Hörmətli Adnan Oktarın 25 noyabr 2012-ci il tarixli söhbətindən Naziat surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. Naziat surəsi. “Ta ən dərindən əzabla çəkib alanlara and olsun”. Məsələn, kafirin canı ən dərindən çətin bir əzabla çəkilib alınır. “Rahatlıqla çəkib alanlara!”, belə ki, əgər mömindirsə, canı əsən bir meh kimi rahatlıqla çıxır. “Üzdükcə üzənlərə!”, canı alındıqdan sonra üzərək gedirlər. Bu da ayrı bir şeydir. Bu da Allahın hikmətidir. Bayaqkı ayədə “dalğalar halında” deyilirdi, buradakı ayədə isə: “Üzdükcə üzənlərə!” deyilir. Yəni suda üzən kimi üzürlər, maşaAllah. “O sarsıntının sarsıdacağı gün”, yəni dünyanın o şeyin çarpacağı gün.
“Arxasınca yenə sarsılacaq”. İki dəfə çarpacaq. Əvvəlcə bir dəfə çarpacaq. Dünyaya çox böyük bir meteorit çarpacaq. Sonra dünyanı dəlib keçəcək. Lakin cazibə qüvvəsinin təsirindən yenidən dünyaya çarpacaq. Yəni fırlanacaq, qayıdıb bir dəfə də çarpacaq. Bu çarpmadan sonra bunun yaratdığı təsirdən ötrü dünya artıq əks istiqamətdə fırlanmaya başlayacaq. Allah: “Həmən gün qəlblər qorxudan tir-tir əsəcək” deyir. Belə ki, çarpmanın təsirindən. “Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq”. Yəni:
“Gözlərində böyük bir qorxu ifadəsi hakim olacaq” deyir. Allah: “Elə isə bu yalnızca tək bir bağırtıdır, bir də görərsən ki, onlar yerin üstündədir” deyir. Yerin altında olduqları halda, özlərini birdən-birə yerin üstündə görürlər. Amma təəccüblənərək qışqırır. Yəni özünün harada olduğuna təəccübləndiyi üçün qışqırır. Məzarda olduğu halda, bir anda yerin üstündə olduğunu görür. “Bir də görərsən ki, onlar yerin üstündədir”. Amma gedərkən “üzərək gedərlər” deyir.
Naziat surəsinin 17-ci ayəsində deyildiyinə görə hz. Musa (ə.s) Fironun yanına gedir. Şeytandan Allaha sığınıram. “Fironun yanına yollan! Çünki, O azmışdır”. Allah: “Dəccalın yanına yollan, o, azmışdır” deyir. “Ona de: “Təmizlənmək istəyirsənmi?”. Çünki, həm mənəvi, həm də maddi cəhətdən çirklidir. “Təmizlənmək istəyirsənmi?. Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən!. (Musa) Ona o böyük möcüzəni göstərdi. O isə təkzib edərək üsyan etdi“. İnsanlar hal-hazırda mehdiyyətin möcüzələrini görür, lakin bunları təkzib edirlər. Eynilə Firon qövmünün dövründəki kimi. Çox böyük möcüzələri olur. Peyğəmbərimiz (s.ə.v) arxa-arxaya möcüzələr göstərir, amma insanların çoxu Firon qövmü kimi təkzib edir.
Məsələn, Peyğəmbərimiz (s.ə.v): “On beş gün arayla Ay və Günəş tutulmaları olacaq” deyir. Adamlar isə: “Yalandır, bu o deyil, heç bir əlaqəsi yoxdur” deyir. Ramazan ayında, arxa-arxaya və on beş gün fasilələrlə. Peyğəmbərimiz (s.ə.v): “Sonra da arxa-arxaya quyruqlu ulduzlar çıxacaq” deyir. Birinin çox parlaq olacağını söyləyir, incəliklərinə qədər xəbər verir. Adamlar buna da inanmır. Allah tək-tək bütün əlamətləri göstərir, lakin heç inanmırlar. Üç yüzə yaxın əlamət gerçəkləşir, heç inanmırlar. Bu möcüzədir. Eyni möcüzələrin bir təkrarıdır. Hadisənin özü də bir möcüzədir, inanmamaları da bir möcüzədir.
“(Musa) Ona o böyük möcüzəni göstərdi. O isə təkzib edərək üsyan etdi. Sonra da üz döndərib (əks istiqamətdə) fəaliyyət göstərdi“. İndi də hz. Mehdi (ə.s) zühur etməyəcək, hz. İsa Məsih (ə.s) enməyəcək deyə əks istiqamətdə fəaliyyət göstərir və var gücləriylə möcüzələri ört-basdır etməyə çalışırlar. “Sonunda (yardımçı qüvvələrini) bir yerə toplayıb səsləndi”. Bu cür insanlar da öz yardımçı qüvvələrini toplayırlar. Qrup halında var gücləriylə çalışırlar. Mən bunu görürəm, eşidirəm. Əlbəttə ki, cahilliyindən, məlumatsızlığından ötrü belə edənləri tənzih edirik.