Hörmətli Adnan Oktarın 28 noyabr 2012-ci il tarixli söhbətindən Yusif surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Yusif surəsi, 34-cü ayə. “Beləcə Rəbbi onun duasını qəbul etdi”. 34 sizə nəyi xatırladır?
DİDƏM XANIM: İstanbulu.
ADNAN OKTAR: Bəli, İstanbulu. ”Rəbbi onun duasını qəbul etdi”. Əbcədi hicri təqvimlə 1453-cü, miladi təqvimlə isə 2031-ci ili verir. Baxın, hicri 1453-cü və yaxud miladi 2031-ci il İstanbulun fəth olunma tarixini verir. 34-cü ayə açıq-aydın şəkildə İstanbula işarə edir. ”Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir”. Hz. Mehdi (ə.s)-a çox hiylələr quracaqlar. Həddindən çox hiylələr quracaqlar. Cinlər, şeytanlar, iblislər, dəccallar, qadın dəccallar və kişi dəccallar ona qarşı min bir cür oyun oynayacaqlar, amma təbiidir ki, Allahın gücünün qarşısında onların bir milçək qədər belə bir gücləri olmur, bütün güc Allahındır. 35-ci ayə. “Bu qədər dəlilləri gördükdən sonra”, aydındır, yəni məhkəmədə haqlı olduğu bəllidir, dəlillər hz. Yusif (ə.s)-ın lehinədir, bu ayə həmçinin hz. Mehdi (ə.s)-a da işarə edir. ”Yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər”.