Hörmətli Adnan Oktarın 29 oktyabr 2011-ci il tarixli reportajından Məhəmməd surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR:Allah, Məhəmməd surəsi 30-cu ayədə münafiqlər üçün belə buyurur, şeytandan Allaha sığınıram: “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir.”
“Onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın.”-deyir Allah. Deməli, münafiqlər tipindən tanınır. Allah istəsə tanıdır.“Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan.”Münafiqlərin çox namərd, çox oynaq hərəkətli (diribaş) bir danışıqları vardır. Onu çox diqqətli izləmək lazımdır. Allahı xatırlayarlar, lakin ən çəkindikləri şeylərdən onları tutmaq mümkündür. Münafiq xurafatdan çəkinməz. Bol-bol izah edər. Müsəlmanları xurafata çəkib boğmaq istəyər, yəni bataqlığın içinə çəkib boğmaq istəyər. Necə ki, timsah bu cür ovunu tutanda suyun içinə çəkib boğur, sonra parçalayır. Münafiq də xurafat dənizinin içərisinə çəkər ovunu, ondan sonra orada boğar. Var gücü ilə didişdirər.
Tutanda da möhkəm tutar. Ona görə münafiqin bu xurafat dənizinə düşməmək çox vacibdir. Müsəlman buna çox diqqət etməlidir. Bunun həlli nədir? Qurandan möhkəm-möhkəm yapışmaqdır. Müsəlman, Qurandan möhkəm yapışsa xurafat bataqlığının içinə düşməz. Çünki xurafat, Quranın içərisinə girməz. Xurafat gətirdikcə “Quran” deməlidir, “xurafat” dedikcə “Quran” deməlidir. Xurafat o zaman yanar. Xurafatı yandıran nədir? Qurandır. Xurafatı yandırmaq istəyən xurafatın üzərinə Quranı gətirsin və yandırarsınız xurafatı. Münafiqi mənəvi cəhətdən yandırmaq istəyirsə, münafiqin ən nifrət etdiyi şey haşa Qurandır. Qurana dözə bilməz. Yəni ona Quranı göstərən kimi münafiq bu cür çırpınar.
Məsələn, belə filmlər var, zombilər filan, hansı ki, işığı görəndə dözə bilməz, əriməyə başlayar. O da Quranın işığını görəndə əriməyə başlayar, canını yandırar. Münafiqin ən çox sıxıldığı şeydir. Ona görə münafiq ağzına Quranı almaq istəməz. Qurandan başdansovdu danışar. Məsələn, bir dəfə Qurandan danışsa, yetmiş dəfə də xurafat deyər. Balı zəhər ilə qarışdırar. Ona görə:“Yoldaş mənə Quran ilə danış, ey münafiq”–deməlisən. Münafiq Qurandan danışa bilməz. Həmişə bütləri (misal) gətirər. Bütləşdirdiyi inancları gətirər. Sən Qurandan danışdıqca “al sənə büt” -deyər. Sən də, “saxtakar, mənim qarşıma bütlə çıxma, qarşıma Quran ilə gəl” deməlisən. Gələ bilməz. Münafiqin ən çəkindiyi mövzular nələrdir?
Bir, Quranın kifayət etməsi, Quran, bir də İslam Birliyi. Ən çəkindiyi mövzulardır. Ondan çəkinmək üçün mütləq bir yol tapar. Əlbəttə ki, birbaşa “mən İslam Birliyinə qarşıyam” deməz. Çox namərd yollarla edər, baxarsan ki, niyyəti yoxdur. Bir-bir izah etməyə ehtiyac yoxdur, necə üsul olduğunu başa düşərsiz. Bir yolla qaçar, danışıqlarına diqqət edin. Mütləq Qurandan xilas olmaq üçün bir yol tapmağa çalışar. Çünki Quran onu yandırar. İslam Birliyindən şiddətlə çəkinər. Çünki, münafiq, İslam Birliyində yaşaya bilməyəcəyini bilir. Çox çətin mühit olacağını bilir. Çünki müsəlmana hücum edə bilməz. Namərdlik, eqoistlik edə bilməz. Öz qrupunu, öz cəmiyyətini ən böyük kimi göstərə bilməz.
Çünki hər münafiqin böyüklüyə (təkəbbürə) ehtiyacı vardır. Əzəmətə ehtiyacı vardır. Özünü də ətrafını da böyük göstərməyə çalışar münafiq.“Ən böyük, ən uca, ən qüsursuz bizik”-deyər. İndi İslam Birliyi olduqda onu necə desin? Ona görə istəməz. Çünki onda bəzilərini özündən daha böyük olaraq qəbul etməlidir, daha böyük birini qəbul etməli olacaq. Bunu istəməz. Özündən daha yuxarıda birini qəbul etməyincə, münafiq rahat olar, öz ağlına görə. O, cəhənnəmində daha rahat yaşamaq istəyər. Şeytan niyə hz. Adəm (ə.s)-a səcdə etməyi qəbul etmədi? Çünki, ona daha böyük kimi olacaq deyilmi? Çünki, bu halda böyüklüyünü vurğulaya bilməyəcək.
Ayağına qapanmalı, səcdə etməli olacaq.“Aman, mən bunu qəbul edə bilmərəm”-dedi. Münafiq də elədir, başqa bir adamı qəbul etməz. Öz qrupunu, öz camaatını ən böyük, ən uca olaraq görər. Digərlərini də küfr və dəlalət içində görər. Azğın, anormal kimi görər. İki şeyə diqqət etmək lazımdır. Birinci, Quranı göstərmək, Quranın kafiliyi, ikinci də, İslam Birliyi. Bunların ölçüsü budur. Münafiqin bunlardan qaça bildikcə qaçdığını görərsiz. Vəhşi uzunqulaqlar kimi qaçarlar Quranın ifadəsiylə.
“Ürküdülmüş vəhşi uzunqulaqlardır”-deyir Allah. Necə ki, vəhşi uzunqulaqlar aslanı görüncə ürkürlər. Allah da deyir:“Aslan görmüş vəhşi uzunqulaq kimi qaçarlar.” Qudurmuş kimi qaçar. Ağıllı bir üslubla münafiqi küncə sıxışdırmaq lazımdır. Əlbəttə ki, münafiq bütdən istifadə etdiyinə görə, həm də çox tərəfdarı olduğuna görə həqiqi müsəlmanın işi bir az çətindir. Çünki, büt-namərd bir silahdır. Sən Qurandan danışarsan, o isə bütdən danışar.“Sən bütəmi qarşı çıxırsan?”–deyər. Ona görə ağıllı bir mübarizə lazımdır inşaAllah.