Hörmətli Adnan Oktarın 30 noyabr 2012-ci il tarixli söhbətindən Şuəra surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Allah Şuəra surəsinin 69-cu ayəsində: “Onlara İbrahimin əhvalatını da oxu” deyir. Allah bunu Peyğəmbərimiz (s.ə.v)-ə əmr edir, fərzdir.
70-ci ayə. “Bir zaman o öz atasına və tayfasına”, baxın ən yaxınlarından başlayır, atasından və tayfasından. Ailəsini tərk edib başqa bir ölkəyə getmir. Əvvəlcə yaxınlarından başlayır. Ayədə də deyildiyi kimi. “Əvvəlcə yaxınlarından başla” deyir. “Nəyə ibadət edirsiniz?” demişdi”. Əvvəlcə soruşur, ön mühakiməsiz olsun deyə onlara dedirtmək istəyir. Soruşur. “Siz nəyə ibadət edirsiniz?”. Əvvəlcə eşitməlidir ki, ona görə də cavab versin.
71-ci ayə. “Onlar dedilər: “Biz bütlərə ibadət edir”, onlar da utanmaz olduqları üçün bunu birbaşa söyləyirlər, “bütlərə ibadət edir və buna görə də həmişə onların qarşısında bel büküb əyilirik”. Dünyada, orada, burada, Koreyada, Stalinin qarşısında bel bükürlər. Şimali Koreyanın əvvəlki prezidenti tamamilə sarsaq idi. Öldü adam, qarşısında iki qat əyilirdilər, hıçqıra-hıçqıra ağlayırdılar. Bir də adamları pul verməklə ağladırlar. “Həmişə onların qarşısında bel büküb əyilirik” deyirlər.
72-ci ayə. “O dedi: “Bəs onlara dua etdiyiniz zaman sizi eşidirlərmi?”, baxın yavaş-yavaş onların nəzakətsizliklərini onlara hiss etdirir. Yəni onlara cavab verdirtmə metodudur. Allah Quranda bu təsirli, psixoloji baxımdan insanlara fayda verəcək bu metoda diqqət çəkir. “Bəs dua etdiyiniz zaman onlar sizi eşidirlərmi?” deyir. Özlərinə cavab verdirtmə mükəmməl bir üsuldur.
73-cü ayə. “Ya da sizə bir xeyir və ya zərər verə bilirlərmi?”. Bunu öyrənmək istəyirəm deyir.
74-cü ayə. “Xeyr” dedilər. Onda problem nədir?. “Biz atalarımızın belə etdiklərini gördük”. Yəni: “Atalarımızın dininə, ənənəyə tabe oluruq” deyirlər. Ənənədir. Birindən soruşduğunuz zaman: “Biz alimlərdən dahamı yaxşı biləcəyik?. Atalarımız belə demişdir” deyir. Sən atana görəmi hərəkət edirsən, yoxsa Qurana görəmi?. Sən Qurana tabe olduğunu deyirsən. Allah axirətdə: “Quran barəsində sorğu-sual edəcəyəm” deyir. Adama deyəndə: “Mənim babalarım belə dedi” deyir. Şeytandan Allaha sığınıram. Allah: “Bəs ataları bir şey bilməyən cahil insanlardırsa, yenəmi onlara tabe olacaqlar?” deyir. Onlar da: “Bəli tabe olacağıq” deyir. Onda axirətdə bunun cavabını verərsən. Bu çirkin cəsarətin cavabını verəcəksən.
75-ci ayə. “O dedi: “Siz nəyə ibadət etdiyinizi gördünüzmü””. Özünüz cavab verirsiniz gördünüzmü. “Öz verdiyin cavaba görə vəziyyəti dərk etdinmi?” deyir.
76-cı ayə. “Həm siz, həm də ulu babalarınız?”. “Təkcə siz deyil, onlar da azmışdır” deyir. “Sən atana güvənirsən, amma atan da azğındır” deyir. “O da azmışdır” deyir.
77-ci ayə. “Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir”. Təkcə “aləmlərin Rəbbindən başqa”, mən bu insanlara qarşıyam deyir. Bütün qövm dinsizdir, bu fəlakəti görürsənmi?. Allah uzaq eləsin. Bax gör ayədə nə deyir. “Aləmlərin Rəbbindən başqa, Onların hamısı mənim düşmənimdir”, yəni əleyhdarlarımdır deyir. Bütün qövm dinsizdir. Necə də qorxuncdur, Allah uzaq eləsin. Bir dindar belə yoxdur. Bir adam hz. İbrahim (ə.s) var, bu qədər.
78-ci ayə. “O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir”, yəni mənə imanı verən odur deyir.
79-cu ayə. “O Rəbb ki, məni yedirdir və içirdir”, yemək yediyimizdə, məsələn, bir şey içdiyimizdə bizə Allah içirdir. Məni indi Allah içirdi. Mən içdim desən olmaz. Bu şirk olar. Allah içirdi. Bax: “Məni yedirdir və içirdir” deyir, yəni suyu içirdən də Allahdır, yedirdən də Allahdır.
80-ci ayə. “Xəstələndiyim zaman mənə şəfa verən Odur”, yəni şəfanı həkim deyil, dərman deyil, Allah verər. Çünki, xəstəliyi də, dərmanı da yaradan Allahdır. Buradakı gizli şirki görürsünüzmü?. İnsanlar şirkin yalnız bütə ibadət etmək olduğunu zənn edirlər. Xeyr. Hər şeyi Allahın etdiyini, daim bilməlisən. Əksi şirk olar. Amma hər şeyi, ağlına gələn hər bir şeyi Allahın etdiyini bilməlisən. Allah Nur surəsinin 55-ci ayəsində: “Bunu etdiyiniz təqdirdə sizə dünya hakimiyyətini bəxş edəcəyəm” deyir. Allah: “Hər şeyi mənim etdiyimi qəbul etdiyiniz və ağla gələn hər şeyi səmimi surətdə təkcə Mənim yaratdığıma inandığınız təqdirdə, sizə dünya hakimiyyətini bəxş edəcəyim barədə söz verirəm” deyir. Sayınız az olsa belə. İstərsə on adam olsun. Tövratda da buna diqqət çəkilmişdir. Allah: “İstər on adam belə olsa dünya hakimiyyətini bəxş edəcəyəm” deyir.
81-ci ayə. “O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir” deyir. Adam: “Filankəs öldürdü” deyir. Xeyr, öldürən də Allahdır. Diriltdiyi vaxt, dirildən də Allahdır.
82-ci ayə. “O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram”.
Baxın əmin deyil, umuram deyir. Bunu hz. İbrahim (ə.s) söyləyir. Bəs adam nə deyir?. O: “Övliyadır o, cənnətə getdi” deyir. Bəzi hocalar: “Adam öldü, cənnətə getdi mübarək, hal-hazırda cənnətdədir” demir mi?. Hz. İbrahim (ə.s) dediyi bu sözə diqqət yetirin!. “O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram”, yəni əmin deyiləm deyir. “Ondan umuram”. Amma, əlbəttə ki, Allah sonradan hz. İbrahim (ə.s)-a vəhy etmişdir. Allah Quranda Ona: “Həbibim” deyə xitab edir, buradan cənnətlik olduğunu anlayırıq. Bunu o an üçün deyir. Cənnətlik olduğu sonradan vəhylə bildirilir.
83-cü ayə. “Ey Rəbbim! Mənə hökm vermə qabiliyyəti (və hikmət) ver”, yəni gözəl hökm vermə qabiliyyəti ver. Məsələn, bunu oraya qoyun, bunu ora aparın, bunu belə edin. Hökm vermə qabiliyyəti və hikmət, gözəl nitq. Sanballı, qısa, konkret, mükəmməl danışıq qabiliyyəti “və məni salehlərə qovuşdur”, səmimi olanlara qovuşdur. Kimlərə səmimi insanlar deyilir?. Bacardığı qədər səmimi olan, vicdanla hökm verən insanlara deyilir.
84-cü ayə. “Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə”. Məhz namazların sonunda hz. İbrahim (ə.s)-a edilən bir dua vardır. “Alə İbrahimə və ala ali İbrahim”. Hər oturuşda, ardıcıllığın sonunda hz. İbrahim (ə.s)-ın ailəsinə dua edirsən. “Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə”. Allah bu duasını qəbul etdi.
85-ci ayə. “Məni nemətlərlə doldurulmuş cənnətin varislərindən et”. Allah bunu da qəbul etdi. Allahdan Cənnəti istədi, onu da verdi.
86-cı ayə. “Atamı da bağışla”. Bax, atası dinsiz, imansız, allahsız və kitapsızdır. Nə deyir? “Atamı da bağışla” deyir. Şəfqətlə yaxınlaşır. Kin və nifrətlə dolu, təcavüzkar bir üslubdan istifadə etmir. “Çünki o, azanlardandır”. Azdı deyir.
87-ci ayə. “Və (insanların) dirildiləcəyi gün məni xəcalət çəkənlərdən etmə!”. Ey Rəbbim məni xəcalət çəkənlərdən etmə deyir. Allah bunu da qəbul etdi. Allah hələ bir də ona; “həbibim” deyir.
88-ci ayə. “Var-dövlətin də, oğul-uşağın da fayda verməyəcəyi bir gündə”. Mal-dövlətiylə və uşaqlarıyla xeyli öyünən, bunlarla insanlara göstəriş edən bəzi insanlar vardır. “Heç bir fayda verməz” deyir.
89-cu ayə. “Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”. Sağlam bir qəlb, təmiz, dürüst bir qəlblə gələnlər başqa.
90-cı ayə. “(O gün) Cənnət təqva sahiblərinə yaxınlaşdırılar”. Yaxınlaşır. Belə görünüb yaxınlaşır.
91-ci ayə. “Cəhənnəm də azğınlara göstərilər”. Allah bir anda cəhənnəmi göstərir, hamısı görməyə başlayır.
92-ci ayə. “Onlara: “Hanı sizin sitayiş etdikləriniz” deyilər”, soruşular.
93-cü ayə. “Allahdan başqa pənah apardıqlarınız?. Onlar sizə kömək edə bilirlərmi, yaxud özlərinə bir köməkləri dəyirmi?”. Baxın, Allah da eyni sorğu-sual üsulundan istifadə edərək soruşur. Özlərinə cavab verdirir. Hz. İbrahim (ə.s) da onlara cavab verdirir. Öz utanmazlıqlarını və anormallıqlarını öz ağızlarıyla dilə gətirmələri üçün belə edir. Yəni özlərinin etiraf etmələri üçün.