Hörmətli Adnan Oktarın 14 noyabr 2012-ci il tarixli söhbətindən əbcədi Axırzamana işarə edən ayələrin təfsiri ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah Allah, ayəyə bir bax. Fəth surəsi, 10-cu ayə. Şeytandan Allaha sığınıram. Allah: “Şübhəsiz” deyir, “sənə beyət edənlər”, yəni bağlananlar, İnşaAllah biz hz. Mehdi (ə.s)-a beyət edəcəyik. Rəsulullah (s.ə.v)-ə beyət edilmişdi, hz. Mehdi (ə.s)-a da beyət edəcəyik. “Sənə beyət edənlər Allaha beyət etmiş olurlar”. Əbcədi 2025-ci ildir. Bir dənə tarixi verir, bu da 2025-ci ildir. Bu möcüzədir. Axırzamanla əlaqədar, hakimiyyətlə əlaqədar bütün ayələr tək bir tarix ətrafında cəmləşir, maşaAllah.

Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. Fəth surəsi, 1-ci ayə. “Həqiqətən, Biz sənə aydın bir qələbə verdik”. 1913-cü il Çanaqqala zəfərinə yaxın bir tarixdir maşaAllah. Çanaqqalada aslanlarımızın, mərd cavan oğlanlarımızın, əfələrimizin (Qərbi Anadoluda kənd igidlərinə verilən ad) qanı sel kimi axdı. “Çanaqqala keçilməz” dedilər. Fəth surəsinin birinci ayəsi yalnız bir tarixi verir ki, bu da 1913-cü ildir. Çanaqqala zəfəri. Təxminən 1913-1915-ci illəri verir. Oyunlar o dövrdə başladı, 1913-cü ildə başladı. 1915-ci ildə də Çanaqqala döyüşü baş verdi, inşaAllah.

“Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük və şərəfli bir qələbə ilə kömək etsin”. Bu dünya hakimiyyətidir. Əbcədi yalnız bir tarixi verir ki, bu da 1979-cu ildir. Bu möcüzələri nə üçün gizlədirlər?. Axırzaman hədislərini gizlədirlər, bu əbcədləri gizlədirlər. Bu çox təəccüblüdür. 73 deyil, 60 da deyil, 59 da deyil, 3918 də deyil, bəs neçədir?. 1979-dur. Dünya hakimiyyətinə işarə edən bir ayədir. Fəth surəsi hz. Mehdi (ə.s)-ın zühur etmə tarixini verir.

4

“Həqiqətən, Allahın vədi haqdır” (Casiyə surəsi, 32). MaşaAllah. Allah bir şeyi vədd etdisə, mütləq onu yerinə yetirər. Əbcədi 2031-ci ili verir. MaşaAllah. Şeytandan Allaha sığınıram. “Bu (Quran), insanlar üçün bəsirət (nuruyla Allaha yönəldən ayə)lərdir, qəti bir məlumatla inanan bir qövm üçün də bir hidayət və mərhəmətdir”. Allah: “Quran mehdilik vəzifəsi yerinə yetirər” deyir. Hz. Mehdi (ə.s) da İslamı Quranla hakim edir, inşaAllah.

Allah Duxan surəsi, 59-cu ayədə: “Sən gözlə!” deyir. Allah hakimiyyəti, Peyğəmbərimiz (s.ə.v)-ə söyləyir. “Şübhəsiz ki, onlar da gözləyirlər”. Bəs yurdun sonu kimin olacaq?. Allah bunu açıq şəkildə söyləyir, “möminlərindir” deyir, inşaAllah.

Duxan surəsi, Rəhman və Rəhim olan Allahın adı ilə. “Ha, Mim”. Kim bilir hansı mənanı verir. “And olsun bu aydın Kitaba!”. Yəni anlaşılmaz deyil. “Başa düşülən, aydın olan Qurana and olsun”. “Həqiqətən, Biz onu mübarək bir gecədə nazil etdik, həqiqətən Biz xəbərdar edənlərik”. Allah burada Quranı nəzərdə tutur. Qədr gecəsində. Bəs ikinci bir işarəsi nədir?. Allah kimi endirir?. Hz. İsa Məsih (ə.s)-ı endirir inşaAllah.

“Hər bir hikmətli iş onda (o gecədə) ayırd edilir; dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (insanlara elçiləri) göndərən Bizik”. Əgər indicə ayənin davamına baxsaq, onda məna aydınlığa qovuşar. Allah ən deyir?. Allah: “Dərgahımızdan vəhy edilən əmr ilə” deyir, “Mən təlimat verirəm” deyir, “əmr edirəm” deyir. “Həqiqətən, (insanlara elçiləri) göndərən Bizik”. Allah öz əmri ilə hz. İsa Məsih (ə.s)-ı göndərir, inşaAllah. Bu ayə Peyğəmbərimiz (s.ə.v)-ə işarə etməklə yanaşı, açıq-aydın şəkildə hz. İsa Məsih (ə.s)-a da işarə edir. “Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. Onlar:

“Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, çünki artıq biz iman gətirəcək kəslərdənik” deyəcəklər. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, onlara izah edən bir elçi də gəlmişdi”, yəni bir Mehdi gəlmişdi, “sonra, ondan üz çevirib: “(Bu,) öyrədilmişdir, bir dəlidir” dedilər. Peyğəmbərimiz (s.ə.v)-ə bunu deyirdilər, hz. Mehdi (ə.s) barəsində də  də bunu deyəcəklər. “MKİ agentidir”, “masonların adamıdır”, “sionistlərin adamıdır”, buna bənzər sözlər deyəcəklər. “Öyrədilmiş və yönləndirilmişdir” deyəcəklər, həmçinin dəli olduğunu da iddia edəcəklər. Ruhi xəstədir deyəcəklər. Allah: “Biz əzabı bir az sizdən uzaqlaşdıracağıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.

Böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq” deyir. Allah qiyamətə işarə edir. Duxan, iqtisadi böhranı ifadə etmək üçün də istifadə edilən bir sözdür. Onsuz da burada da: “Duman və ya qıtlıq (iqtisadi böhran), aclıq ya da müharibə, zorakılıq, çətinlik mənalarından birində istifadə olunar” deyir. “Duxan” sözü, anarxiya, terror, aclıq və iqtisadi böhranı ifadə edən bir sözdür. Bu hal-hazırda Axırzamanda yaşanılır.

Həm iqtisadi böhran, həm iztirablar, həm müharibələr, həm zorakılıq, həm də terror var. Güclü bir böhran yaşanır, bütün dünyanı bürümüş vəziyyətdədir. Psixoloji böhran. Bu mənanı verir. Bildiyimiz duman mənasında deyil. Buradakı şərh bu şəkildədir. Əlbəttə ki, doğrusunu Allah bilir. Bildiyimiz duman mənasında da istifadə edilmiş ola bilər, amma ərəbcə istifadə olunma şəkli… Təfsir edildikdə sözün əsl mənasının “tüstü və ya qıtlıq, aclıq, müharibə, zorakılıq, çətinlik kimi hadisələri ifadə etdiyini” deyir. Onsuz da ayənin gəliş formasından aydın olur.

4

Əvvəlkində, yəni Zuxruf surəsində, “şübhəsiz ki, o,”, yəni hz. İsa Məsih (ə.s), “qiyamət saatı üçün bir əlamətdir”. Hanı hz. İsa Məsih (ə.s) ilə əlaqədar əlamət, dəlil yoxdu?. Allah nə deyir?. “Şübhəsiz ki, o,”, Allah bunu təkcə hz. İsa Məsih (ə.s), Səyyidina İsa Məsih (a.s), İbn Məryəm üçün söyləyir. “Şübhəsiz ki, o (Hz. İsa Məsih (ə.s.)), qiyamət saatı üçün bir əlamətdir”.

Yəni o gəldikdən sonra qiyamət hər an qopa bilər. “Elə isə onun (qiyamətin) barəsində heç bir şübhəyə qapılmayın”. Onsuz da əbcədi də 2026-cı ili verir. 2026-cı il olduğunu dünən də demişdim. “Elə isə onun (qiyamətin) barəsində heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Doğru yol budur”. “Şeytan”, yəni dəccal, “sizi (Allahın yolundan) döndərməsin”, darvinizm, materializm, ateizm döndərməsin. “Şübhəsiz ki, o sizin açıq-aydın düşməninizdir”, yəni şeytan. Əlbəttə ki, insanlar darvinist, materialist olarkən dəccala tabe oluram demirlər, lakin özləri də bilmədən ona tabe olurlar. Dəccalın xüsusiyyəti də özünü büruzə vermədən, özünə tabe etdirməsidir. “İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm”.

Gələndə, aşkara çıxanda bunu söyləyəcək inşaAllah. Hikmət nədir?. Qurandır. “Və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm”. Çünki, ziddiyyətə düşmüşlər, nə deyirlər?. “Hz. İsa Məsih (ə.s) Allahdır” deyirlər. Yaxud da “təslis inancı” vardır, “müxtəlif məzhəblər vardır”. Hz. İsa Məsih (ə.s) hamısını rədd edəcək. “Allah birdir” deyəcək, “elə bir şey yoxdur, İncilin əsli də budur” deyəcək. “Allahdan qorxun və mənə itaət edin! Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!. Sonra, firqələr öz aralarında ixtilafa düşdülər”. Allah:

“Məzhəblərə ayrıldılar” deyir. “Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! Onlar özləri də hiss etmədən o Saatın qəflətən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər?”. Axırzamanla əlaqədar olduğunu buradan anlayırıq. Əgər söhbət qiyamətə keçirsə, deməli, bilavasitə Axırzamanla əlaqədardır inşaAllah. “Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz heç məhzun da olmayacaqsınız” (Zuxruf surəsi, 68). İslam dünyaya hakim olduqdan sonra insanlarda qorxu olacaqmı? Olmayacaq. İqtisadi böhran olmayacaq, terror olmayacaq, anarxiya olmayacaq, ağlamayacaqsınız, kədərlənməyəcəksiniz, məhzun olmayacaqsınız. Əbcədi 2023-cü ili verir. Dövlətin açıqladığı tarixdir. Hökumətin açıqladığı tarixi verir, yəni 2023-cü ili verir.

Zuxruf surəsi, 29-cu ayə. Şeytandan Allaha sığınıram. “Doğrusu, Mən bunlara da, atalarına da haqq və onu bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim”. Əbcədi 2015-ci ili verir. Peyğəmbərimiz (s.ə.v)-ə aid olmaqla yanaşı, açıq-aydın şəkildə hz. Mehdi (ə.s)-a da işarə edir. Onsuz da əbcədi təkcə bir tarixi, 2015-ci ili verir. “Onlara haqq gəldikdə isə: “Bu, sehrdir” dedilər”. Sehrbaz deyirlər. “Doğrusu, biz ona inanmırıq”. Küfr içindəyik. “Onlara haqq gəldikdə isə: “Bu, sehrdir” dedilər”. Peyğəmbərimiz (s.ə.v) gələndə onu sehrbazlıq etməklə günahlandırırlar. “Doğrusu biz ona inanmırıq”. Yəni; “rədd edirik, inkar edirik, inkarçılardanıq” deyirlər. Əbcədi 1990-cı ildir. Deməli, 1990-cı illərdə mehdiyyətə güclü bir hücum olacaq. Yəni dəli olduğunu iddia edəcəklər, sehrbaz olduğunu iddia edəcəklər. Bu tarixdə mətbuatda, radiolarda, televiziyalarda belə bir şey olmuş ola bilər. Çünki, ayə yalnız 1990-cı ilə işarə edir. Başqa bir tarix vermir.

quran