Hörmətli Adnan Oktarın 19 noyabr 2012-ci il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Bəli, münafiqlər orada oturmağı istəyirlər. Mübarizə aparmaq istəmirlər. Allah bu əxlaqsız xüsusiyyətlərini vurğulayır.
Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 55-ci ayə. “Onların nə mallarına, nə də övladlarına göz dikmə”. Onsuz da adamlar həmişə mal və övlad arxasınca qaçırlar. Hər kəs: “Kefimizə baxaq, bol pul qazanaq, ticarətimizlə məşğul olaq” deyir. Allah İslam Birliyininin qurulmasını və Özünə aşiq olmağımızı istəyir. “Yox, biz belə xeyli rahat olarıq” deyir. Olmazsan, sürünərsən.
“Onların nə mallarına, nə də övladlarına göz dikmə. Allah bunlarla, ancaq onlara dünyada əzab vermək”, necə?. Malı üçün dərdə düşür, çek ödənilmədi, qəbz ödənilmədi, mallar da gəlmədi deyərək əsəbləri pozulur, xəstə olur. Övladı olur, övladı üçün də, aha məktəbdən qayıtmadı, bunu etmədi, onu etmədi, dərslərini necə öyrənəcək?. Öyrənə biləcəkmi?. Məktəbə daxil olacaqmı, necə daxil olacaq?. Bu mövzulardan ötrü əsəbləri pozulub xəstə olar. Ürək xəstəsi olar, ruh xəstəsi olar. Baxın ayədə: “Allah bunlarla, ancaq onlara dünyada əzab vermək” deyilir. Təbiidir ki, bu küfr əhli üçündür.
Baxın Allah 90-cı ayədə belə deyir. Şeytandan Allaha sığınıram. “Yaxşılıq edənlərin əleyhinə bir yol yoxdur”. Daim onların lehinə olan bir vəziyyət hakimdir. 91-ci ayə: “Allaha və Onun Elçisinə səmimi-qəlbdən tabe olub, xeyirə çağıranlar olduqları müddətcə, zəiflərə, xəstələrə və vermək üçün bir şey tapa bilməyənlərin üzərinə məsuliyyət (günah) düşmür. Yaxşılıq edənlərin əleyhinə bir yol yoxdur. Allah bağışlayandır, rəhmlidir!”. Amma şərt nədir?. Allaha və Onun Elçisinə səmimi-qəlbdən tabe olmalıdır, amma könüllü surətdə. Həmçinin də “xeyirə çağıran”, yəni təbliğatçı olmalıdır. Bu təqdirdə zəiflərə, xəstələrə və vermək üçün bir şey tapa bilməyənlərin üzərinə məsuliyyət düşmür. Allah: “Onlara, niyə vermədin, niyə etmədin deməyəcəyəm” deyir. Amma təbliğ etməsi və Allaha aşiq olması şərtiylə.