qarşıladı, onları saxladı və (onlara): “Siz də evdə oturanlarla birlikdə oturun” deyildi”. Onlar da oturduqlarına sevinirlər, halbuki, bu böyük bir bəladır. “Hamımız birlikdə necə də gözəl otururuq” deyir.
Mübarizə aparanları da təqsirli hesab edirlər, səhv yolda olduqlarını hesab edirlər”. “Əgər sizinlə birlikdə çıxsaydılar, sizə ancaq ‘pislik və zərər’ gətirər və aranıza mütləq fitnə salmağa çalışardılar”, yəni Allah: “Pislik edərlər, əxlaqsızlıq edərlər, sizi narahat edərlər, çətinliyə salarlar” deyir. Allah: “Ayrı olmaları, sizin yaxanızdan yapışmamaları, sizə zərər verməmələri daha yaxşıdır” deyir. Allah: “Əgər sizinlə birlikdə olsalar fayda əvəzinə zərər verərlər. Uzaq olmaları daha yaxşıdır” deyir. “Aranızda onlara xəbər daşıyanlar vardır. Allah zalımları tanıyır”. Aralarında münafiqlərin adamları olur, gedib dır dır dır bunu etdilər, onu etdilər, buradadırlar, oradadırlar kimi məlumatlar aparırlar, məlumatlar sızdırırlar.