Hörmətli Adnan Oktarın 14 noyabr 2012-ci il tarixli söhbətindən Şura surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah Peyğəmbərimiz (s.ə.v)-ə: “Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin” deyir. Allah: “Sən nə imanı bilirdin, nə də kitabı” deyir. “Lakin, Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən”. İslamın, Quranın yoluna yönəldirsən.

“O kəslər ki, haqqlarına təcavüz edildiyi zaman”, yəni bir müsəlmana hücum edildikdə, əleyhinə işlər görüldükdə, məsələn, Arakan ştatında, Misirdə, hər yerdə, “birlik olub”, yəni İslam Birliyini meydana gətirib, “müqavimət göstərənlərdir”. Allah Şura surəsinin 39-cu ayəsində müsəlmanın xüsusiyyəti olan bu şeyi fərz buyurmuşdur. Allah: “Ayrı-ayrılıqda deyil”, “birlik olub” deyir. Əgər bir müsəlmana hücum edilmişdirsə dünyada olan bütün müsəlmanlar birlik olmalı, bir yerə toplaşmalı və birlikdə müqavimət göstərməlidirlər deyir. Allah: “Bunu etməlisiniz” deyir. Edirlərmi?. Xeyr. Min bir yerə ayrılmışlar. Hələ də bir qismi eqoistlik edərək, təkəbbür göstərərək vaxt itirir. Bir qismi də cəhd edir, amma hz. Mehdi (ə.s)-ı qəbul etmədikləri üçün Allah da onları… Yəhudilərin səhrada 40 il gəzdikləri kimi, Allah bunları da eyni səhrada dövr etdirir. Heç cür nəticə ala bilmirlər.

quran3