Hörmətli Adnan Oktarın 9 dekabr 2012-ci il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Furqan surəsi, 63-cü ayə. “O Rəhman olan Allahın qulları”, yəni həqiqi müsəlmanlar, “yer üzündə təvazökarlıqla gəzər”, yəni təvazökardırlar, rahatdırlar, səmimidirlər, artistlik etməzlər, qürurlu olmazlar, özlərini ağır xoca, molla və övliya kimi aparmazlar. Kövrək səsli, xüsusi, orijinal bir adam görünüşü verməzlər. Bəs nə edərlər?. Normal müsəlman kimi səmimi davranarlar. Baxın: “Onlar yer üzündə təvazökarlıqla gəzər” deyir. Alçaq könüllü, normal rəftarlı, mehribandırlar “və cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” deyərlər”. Böhtan atacaqlar, mübarizə aparmağa çalışacaqlar, çirkin sözlər deyəcəklər, min təhqir bir para olacaq, bəs müsəlman nə deyəcək?. “Sizə salam olsun” deyib uzaqlaşmalıdır, onlara baş qoşmamalıdır.
64–cü ayə. “Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər”, belə ki, axşam namazlarını qılırlar.
65-ci ayə. “Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə””, belə ki, əslində cəhənnəm əzabı gəlir, amma Allah onu geri qaytarır. “Doğrusu, onun əzabı həmişəlikdir”. Yəni müsəlman günah işləcəyi təqdirdə cəhənnəmə gedəcəyini bilir.
66-cı ayə. “Həqiqətən, ora nə pis məskən, necə də pis iqamətgahdır!”. Müsəlman ondan qaçınır.
67-ci ayə. “Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar”. Allah yolunda malından çox səmimi surətdə xərcləyir. Boş yerə xərcləmir, israf etmir, amma xəsislik də etmir. Müsəlmanlara və İslam yoluna çatacaq pulu, bol-bol xərcləyir, xəsislik etmir. Boş işlərə xərcləmir, Allah: “Bunların arasında orta bir yol tutarlar” deyir.