İçeriğe geç

Zumər surəsinin 36-41-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 9 dekabr 2012-ci il tarixli söhbətindən Zumər surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Allah, Zumər surəsinin 36-cı ayəsində: “Məgər Allah Öz qulunu qane etmirmi?” deyir. Mən həbsxanada olarkən vəkil gəlmədi, bizim uşaqlarsa onsuz da təcrübəsiz olduqları üçün saat 4-də gəldilər. Hər iş belə dolaşıq kimi görünürdü. Hamısında xeyir vardır. Quranı açıb bir ayə oxuyum, Allah mənə nə deyir bir baxım dedim. Açanda qarşıma bu Zumər surəsinin 36-cı ayəsi çıxdı. “Məgər Allah Öz qulunu qane etmirmi?”. Əlhamdülillah dedim, maşaAllah. O vaxt ümmətçilik təbliğatı apardığımdan ötrü 25 il həbs cəzasıyla mühakimə olunurdum. Sonra bəraət qazandım, əlhamdülillah. Allah: “Səni Ondan başqaları ilə qorxudurlar” deyir. Qətiyyən Allahdan başqa heç kəsdən qorxmarıq. Nə qorxar, nə də qaçarıq.

        37-ci ayə. “Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz”. Dindən çıxan bir insan artıq dəccal olar. “Allah, kimə hidayət versə”, belə ki, kimi Mehdi etsə, kim Mehdi olsa, “artıq onu azdıran olmaz”. Dəccallar ona təsir etməz. Azdıran dəccaldır. Onsuz da azdırıcılar deyəndə dəccal nəzərdə tutulur. Buna görə də Dəccal təsirli ola bilməz. “Məgər Allah intiqam sahibi, güclü və üstün deyilmi?”. Allah: “Hamısından intiqam alacağam” deyir. Allah nə bir darvinist, nə də bir materialist saxladı, əlhamdülillah.

        38-ci ayə. “Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?””, baxın, Allah dərhal yaradılışdan bəhs edir. Dərhal yaradılış. Yaradılış Atlasının nəşr olunma səbəbi məhz budur. Əvvəlcə yaradılış. “Deyə soruşsan, onlar mütləq: “Allah!” deyəcəklər”.  Allah: “Kimdən soruşan belə deyər” deyir. “De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?. Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!””.

        39-cu ayə. “De: “Ey qövmüm!, ey xurafatçı dəstəsi! Olduğunuz vəziyyətə görə”, sahib olduğunuz xurafatçı inanca görə, “istədiyinizi edin”, yəni əlinizdən nə gəlirsə edin, “əlbəttə, Mən də edəcəyəm”. Mən də lazımi işləri görəcəyəm. Kimin qalib gələcəyini və kimin güclü olduğunu “tezliklə biləcəksiniz”.

        40-cı ayə. “Kimə rüsvayedici əzab gələcəyini”. Baxın, Allah; rüsvay edən deyir, öldürən demir. “Kimin də sürəkli əzaba düçar olacağını görəcəksiniz”. Bunu görəcəksiniz deyir.

        41-ci ayə. “Biz Kitabı sənə, insanlar üçün bir həqiqət kimi nazil etdik”. Sadəcə Quranı endirdik deyir, başqa bir hökm yoxdur, yalnız Quranı.“Artıq kim doğru yola yönəlsə”, yəni Qurana tabe olsa “bu öz xeyrinədir; kim də doğru yoldan azsa”, yəni Quranın hökmlərinə tabe olmasa, “o da öz əleyhinədir. Sən onların müdafiəçisi deyilsən”. Allah: “Azarsa da azar bunu özünə heç dərd etmə” deyir.

qurani-kərim

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz