Hörmətli Adnan Oktarın 24 noyabr 2012-ci il tarixli söhbətindən Rad surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Allah Rad surəsinin 4-cü ayəsində: ”Yer üzündə bir-birinə yaxın qonşu qitələr, üzüm bağları,” deyir. “Üzüm bağları”, Allah ən birinci üzümün adını çəkir. Həqiqətən üzüm çox gözəldir. Mən bağ-bağça kimi bir yer görən kimi, dərhal ora bir üzüm əkdirərəm. “Üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır”, şeytandan Allaha sığınıram, “amma verdikləri məhsulun miqdarına və ləzzətlərinə görə onların birini digərindən üstün edirik”. Həqiqətən heç bir əlaqəsi yoxdur. Bütün meyvələr bir-birindən mükəmməldir. Bir yerdə tamam fərqli tamda bir qovun, digər bir yerdə tamı fərqli bir qarpız, başqa bir yerdə isə tamı fərqli bir çiyələk çıxır, amma hamısı palçığın içində yetişir. Portağallar, narlar, üzümlər, əriklər, albalılar, hamısı biri-birindən gözəldir maşaAllah, zeytunlar da həmçinin. Üzümlər, məsələn, qara üzüm ayrı bir şeydir, tumsuz sarı bir üzüm var ki, ləzzətlidir maşaAllah. “Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün dəlillər vardır”. Allah: “Bunların təsadüfən əmələ gəlməyəcəyi aydındır” deyir. Bunları düşünün, verdiyim nemətləri düşünün, mənə şükr edin. Pomidorlar, bibər, badımcan, balqabaq, tərəvəzlər, hamısı palçıqda, torpaqda yetişir. Hamısı da bir-birindən ləzzətlidir, hamısının ayrı gözəl bir qoxusu var, hər birindən ayrı bir ləzzət alırıq. Nanə ayrı cür qoxur, vəzəri-bozalaq ayrı cür qoxur, əkin indiausunun dadı ayrıdır, quşqonmazın, vəzəri-bozalağın, bir sözlə, hamısının ayrılıqda gözəl bir qoxusu və ləzzəti var. Hamısı palçıqlı suda yetişir.