Hörmətli Adnan Oktarın 24 noyabr 2012-ci il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Baxın, Furqan surəsi, 56-cı ayə, şeytandan Allah sığınıram. “Biz səni yalnız bir müjdəçi”, onsuz da müjdələmək müsəlmanın xüsusiyyətidir, insanları müjdələmək, məsələn, cənnətlə müjdələmək, Allahın varlığıyla müjdələmək. Məsələn, Allahın varlığı belə bir müjdədir. Allahın varlığı ən böyük bir müjdədir. Çünki, Allah var deyirsən, adam yox olacağını güman edərkən, əbədi yaşayacağını anlayır. Necə də böyük xoşbəxtlikdir. Xaos olduğunu zənn edərkən, bir də baxır ki, dünya xüsusi olaraq belə yaradılmışdır, bu Allah tərəfindən yaradılmış bir sistemdir. Əlbəttə ki, imtahan mühitinin təmin edilməsi üçün bəzi şeylər zəif ağıllı insanları o istiqamətə doğru çəkəcək xüsusiyyətlərdə olmalıdır. Onda onsuz da imtahan mühiti olmaz. Fikirlərinin qarışması üçün. Məsələn, siz dünən izah etdiniz ha, xromosomlar barəsində nə demişdiniz?.
DİDƏM XANIM: 98%-nə kodlaşdırmayan DNT deyirlər, 2%-i isə genlərdir.
ADNAN OKTAR: İndi onlar hadisəyə geniş bucaqdan baxmırlar. 2%-lik hissə, texniki məlumatla əlaqədar olan hissədir. 98%-lik hissə isə ruh haqqında məlumatla əlaqəli olan texniki məlumatdır. Çünki, əzələ verilən əmri necə qəbul edəcək?. Göz verilən əmri necə qəbul edəcək?. Beyin necə işləyəcək?. Sinirlər beynin hansı hissələrinə paylandığında hansı fəaliyyətləri yerinə yetirəcək, insan rəngi gördüyündə bunu necə qiymətləndirəcək, qoxunu qəbul etdikdə necə qiymətləndirəcək, məlumatı aldıqda necə qiymətləndirəcək, necə güləcək, necə oynayacaq, necə qaçacaq, bütün bunlara aid məlumatlar da insan bədənində ayrı-ayrılıqda kodlanmış halda mövcuddur.
Bunu araşdırdıqlarında, o 98%-lik hissədə olduğunu görəcəklər. Onlar yalnız bir hissəsinə baxırlar, buna qalsa insan beyninin də yalnız çox az bir hissəsi istifadə edilir, digər hissəsi istifadə edilmir. Amma insan qabiliyyətini və ruhi güclərini inkişaf etdirdikdə, fövqəladə möcüzələrə nail olmağa başlayır. Digər insanların görə bilmədiyi hadisələri görməyə başlayır, eşidə bilmədiklərini eşitməyə başlayır. Dərk edə bilmədiklərini dərk etməyə başlayır. Bilmədikləri tərəfləri görməyə başlayır.
Onsuz da onların dediyi sözləri əhəmiyyətli deyil, mən yalnız nə qədər məhdud düşündüklərini göstərmək üçün söyləyirəm. Yoxsa elm adamları 2%-lik hissədəki ana quruluşu kodlaşdıran hissələrin, digər hissələrdə olduğunu deyirlər. Yəni 98%-lik hissənin, həmin 2%-lik hissəni kodlaşdırdığını deyirlər. Amma Allah oraya ruhun xüsusiyyətlərini də kodlaşdırmışdır. O elektrik sistemi, elektrik mexanizmidir, çünki elektron komponenti var. Bütün bədənin elektron komponentləri var. Elektron avadanlığının necə olacağının məlumatı kodlaşdırılmalıdır. Bunlar sırf mexaniki hissəni müəyyənləşdirmişlər.
Ruh mexanikasını, elektron mexanikasını, onun sistemini bilmirlər. Baxın müəyyənləşdirdiklərində ilk olaraq bunu görürlər. 2%-lik əsas hissəni kodlaşdıran məlumatların 98%-lik hissədə olduğunu müəyyənləşdirmişlər. Onlara cavab olaraq, indi ilk öyrəndikləri şey budur. Daha öyrənəcəkləri çox şey var. “Biz səni yalnızca müjdə verən və xəbərdarlıq edib qorxudan biri olaraq göndərdik”. Xəbərdar edib qorxudur. Allahdan qorxan kimsə sevgi dolu olar, mərhəmətli olar, şəfqətli olar, ağıllı olar, ədalətli olar, vicdanlı olar. 56-cı ayə və 25-ci surə, 25 vurulsun 56, hasil miladi 1981-ci il və yaxud hicri 1400-cü ili verir. Bəs əbcədi neçədir?. 1981-ci ildir. 56-cı ayə 1956-cı ilə də işarə edir. Çünki, Bədiüzzaman: “Görəsən 1956-cı ildə bir nuru quran mı zühur edəcək” yeni bir cərəyan mı zühur edəcək” deyir.
”Tam başa düşə bilmədim” deyir, baxın 1956-cı ildə. Amma 1956-cı ilin münafiq sisteminin sonunun başlanğıcı olduğunu deyir. ”Ayədən belə olduğu aydın olur” deyir. Baxın, Risalə-i Nurun bir nuru Quran olduğunu deyir, ”yeni bir nuru Quran mı zühur edəcək?” deyir. Yəni Risalə-i Nur kimi yeni bir hərəkat mı meydana çıxacaq. Yeni bir fəaliyyət, yəni bir mehdiyyət fəaliyyətimi olacaq, “bunu tam başa düşə bilmədim” deyir. Baxın orada çox əhəmiyyətli bir şey var, çox aydın şəkildə söyləyir. Risalə-i Nur barəsində: “Bir nuru Quran hərəkatıdır” deyir. “Amma” deyir, 1956-cı il barəsində: “Yeni bir nuru Quranmı zühur edəcək” deyir. Mehdiyyətdən başqa bir nuru Quran hərəkatı yoxdur. Bədiüzzamanın dediyi məhz budur.
Onsuz da birindən bəhs edir. Risalə-i Nurda yüzlərlə yerdə bəhs etdiyi şey, mehdiyyət hərəkatıdır. O: “1956-cı ildə bir nuru Quranmı başlayacaq” deyir “tam bilmirəm, tam başa düşə bilmədim” deyir. O nəzakət xatirinə bunu söyləyir, bu Bədiüzzamanın Allah qarşı böyük danışmamaq üçün işlətdiyi ədəbli dildir. Baxın: “1956-cı ildə yeni bir nuru Quran başlayacaq” deyir və 1956-cı il barəsində: “Münafiq sistemin sonunun başlanğıcıdır” deyir. Baxın, Furqan surəsi, Furqan Quran mənasını verir, 56, 1956-cı ilə işarə edir, “Biz səni yalnız bir müjdəçi və xəbərdar edib qorxudan biri olaraq göndərdik”. Şeytandan Allaha sığınıram.
Açıq-aydın şəkildə hz. Mehdi (ə.s)-a işarə edir. Əbcədi 1981-ci ildir. 25-i 56-ya vurduğumuzda, hicri 1400-ci ili, yəni 1981-ci ili verir. Allah: “De: “Əgər duanız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi”” deyir. Furqan surəsi 77-ci ayədə təkrarlanan yeddilər var. “Lakin, siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!”. Çünki, yalanlamaq üçün vicdanın yox olması lazımdır. Səmimi vicdanla Quranı inkar etmək mümkün deyil. Yəni insanın qüdrəti, gücü çatmaz. Bunun üçün insanda bir şey olmalı və o tam fərqli bir gücə, neqativ bir gücə sahib olmalıdır. Bunu pozitif bir güclə, səmimi bir güclə etmək mümkün deyil, insan inkar edə bilməz. Nə Allahı inkarı edə bilər, nə də Quranı.
Amma təbiidir ki, Quranı bilməyən bir insanın, bilmədiyi bir şeyi inkar etməsinə bir şey deyə bilmərik, bilmir çünki. Amma tədqiq edib, araşdırıb, bütün möcüzələrini, bütün uyğunluqları, elmlə, təcrübəylə, ağılla iç-içə olduğunu və yüzlərlə möcüzəni görərək, Quranı inkar etməsi məqbul bir ağıl üçün qeyri-mümkündür. Məqbul bir ağlın Allahın varlığını da inkar etməsi qeyri-mümkündür. İnsanın neqativ, qeyri-adi bir cəhəti olmalıdır, xüsusi yaradılmış olmalıdır. Xüsusi olaraq yaradılmalı, xüsusi bir gücə, neqativ bir gücə sahib olmalıdır. Qüdrəti çatmaz, gücü çatmaz, taqəti çatmaz, vicdani gücü çatmaz, edə bilməz bir insan bunu. Allahı inkar edə bilməz, buna gücü çatmaz.