Header

Fatir surəsinin 42-ci və 43-cü ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 29 noyabr 2012-ci il tarixli söhbətindən Fatir surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Fatir surəsi, 42-ci ayə. “Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə xəbərdar edib qorxudan biri gəlsə”, yəni bir Mehdi gəlsə, “hər hansı ümmətdən daha doğru olacaqlar”. Yəni: “Çox yaxşı insanlar olacağıq, birlik, həmrəylik içində olacağıq, çox böyük bir mübarizə aparacağıq, təki Allah göndərsin” deyirlər. “Ancaq onlara xəbərdar edib qorxudan biri gəldikdə”, yəni bir Mehdi gəldikdə, “bu onların ancaq nifrətini artırdı”. Çünki, eqoist olduqlarından ötrü bu onlara ağır gəlir, qürurlarına ağır gəlir və Allah da: “Bu onların ancaq nifrətini artırdı” deyir.

“Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə”, yəni eqoistlik etmələrinə “və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi”, yəni tələlər qurduqlarına görə idi. “Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar” deyir. “Əgər hiylə qursanız özünüzü qaplayar” deyir. “Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər?”. Allah: “Əvvəlkilərin başına gələn bəla onların da başına gəlmək üzrədir” deyir. “Bunu mu gözləyirlər?” deyir. “Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən”. Allah: “Daha əvvəl etdiklərimi yenidən edərəm” deyir.

“Bu mənim qayda-qanunumdur. Onları bəlalara düçar edərəm” deyir. Allah: “Əgər başınızda bir lider olmasını istəyirsinizsə, onda onu göndərdiyim zaman da təkəbbür göstərməməlisiniz” deyir. Peyğəmbərimiz (s.ə.v) gələndə: “Əbu Qasımın yetiminəmi tabe olacağıq?” demişdilər. “İki böyük şəhərin böyük adamlarından biri olması lazım deyildimi?. Əbu Qasımın yetiminəmi tabe olacağıq?” deyirlər. Hz. Mehdi (ə.s) gələndə də: “300 il əvvəl gəlmişdi”, “300 il sonra gələcək”, xeyr “qəbul etmirik”, məhz “şəxsi mənəvidir”, xeyr “ruh olaraq gələcək, hər evə girəcək” və s. şeylər deyəcəklər. Bəzi insanlar min bir cür bəhanələr gətirərək mehdiyyətin bütün əlamətlərini və mehdiyyəti rədd edəcək. Amma gördüyünüz kimi, bəzi mərd cavan oğlanlar da vardır ki, onlar mehdiyyəti eşqlə, şövqlə sevinclə qarşılayırlar. BBP partiyasından olan mərd cavan oğlanların etdikləri kimi hadisəni insanlara eşqlə, şövqlə, sevinclə, gözəlliklə çatdırırlar maşaAllah.

qurani-kərim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313